Naxçıvanda özünü şəhid atası kimi təqdim edib dələduzluq əməlləri törədən şəxs saxlanılıb. xeberde.az xəbər verir ki, daxil olan müraciətlər əsasında polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə silsilə dələduzluq əməlləri törədən Naxçıvan şəhər sakini 64 yaşlı Rizvan Qafarov saxlanılıb. Onun müxtəlif yalan vədlər verərək zərərçəkənlərin pulunu əl keçirdiyi müəyyən edilib. R.Qafarov insanların inam və etibarını qazanmaq üçün özünü […]
Hadisə
Adınıza kredit götürülmüş ola bilər – 11 il sonra öyrəndi
İsmayıllı rayon sakini Emin Qırxlarovun başına qəribə hadisə gəlib. xeberde.az xəbər verir ki, o iddia edir ki, onun adına xəbəri olmadan kredit götürülüb. Onun sözlərinə görə, 2014-cü ildə 3 nəfər qrup şəklində İsmayıllı rayonunda fəaliyyət göstərən Aqrar Kredit Bankdan 4500 manat kredit götürüb. Həmin 3 nəfərin arasında Eminin də adı olub. Kreditin götürülməsindən 11 il […]
TƏBİB əməliyyat zamanı pasiyentin ölümünün ilkin səbəbini açıqladı – YENİLƏNİB
TƏBİB Göyçayda əməliyyat zamanı pasiyentin ölümünün ilkin səbəbini açıqlayıb. TƏBİB-dən xeberde.az-a bildirilib ki, ötən gün saat 09:35 radələrində 1974-cü il təvəllüdlü şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə “iki tərəfli varikosel” diaqnozu ilə əməliyyata qəbul edilib. Qeyd olunub ki, əməliyyat öncəsi xəstə bütün laborator və instrumental müayinələrdən keçirilib və əməliyyat üçün hər hansı əks göstəriş aşkar […]
Meşədə itkin düşən şəhid atası bu rayonda tapıldı: Dumana düşüb, şəbəkə itib – Təfərrüat + ÖZƏL
Daşkəsən rayonunun Bayan kəndində meşəlik ərazidə itkin düşən şəhid atası – 1952-ci il təvəllüdlü Kamil Mahmud oğlu Abdullayev tapılıb. Bu barədə xeberde.az-a onun qızı Aliyə Abdullayeva məlumat verib. O bildirib ki, atası dumanda azaraq digər rayona gedib çıxıb: “Günorta atamdan qəfil zəng gəldi. Sağ-salamat olduğunu dedi. Bildirdi ki, yolu azdığı üçün Göygöl rayonuna gedib çıxıb. Polis əməkdaşları onun […]
Bakıda 88 yaşlı qadının meyiti tapıldı
88 yaşlı Nisanova Zinaida Sergeyevnanın meyiti Nizami rayonu ərazisində tapılıb. xeberde.az xəbər verir ki, mərhumun dəqiq ölüm səbəbi hələlik məlum deyil. Hazırda meyitə sahib çıxan da yoxdur. Hadisə ilə bağlı araşdırma aparılır.
Bakıda sevdiyi oğlandan ayrılan qadına bıçaqlı hücum oldu – VİDEO
Dünən saat 18:00-19:00 radələrində paytaxt sakini Babayeva Şərafət Azad qızı yaşadığı evdə bıçaqlı hücuma məruz qalıb. Bununla bağlı zərərçəkmiş Şərafət Babayeva Bakues.az-a şikayət məktubu ünvanlayıb. Onun sözlərinə görə, təxminən 3-4 gün əvvəl ayrıldığı sevgilisi Əhmədov Murad Ələddin oğlu yaşadığı evə pəncərədən daxil olaraq ona və anasına xəsarət yetirib: “Murad Əhmədovla ayrılandan sonra çevrəmdəki insanları narahat […]
Qubadan Xaçmaza “uçan maşın”ın sürücüsü danışdı – ANBAAN GÖRÜNTÜLƏR
Mayın 1-də Quba-Xaçmaz yolunun Barlı kəndindən keçən hissəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı VAZ-2115 markalı avtomobilin xəsarət alan sürücüsü Elvin Süleymanov Baku TV-yə danışıb. Onun sözlərinə görə, hadisə zamanı qarşısına qəfil çıxan “Mercedes” markalı avtomobillə toqquşmamaq üçün sükanı kanala tərəf yönəltmək məcburiyyətində qalıb: “Maşını saxlaya bilmədiyim üçün kanala yönəldim və digər tərəfə uçdum. Qəza […]
Məzahir Pənahovun oğlu hamilə arvadını ölümünə döydü! SƏBƏB, DETALLAR və FOTOLAR
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov haqda sensasion iddia yayılıb. xeberde.az haqqin.az-a istinadən xəbər verir ki, məişət zorakılığının qurbanı olan qadın saytın redaksiyasına müraciət edib. “Bu hekayədə ən paradoksal olan odur ki, zorakılıq ABŞ ərazisində törədilib və qadın Azərbaycana qaçaraq həyatını xilas edib” deyə, haqqın.az yazır. Bildirilir ki, 38 yaşlı H.P. Məhəmməd Pənahov […]
Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
Bakının Səbail rayonunda yerləşən 239 nömrəli məktəbin 7-ci sinif şagirdi Y.Talıbov dərs zamanı sinif yoldaşı tərəfindən döyülüb. Nəticədə onun qolu sınıb, sol biləyindən və sağ baldırından zədə alıb. Şagirdə 15 saylı poliklinikada tibbi yardım göstərilib. Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları faktla bağlı məktəbdə olublar. Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hazırda hadisə […]
Bakıda gənc “TikTok”a görə qaydanı pozdu: Qarşı yola çıxıb təhlükə YARATDI
Bakının Nərimanov rayonu, Təbriz küçəsində qayda pozan sürücü özünü videoya çəkərək “TikTok” sosial şəbəkə hesabında paylaşıb. xeberde.az xəbər verir ki, 77-KY-123 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. O, əks istiqamətdə hərəkət edərək qarşı tərəfdən gələn nəqliyyat vasitələrinə təhlükə yaradıb. Kadrda sürücünün işıqforun qırmızı işığında gözləmək istəmədiyi […]










