Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o kanalizasiya xəttinə düşüb. xeberde.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisənin sosial şəbəkələrdə yeni görüntüləri yayılıb. Görüntülərdən aydın olur ki, Cümşüd kanalizasiya xəttinə lyukun qapağı açıq olduğuna görə deyil, çökmə baş verdiyi üçün düşüb. AZTV də […]
Hadisə
Yekaterinburq hadisəsinin şahidi: Məni yerə uzadaraq təpiklədilər – VİDEO
Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının saxladığı, daha sonra sərbəst buraxdığı Ramil Səfərov baş verən hadisəni şərh edib. xeberde.az xəbər verir ki, o, açıqlamasında bildirib ki, yaşadığı evə səhər saat 6-da daxil olublar. “Qapını qırdılar və evi darmadağın etdilər. Məni yerə uzadaraq təpiklədilər (bədənindəki xəsarət izlərini göstərir). Hər tərəfim göyərib. Gözüm pis görür, başım […]
Bakıdakı partlayışda xəsarət alan olmayıb
Yasamal rayonunda yerləşən kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışda yaralanan olmayıb. Bu barədə xeberde.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirib. “Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür. İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam […]
“Alov” zavodunda hər hansı partlayış olmayıb – RƏSMİ
Müdafiə Sənayesi Nazirliyi “Alov” zavodunda partlayışın baş verməsinə dair yayılan xəbərlərə münasibət bildirib. xeberde.az-ın məlumatına görə, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, yayılan xəbərlər həqiqətə uyğun deyil, “Alov” zavodunda hər hansı partlayış, yanğın baş verməyib.
Tibb qardaşı klinikada travmatoloq işləyirmiş… – Video
“Paytaxtın Abşeron rayonu ərazisində yerləşən “Türkmed” klinikasında özünü travmatoloq kimi təqdim edən Əhməd Əhmədzadə adlı həkim çalışır, lakin onun bu sahə üzrə heç bir təhsili yoxdur”. xeberde.az xəbər verir ki, bu iddia ilə Baku TV-yə vətəndaş müraciət edib. İddialarla bağlı danışan Əhməd Əhmədzadə tibb təhsilini Türkiyənin Artvin Çoruh Universitetində, travmatologiya ixtisası üzrə, rezidentura təhsilini isə […]
Yasamalda qəbiristanlıqda YANĞIN
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda qəbirstanlıq ərazisində yanğın olması barədə ilkin məlumat daxil olub. FHN-dən “xeberde.az”-a verilən xəbərə görə, məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək.
Ağ Ev ətrafında şübhəli maşın: binalar boşaldıldı
ABŞ-də təhlükəsizlik qüvvələri paytaxt Vaşinqtonda şübhəli bir avtomobillə bağlı hərəkətə keçib. xeberde.az “hurriyet”ə istinadla xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb. Şübhəli avtomobilin Ağ Ev ətrafında olması ilə əlaqədar Məxfi Xidmət və Metropolitan Polis Departamentinin əməkdaşları həyəcan vəziyyətinə gətirilib. Ağ Evin yaxınlığında park edilmiş avtomobilə baxış keçirilərkən, ehtiyat tədbiri olaraq yaxınlıqdakı binalar boşaldılıb və ərazidəki […]
Ağdamda 16 yaşlı qız itkin düşdü
Ağdamda 16 yaşlı qız itkin düşüb. xeberde.az-ın xəbərinə görə, ötən gün rayonun Üçoğlan kənd sakini 2009-cu il təvəllüdlü Əsgərova Aytac Pərviz qızı yaşadığı evdən çıxıb gedərək bir daha geri qayıtmayıb. Onun ailə qurmaq məqsədi ilə şəxsiyyət vəsiqəsini də özü ilə götürdüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.
10-cu sinif şagirdi vəfat etdi – FOTO
Paytaxtın Suraxanı rayonunda yerləşən 282 nömrəli tam orta məktəbin şagirdi vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə məktəb məlumat yayıb. 10-cu sinif şagirdi Ziya Eyvaz oğlu Vəlizadənin xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.
Rusiyanın atdığı raket müğənninin evinə düşdü: hər şey dağılıb…
Xəbər verdiyimiz kimi, iyunun 23-ə keçən gecə Rusiya silahlı qüvvələri Ukraynanın paytaxtı Kiyevə hava hücumu edib. Gecə saatlarından Kiyevdə partlayış səsləri eşidilməyə başıayıb və hava hücumundan müdafiə sistemi işə düşüb. Rusiya ordusu Ukraynaya zərbə dronları, həmçinin qanadlı və ballistik raketlərlə hücum edib. xeberde.az-ın məlumatına görə, hücum nəticəsində ukraynalı müğənnilər Taras və Yelena Topolinin mənzili də dağılıb. “Antitela” […]










