İmişli rayonunda keçirilən toy mərasimində ölüm hadisəsi baş verib. xeberde.az xəbər verir ki, hadisə avqustun 23-ü saat 23 radələrində İmişli şəhəri Həsənoğlu küçəsində yerləşən “Nərgizim” şadlıq sarayında qeydə alınıb. Məmmədəli kənd sakini 2001-ci il təvəllüdlü Teymur Bayram oğlu Bayramlı səhhətinin qəfil pisləşməsi səbəbindən ölüb. Onun ürəktutmadan vəfat etdiyi bildirilib. Faktla bağlı araşdırma aparılır.
Hadisə
“Range Rover” ağır qəzaya uğradı: ölənlər var
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Təzəkənd-Diyallı yolunda baş verib. İki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır./report
Cəlilabadda sürücü sükan arxasında öldü
Cəlilabadda sürücü qəza törədərək dünyasını dəyişib. Hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda baş verib. Belə ki, Cəlilabad şəhər sakini, 53 yaşlı Sakit Abdinov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən anidən halı pisləşib. Nəticədə sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq kənarına düşüb. Hadisə zamanı Sakit Abdinov ölüb. Ehtimal olunur ki, qəzadan öncə onun ürəyi tutub və […]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
Tovuzda yol qəzası baş verib. xeberde.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əhmədabad kəndi yolunda qeydə alınıb. Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Bakıda kabab evində at əti aşkarlanıb – FOTO
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nəbiyev Ağaisa Əlisa oğluna məxsus “İbrahim Tatlışiş” kabab evində yoxlama keçirilib. Agentlikdən xeberde.az-a bildirilib ki, yoxlama zamanı istifadə olunan farşın keyfiyyət və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlər təqdim edilməyib. Məhsullardan götürülən nümunələrin laborator müayinəsi nəticəsində ətdə at DNT-si aşkarlanıb. […]
Azərbaycanı hədələyən verilişlə bağlı QƏRAR
Rusiyada yayımlanan “Çistota ponimaniya LIVE” verilişinin canlı efirləri dayandırılıb. xeberde.az xəbər verir ki, layihənin aparıcısı Aleksey Çadayev bildirib ki, canlı verilişlər “məzuniyyətə çıxır”. Bununla belə, yayımların nə vaxt bərpa olunacağı barədə konkret tarix açıqlanmayıb. Layihənin əvvəlcədən lentə alınan podkastlarının isə yayımlanmaqda davam edəcəyi bildirilib. Qeyd edək ki, məhz “ÇP-LIVE”ın canlı yayımlarında Azərbaycan, ölkə rəhbərliyi və Azərbaycan […]
Onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstandan Bakıya gətirildi
Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib. xeberde.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindəninternet informasiya resurslarından istifadə etməklə xaricdən idarə edilən onlayn qumar oyunlarının təşkili və […]
Kür çayında yeniyetmə qız BATDI
Kür çayında yeniyetmə qız batıb. xeberde.az xəbər verir ki, hadisə çayın Samux rayonundan keçən hissəsində qeydə alınıb. Gəncə şəhəri Məhsəti qəsəbə sakini, yaxşı təxminən 16-17 olan yeniyetmə qız (şəxsiyyəti dəqiqləşdirilir-red) çayın Yenikənd ərazisindən keçən hissəsində batıb. Hazırda Fövqaladə Hallar Nazirliyinin Sularda Xilasetmə Dövlət Xitmətinin əməkdaşları tərəfindən yeniyetmənin axtarışları davam edir. Fakta bağlı araşdırma aparılır.
2000 il əvvəl batan gəmi tapıldı – göyərtəsində yüzlərlə…
İtaliyanın Siciliya adası sahillərində təxminən 2000 il əvvəl batmış qədim Roma ticarət gəmisinin qalıqları aşkarlanıb. xeberde.az xəbər verir ki, ANSA İtaliyanın Mədəniyyət Nazirliyinə istinadən gəminin sahildən təxminən 3 dəniz mili aralıda, 46 metr dərinlikdə yerləşdiyini bildirib. İlkin məlumatlara görə, gəmi eramızdan əvvəl II–I əsrlərə aiddir. Onun göyərtəsində yüzlərlə qədim saxsı küp aşkarlanıb. Tapıntıların böyük hissəsini […]
Azərbaycanda 2 nəfəri elektrik vurub öldürdü
Azərbaycanda iki nəfəri cərəyan vuraraq öldürüb. Astara rayonu Kijəbə qəsəbə sakini, 36 yaşlı Babək Baxşıyev kəndin ərazisində elektrik dirəyində təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb. Bundan başqa, Xaçmaz rayonu, Xudat kənd sakini, 49 yaşlı Zakir Rəcəbovun idarə etdiyi “Belarus” markalı 90 M 994 N-li traktorun tüstü borusu əkin sahəsinin üzərindən keçən elektrik naqilinə […]










