Azadlığa çıxan məhkumlar: “Sevinirik ki, bayramı öz evimizdə keçirəcəyik” Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktıƏdliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı məntəqə tipli Cəzaçəkmə Müəssisəsində də icra olunub. xeberde.az bildirir ki, tədbirdə Penitensiar Xidmətin rəhbər şəxsləri, hüquq müdafiəçiləri, media nümayəndələri iştirak edib. Bu müəssisədə amnistiya aktı 20 nəfərə şamil olunub. Onlara azadlığa çıxmaları ilə bağı […]
Hadisə
Bloger Manaf Cəlilzadənin məhkəməsi başlayır
Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Manaf Cəlilzadənin məhkəməsi başlayır. xeberde.az xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası 30 dekabra təyin edilib. Manaf Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi […]
“Range Rover”lə 4 nəfərin ölümünə səbəb olan klub prezidenti də azadlığa buraxıldı
Amnistiya aktı Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevə də şamil olunub. xeberde.az xəbər verir ki, o, bu gün cəza çəkdiyi məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. O, məhkəmənin qərarı ilə 8 il müddətə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 5 ilə endirilib. […]
Cümə namazı faciə ilə başa çatdı: Molla infarkt keçirdi
İranın Taft şəhərində (Yəzd əyaləti) cümə namazı zamanı insident baş verib. Cümə namazının xütbəsi zamanı şəhərin imam-cüməsi Əbülqasim İmami minbərdə olarkən infarkt keçirib. Hadisədən dərhal sonra ona ilkin tibbi yardım göstərilib və imam xəstəxanaya çatdırılıb. Hazırda Əbülqasim İmaminin həkim nəzarəti altında olduğu bildirilir, vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.
İtkin balıqçılardan birinin meyiti TAPILDI
Dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan biri – 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. xeberde.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib. Hazırda itkin düşən digər […]
Xırdalanda YOL ÇÖKDÜ: Yük maşınının bir hissəsi batdı
Xırdalan şəhərində yol çöküb. xeberde.az xəbər verir ki, hadisə nəticəsində yük maşınının bir hissəsi çökən yolda batıb. Hadisə ilə bağlı aidiyyəti quruma sorğu verilib.
Bakıda mağazalardan oğurluq edildi
Paytaxtın Sabunçu rayonunda silsilə oğurluq cinayətləri qeydə alınıb. xeberde.az-ın məlumatına görə, naməlum şəxs gecə saatlarında iki mağazanın qapısını qıraraq zərərçəkənlərə ümumilikdə 2900 manat dəyərində ziyan vurub. Talanan əşyalar arasında nağd pul vəsaiti ilə yanaşı, mobil telefon, enerji içkiləri və tütün məmulatları da olub. Polis əməkdaşlarının keçirdikləri tədbirilə hər iki əməli törətməkdə şübhəli bilinən, əvvəllər də […]
Sabirabadda qadınların ƏR DAVASI: biri nazirliyin katibəsidir
Sabirabadda qadın sevgilisinin arvadına hücum edib. xeberde.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin adı çəkilməyən şöbəsində katibə-makinaçı işləyən 44 yaşlı Şahnigar Qasımova münasibətdə olduğu kişinin rəsmi nikahlı arvadının iş yerinə gedib. Burada onlar arasında mübahisə yaranıb və o, qadını nalayiq ifadələrlə təhqir edib. Zərərçəkənin şikayəti əsasında Şahnigar polis tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin […]
Məktəbli qanını içdikdən sonra XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ
Moskva şəhərində 17 yaşlı məktəbli, TikTok-da izlədiyi bir videoya əsaslanaraq hemoglobin səviyyəsini artırmaq məqsədilə öz qanını içib. Lakin cəhd uğursuz olub və yeniyetmənin vəziyyəti pisləşib. Gənc oğlan videoda hemoglobin səviyyəsinin artırılması üçün qan içməyin faydalı olacağı iddia edilən məsləhətə əməl edib. Lakin qısa müddət sonra onun vəziyyəti pisləşib, qan qusması və yüksək temperatur müşahidə olunub. […]
Tovuzda ögey ata 14 yaşlı qızına toy edib
Tovuz Rayon Polis Şöbəsinə rayonunun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. xeberde.az xəbər verir ki, polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar. Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. […]










