Bakıda zavodda faciə yaşanıb. Hadisə Binəqədi rayonu, Binəqədi şosesi 57-də fəaliyyət göstərən poladtökmə zavodunda qeydə alınıb. Orada işləyən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Mərdan Balaxan oğlu Əhmədov elektrik cərəyanı vurması nəticəsində ölüb. Araşdırmalar aparılır./lent
Hadisə
Körpüdən yıxılan müəllim öldü – FOTO
Şəki rayonunda 46 yaşlı müəllim vəfat edib. Şəki şəhər 8 saylı beynəlmiləl orta məktəbin coğrafiya müəllimi Məmməd İslamovun bu gün saat 7:30-da Şəkidə “Qoxmuq körpüsü” adlanan yolötürücüsündən yıxılıb. O, çay yatağına düşərək həlak olub. Hadisə ilə bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, M.İslamov 2020-ci ildə 114 saylı Şəki kənd birinci seçki dairəsindən […]
Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman vasitələri aşkar edilib. xeberde.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. “Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsində gömrük orqanına bəyan […]
Şəki sakinləri Bakıda dənizdə batdılar
Bakıda dənizdə iki nəfər boğularaq ölüb. Bu barədə mərhumların yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. Hadisənin avqustun 22-də paytaxtda yerləşən çimərliklərin birində baş verdiyi bildirilib. Şəkinin Baş Layısqı kənd sakinləri olan 26 yaşlı İntiqam Məmmədov və 20 yaşlı Nihat Səlimov dənizdə boğularaq həyatlarını itiriblər. Hər iki gəncin meyiti sudan çıxarılıb və onlar kəndlərində dəfn edilib./unikal.az/
İmişlidə toyda faciə – 25 yaşlı oğlan qəfil öldü
İmişli rayonunda keçirilən toy mərasimində ölüm hadisəsi baş verib. xeberde.az xəbər verir ki, hadisə avqustun 23-ü saat 23 radələrində İmişli şəhəri Həsənoğlu küçəsində yerləşən “Nərgizim” şadlıq sarayında qeydə alınıb. Məmmədəli kənd sakini 2001-ci il təvəllüdlü Teymur Bayram oğlu Bayramlı səhhətinin qəfil pisləşməsi səbəbindən ölüb. Onun ürəktutmadan vəfat etdiyi bildirilib. Faktla bağlı araşdırma aparılır.
“Range Rover” ağır qəzaya uğradı: ölənlər var
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Təzəkənd-Diyallı yolunda baş verib. İki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır./report
Cəlilabadda sürücü sükan arxasında öldü
Cəlilabadda sürücü qəza törədərək dünyasını dəyişib. Hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda baş verib. Belə ki, Cəlilabad şəhər sakini, 53 yaşlı Sakit Abdinov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən anidən halı pisləşib. Nəticədə sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq kənarına düşüb. Hadisə zamanı Sakit Abdinov ölüb. Ehtimal olunur ki, qəzadan öncə onun ürəyi tutub və […]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
Tovuzda yol qəzası baş verib. xeberde.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əhmədabad kəndi yolunda qeydə alınıb. Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Bakıda kabab evində at əti aşkarlanıb – FOTO
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nəbiyev Ağaisa Əlisa oğluna məxsus “İbrahim Tatlışiş” kabab evində yoxlama keçirilib. Agentlikdən xeberde.az-a bildirilib ki, yoxlama zamanı istifadə olunan farşın keyfiyyət və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlər təqdim edilməyib. Məhsullardan götürülən nümunələrin laborator müayinəsi nəticəsində ətdə at DNT-si aşkarlanıb. […]
Azərbaycanı hədələyən verilişlə bağlı QƏRAR
Rusiyada yayımlanan “Çistota ponimaniya LIVE” verilişinin canlı efirləri dayandırılıb. xeberde.az xəbər verir ki, layihənin aparıcısı Aleksey Çadayev bildirib ki, canlı verilişlər “məzuniyyətə çıxır”. Bununla belə, yayımların nə vaxt bərpa olunacağı barədə konkret tarix açıqlanmayıb. Layihənin əvvəlcədən lentə alınan podkastlarının isə yayımlanmaqda davam edəcəyi bildirilib. Qeyd edək ki, məhz “ÇP-LIVE”ın canlı yayımlarında Azərbaycan, ölkə rəhbərliyi və Azərbaycan […]










