Hadisə

Vüqar Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Vüqar Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Xeberde.az xəbər verir ki, Əməliyyat zamanı “Hürriyyət” qəzeti, eyniadlı Hurriyyet.az saytı və “Hurriyyet TV”nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb. Bildirilib ki, “Hürriyyət”ə məxsus ofisdə axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb. Bu əməliyyatın Ramiz Mehdiyev olayı ilə bağlı ola biləcəyi ehtimal olunur. Qeyd edək ki, Vüqar Məmmədov […]

Hadisə

DTX Balakəndə əməliyyat keçirir – İcra başçısı saxlanıldı

Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir. Xeberde.az-ın əldə etdiyi məlumata görə, əməliyyat Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilir. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir. Əlavə məlumat veriləcək. Xeberde.az

Bölgə Hadisə

Astarada hamilə gəlin toy gecəsi öldü

Astara hamilə qadın toyundan bir gün sonra ölüb. xeberde.az xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanovanın dünən toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. […]

Cəmiyyət Hadisə

Azərbaycanda alim ölüb – FOTO

Azərbaycanda alim ölüb. xeberde.az-ın məlumatına görə, dosent İbrahimxəlil İbrahimov 87 yaşında  vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, dosent əvvəllər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət idarəetməsi və menecment kafedrasında çalışıb.

Dünya Hadisə

Çernobılda mavi rəngli itlər peyda olub – FOTO\VİDEO

Çernobıl atom elektrik stansiyası yaxınlığında bir neçə itin sarı-mavi rəngə çevrilməsi bölgədə çalışan heyvan baxıcılarını təəccübləndirib. xeberde.az “New York Post”a istinadla xəbər verir ki, bu barədə “Dogs of Chernobyl” adlı xeyriyyə təşkilatı məlumat verib. Bildirilir ki, bu itlər təxminən 40 il əvvəl baş vermiş nüvə faciəsindən sonra tərk edilmiş ev heyvanlarının nəsilləridir. Onlar bu ay Çernobılın qadağan olunmuş […]

Hadisə

 “Milyonların şousu”nda 8 min qazanan saxlanıldı – Video

İnsanları xaricdə işə düzəltmək vədi ilə aldadan şəxslər saxlanılıblar. xeberde.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları insanları xaricdə işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 26 yaşlı Yusif Abdullayev və 24 yaşlı Emil Malayevi saxlayıblar. Araşdırmalarla müəyyən edilib ki, […]

Hadisə

Bakıda saxlanılan ruslarla bağlı YENİ QƏRAR

Bakıda saxlanılan Rusiya vətəndaşlarının həbsi uzadılıb. Səbail Rayon Məhkəməsi onların barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha üç ay artırıb. xeberde.az xəbər verir ki, bu barədə saxlanılanlardan Dmitri Fyodorovun vəkili Elçin Sadıqov məlumat verib. Rusiya vətəndaşları Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat zamanı saxlanılıblar. Onların İran vasitəsilə ölkəyə gətirilən narkotik vasitələrin tranziti və dövriyyəsi, həmçinin kiberfırıldaqçılıq […]

Hadisə

Vəzifəli şəxs ürəktutmadan öldü

Ucarda icra nümayəndəsi vəfat edib. Ucar Rayon İcra Hakimiyyəti Başçısının Xələc kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Azad Abdullayev bu gün axşam saatlarında halı pisləşərək vəfat edib. Mərhumun ürəktutmadan həyatını itirdiyi deyilir. Qeyd edək ki, 57 yaşlı Azad Abdullayev uzun müddətdir ki, Xələc kəndində nümayəndə kimi çalışıb.

Hadisə

General Mirzəyev Rusiyada HƏBS OLUNDU – Rüşvət QALMAQALI

Rostov Qarnizon Hərbi Məhkəməsi Rusiya Milli Qvardiyasının Lojistik Təminat rəisinin müavini, general-mayor Mirzə Mirzəyevi xüsusilə külli miqdarda rüşvət almaqda günahlandıraraq, 9 il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını sərt rejimli koloniyada çəkəcək. xeberde.az xəbər verir ki, məhkəmə qərarına görə, Mirzəyev həmçinin hədə-qorxu ilə tələb etməkdə və rüşvət almaqda təqsirli bilinib. İstintaqın məlumatına görə, o, 480 milyonluq müqaviləni […]

Hadisə manset

Bakı həbsxanasında İNSİDENT: məhkum özünü deşdi, biz qarnında qaldı

Bakıda həbsxanada insident yaşanıb. Hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. 32 yaşlı məhkum Ömər Səfərov (ad və soyad şərtidir) kəsici alətlə (biz) qarnına xəsarət yetirib. Nəticədə biz onun qarnında qalıb və Xidmətin Müalicə Müəssisəsində cərrahi müdaxilə ilə çıxarılıb. Bu əməlinə görə Ömər Səfərov barəsində Cinayət Məcəlləsinin 317-2.1-ci (həbsxanada və ya istintaq təcridxanasında məhkumu […]