Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı 37 yaşlı Balağa Nuriyev və əvvəllər məhkum olunmuş 49 yaşlı Məhərrəm Məmmədov saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən 9 kiloqram marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan […]
Hadisə
DTX xarici ölkəyə işləyən silahlı şəxsi həbs etdi
Xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının milli təhlükəsizliyinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkar edilərək qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan vətəndaşı 1969-cu il təvəllüdlü Siyafət Heydər oğlu Fərzəliyevin dövlətə xəyanət etməsinə əsaslı şübhələr yaranıb. xeberde.az DTX-nin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, araşdırmalarla Naxçıvan Muxtar Respublikasının sakini Siyafət Fərzəliyevin xarici ölkə […]
Anar Mehdiyevə cinayət işi açıldı – Yarım milyondan çox yeyinti
“Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Mehdiyev xüsusilə külli miqdarda (500 min manatdan çox) mənimsəmədə ittiham olunur. A.Mehdiyev barəsində məhkəməyə qədər həbs deyil, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işinin təfərrüatı barədə əlavə məlumat verəcəyik. Qeyd edək ki, Anar Mehdiyev 2024-cü ilə qədər sözügedən vəzifəni icra edib.
25 yaşlı azərbaycanlı Moldovadan deportasiya edildi – ŞOK SƏBƏB
Moldovanın Miqrasiya Xidməti ölkə ərazisindən 25 yaşlı Azərbaycan vətəndaşını çıxarıb. Onun Moldovaya girişi beş il müddətinə qadağan edilib. Moldova KİV-lərinin məlumatına görə, baş verən hadisə Yeni il gecəsi Kişinyovdakı Böyük Milli Məclis meydanında təşkil olunan mədəni tədbir zamanı baş verib. Azərbaycan vətəndaşı kütlənin üzərinə fişəng ataraq insanların həyatını təhlükəyə atıb. Moldova polisi şübhəli şəxsi müəyyən edib […]
Bakıda bu məktəbin müəllim və şagirdlərini POLİS QORUYACAQ
Bakının 132-134 saylı Təhsil Kompleksində Daxili İşlər Nazirliyinin (DİN) mühafizə xidməti fəaliyyətə başlayıb. Xidmət məktəbin müraciəti əsasında DİN-in Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşlarından ibarət heyət tərəfindən təşkil olunub. Mühafizə xidməti məktəbin ərazisinin qorunması ilə yanaşı, şagirdlər və müəllim kollektivi üçün təhlükəsizliyin təmin edilməsinə yönəldilib. Xidmət qanunla müəyyən olunmuş müqavilə əsasında həyata keçirilir və DİN-in əməkdaşları […]
Oğrular mürəbbə yeyib evi yandırdılar -Fotolar
Bu gün səhər saatlarında Lənkəranda ikimərtəbəli yaşayış evində yanğın hadisəsi baş verib. Hadisə rayonun Göyşaban kəndində kənd sakini Şamil Həsənağa oğlu Qurbanova məxsus 2 mərtəbəli, 8 otaqlı evdə qeydə alınıb. Hadisə yerinə FHN-in Lənkəran Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb, alovun evin digər hissələrinə keçməsinin qarşısı alınıb. Ev […]
Salyanda azyaşlı qızdırmadan ÖLDÜ
Azərbaycanda azyaşlı qızdırmadan ölüb. Hadisə Salyan rayonunda qeydə alınıb. Salyan şəhər sakini, 2015-ci il təvəllüdlü Elcan Səfər oğlu Nəcəfov yaşadığı evdən yüksək qızdırma səbəbindən xəstəxanaya gətirilib və orada ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Qazaxda partlayış: Xəsarət alan var – VİDEO
Qazax şəhərində yerləşən fərdi yaşayış evində baş verən partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Bu barədə xeberde.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, ilkin ehtimala görə, yanğınla müşayiət olunmayan partlayışı qaz sızması nəticəsində baş verib. Partlayış nəticəsində evə ciddi ziyan dəyib. FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Hadisə ilə əlaqədar […]
Bakıda Təcili Yardım Stansiyasının həyətindən meyit tapıldı
Bakıda Təcili Yardım Stansiyasının həyətindən meyit tapılıb. Hadisə paytaxtın Səbail rayonu, Ş.Allahverdiyev küçəsində yerləşən 2 saylı Təcili Tibbi Yardım Stansiyasının həyətində qeydə alınıb. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1968-ci il təvəllüdlü Ruslan Rəşid oğlu Nadirov olması müəyyən edilib. Araşdırmalar aparılır./Lent.az
Bakıda DƏHŞƏT- Qadın evində BOĞULDU
Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub. Hadisə Sabunçu rayonu, Muxtarov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakin i, 1963-cü il təvəllüdlü Şamama Gəncalı qızı Məstalıyeva yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.










