Dünya Gündəm Hadisə Hərbi manset Siyasət

Kərim Vəliyev Selçuk Bayraktaroğluna başsağlığı verib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğluna başsağlığı verib. Bu barədə xeberde.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, başsağlığında deyilir: “Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan […]

Hadisə Kriminal manset

Bakıda müəllim tələbədən ətir istədi, işdən çıxarıldı – Məhkəmə işi

Bakıda müəllim İlhamiyyə Mehdiyeva tələbədən istifadə etdiyi ətirdən onun üçün almasını istəyib və işdən çıxarılıb. Qadın müəllim bununla bağlı məhkəməyə müraciət edib. xeberde.az xəbər verir ki, hadisə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş verib. İlhamiyyə Mehdiyeva Əmək Məcəlləsinin 70-ci maddəsinin […]

Dünya Hadisə

“Lukoil” İraqdakı nəhəng yataqda fövqəladə vəziyyət elan etdi

“Lukoil” şirkəti İraqda yerləşən dünyanın ən böyük neft yataqlarından biri olan “Qərbi Qurna-2” üzrə fəaliyyətində fors-major elan edib. xeberde.az Reuters agentliyinə istinadən xəbər verir ki, dörd mənbənin bildirdiyinə görə, ABŞ və Avropa İttifaqının şirkətə qarşı sanksiyalar tətbiq etməsindən sonra İraq hökuməti “Lukoil”ə bütün ödənişləri dayandırıb. Məlumata əsasən, şirkət İraqın neft nazirliyinə rəsmi məktub göndərərək, yaranmış fors-major […]

Hadisə

Keçmiş məhkumun meyiti tapıldı

Siyəzən rayonunun Yenikənd kəndində keçmiş məhkumun meyiti tapılıb. Hadisə noyabrın 9-da qeydə alınıb. Belə ki, əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Zahid Ağamirzə oğlu Məmmədovun üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı Yenikənd kəndindəki evdə aşkarlanıb. Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır. 

Dünya Hadisə

Zelenskiyə yaxın iş adamı ölkədən qaçdı – NABU əməliyyatına 2 saat qalmış…

Ukraynada prezident Vladimir Zelenskiyə yaxınlığı ilə tanınan biznesmen Timur Mindıç ölkəni tərk edib. xeberde.az  xəbər verir ki, Ukrayna mediasının məlumatına görə, Mindıç 10 noyabr gecəsi Ukraynadan çıxıb və bu, Milli Korrupsiyaya qarşı Bürosu (NABU) əməkdaşlarının onun ünvanında axtarış aparmasına cəmi bir neçə saat qalmış baş verib. Timur Mindıç uzun illər Zelenski ilə birlikdə fəaliyyət göstərən […]

Bölgə Gündəm Hadisə manset

SON DƏQİQƏ! Bu icra hakimiyyətində YOXLAMA aparılır

Gəncə İcra Hakimiyyətində yoxlama aparılır. Ajans.az-ın əldə etdiyi məlumata görə, Hesablama Palatası İcra Hakimiyyətində nəzarət tədbiri həyata keçirir. Musavat.com xəbər verir ki, Ajans.az məsələ ilə bağlı Hesablamalar Palatasına sorğu ünvanlayıb. Sorğuya cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2025-ci ilin İş Planına əsasən Gəncə Şəhər İcra Hakimiyyətində nəzarət tədbiri həyata keçirilir. “Hesablama Palatası haqqında” […]

Hadisə

Xəzərdə balıqçı qayığı zədələndi – Üç nəfər xilas edildi

Xəzər dənizində köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşları xilas edilib. xeberde.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, oktyabrın 31-də saat 15:35-də Sahil Mühafizəsinin Astara sahil nəzarəti şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında balıqçı qayığının zədələnməsi nəticəsində üç nəfər heyət üzvünün batma təhlükəsi ilə üzləşdiyi barədə […]

Dünya Hadisə

Qar uçqununda 15 nəfər itkin düşdü

Bu gün səhər saatlarında Nepalda Yalung Ri Himal dağının baza düşərgəsi yaxınlığında qar uçqunu nəticəsində əcnəbi alpinistlər və nepallı bələdçilər də daxil olmaqla, 15 nəfər itkin düşüb. xeberde.az xəbər verir ki, bu barədə “Kathmandu Post” yerli polis idarəsinə istinadla məlumat yayıb. “Dolma Kxanq zirvəsinə qalxmağa cəhd edən həm nepallı, həm də əcnəbi alpinistlərdən ibarət qrup səhər […]

Hadisə

Bakıda mənzildən meyit tapıldı

Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. xeberde.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.