Bölgə Hadisə

Xocalıda ağır qəza – ANAMA-nın əməkdaşı öldü

Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xeberde.az xəbərinə görə, qəza zamanı həyatını itirən şəxs Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub. Belə ki, ANAMA əməkdaşı Elnur Rüstəmov idarə etdiyi yük daşıyan avtomobillə Xocalı rayon ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb. Qəza nəticəsində E. Rüstəmov hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.(“Report.az”)

Bölgə Hadisə

Oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Şəmkir rayonunun Qaracəmirli kəndində oğlu tərəfindən qətlə yetirilən 66 yaşlı Çiçək Sərdarova orta məktəb müəllimi olub. xeberde.az xəbər verir ki, mərhum Qaracəmirli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib, ötən il yaşla bağlı əmək pensiyasına çıxıb. Məlumat üçün bildirək ki, hadisə zamanı qadının ruhi xəstə olan oğlu Anar Allahverdiyev küt alətlə anasını qətlə yetirib. Daha sonra isə […]

Hadisə

Ermənistanda zəlzələ oldu

Ermənistanda zəlzələ olub. xeberde.az Ermənistan mediasının məlumatına görə, Martuni şəhərindən 15 km cənub-şərqdə 2,5 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Geğarkunik bölgəsinin Mədinə kəndində 2–3 bal gücündə hiss olunub. Hadisə nəticəsində dağıntı qeydə alınmayıb.

Hadisə

Bayram günlərində 12 nəfər qidadan zəhərləndi

Bayram günlərində Naxçıvan Muxtar Respublikasında (MR) zəhərlənmə halları qeydə alınıb. Naxçıvan MR “Yoluxucu Xəstəliklər Mərkəzindən xeberde.az-a verilən məlumata görə, qeyd olunan dövrdə, ümumilikdə, 17 nəfər müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib. Statistikaya əsasən zəhərlənmə hallarından 12-si qida zəhərlənməsi, 3-ü dərman maddələri ilə zəhərlənmə, 2-si isə alkoqol mənşəli zəhərlənmə olub.

Dünya Hadisə

Husilər İsrailə raket zərbələri endiriblər

Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı bu gün İsraildəki hədəflərə raket zərbəsi endirib. xeberde.az xəbər verir ki, bu barədə “Asharq News” husilərin silahlı qüvvələrinin bəyanatına istinadən məlumat yayıb. “Yəmən silahlı qüvvələri İsrailin mühüm hərbi hədəflərinə ballistik raketlər atıb”, – məlumatda bildirilib. Bu, Fars körfəzində mövcud gərginliyin başlanmasından bəri Yəmən husilərinin endirdiyi ilk zərbədir.

Cəmiyyət Hadisə

Qəbələdə 50 yaşlı kişi dağlıq ərazidə yıxıldı, FHN köməyə gəldi – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunda yerləşən Duruca şəlaləsinin yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-dən xeberde.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1976-cı il təvəllüdlü İbrahimov Rövşən İbrahim oğlunun dağlıq ərazidə yıxılaraq müxtəlif […]

Dünya Hadisə

Müxalifət liderinə həbs cəzası verildi

Gürcüstanda müxalifət lideri Elene Xoştariya 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. xeberde.az xəbər verir ki, siyasətçi Tbilisi meri Kaxa Kaladzenin seçkiöncəsi bannerinə markerlə “Rus arzusu” yazdığına görə məsuliyyətə cəlb olunub. Dəymiş zərərin 570 lari olduğu bildirilir. Məlumata görə, Xoştariya məhkəmə iclasında iştirak etməyib və “heç bir hakimiyyət qolunu tanımadığını” bəyan edib. Onun vəkili çıxarılan […]

Hadisə

Azərbaycanda fişəng partlayıb, yeniyetmə xəsarət alıb

Gəncədə bədbəxt hadisə baş verib. xeberde.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki şəhər sakini 2013-cü il təvəllüdlü S.Bayramov əlinin və bədənin müxtəlif nahiyələrinin çoxsaylı yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, yeniyetmə yaşadığı evdə fişəng partlaması nəticəsində xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır.(apa)

Dünya Hadisə

Azərbaycanlı gənc ABŞ-də itkin düşüb – FOTO

Azərbaycanlı gənc Amerika Birləşmiş Ştatlarında (ABŞ) itkin düşüb. Ömər Yaşar oğlu Bayramzadə üç həftə əvvəl yaşadığı evdən ayrılıb və həmin vaxtdan ondan xəbər almaq mümkün olmayıb: Vurğulanır ki, o, Ohayo ştatının Kolumbus şəhərində yaşayırmış. Artıq məsələ ilə bağlı yerli polisə məlumat verilib və hüquq-mühafizə orqanları axtarışlarını davam etdirir.

Hadisə

Vətən müharibəsi qazisi vəfat edib – FOTO

Lənkəran rayonundan olan Vətən müharibəsi qazisi vəfat edib. Rayonun Cil kənd sakini, 33 yaşlı kapitan Aqil Bəxtiyar oğlu Nuriyev uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. Bildirilib ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Aqil son 4 gündür Bakı şəhərində yerləşən xəstəxanalardan birində xərçəngdən müalicə olunurmuş. O, elə həmin tibb müəssisəsində vəfat edib. Mərhumun nəşi bu gün […]