Cəmiyyət Hadisə

Güclü külək Bakıda iki ağacı aşırıb

Ötən gündən Bakıda başlayan güclü külək səbəbindən ağacların aşması ilə bağlı 7 müraciət daxil olub. xeberde.az xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Bildirilib ki, daxil olan müraciətlərdən ikisi ağac aşma, beşi isə budaq qırılması hadisəsi ilə bağlı olub. Birliyin əməkdaşları aşmış ağacları və qırılmış budaqları hadisə yerindən götürərək ərazini təmizləyiblər.

Bölgə Hadisə

Təbiətə 81 min manatlıq ziyan vuruldu

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin, Abşeron, İmişli və Füzuli rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub. Bu barədə xeberde.az-a xidmətdən məlumat verilib. Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti N.Tusi küçəsi 28 ünvanında, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti […]

Hadisə

“Sputnik-Azərbaycan” işinə görə beş nəfər polis nəzarətinə verilib

“Sputnik-Azərbaycan” işinə görə istintaqa cəlb olunan beş nəfər barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. xeberde.az-ın əldə etdiyi məlumata görə, onlar Azərbaycan vətəndaşlarıdır. Həmin şəxslər istintaqa cəlb olunub və izahatları alınıb, daha sonra sərbəst buraxılıblar. Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də “Rossiya Segodnya”nın (Sputnik) Azərbaycandakı nümayəndəliyinin ləğv edildiyini […]

Bölgə Hadisə

Lənkəranda 65 yaşlı kişi bıçaqlanıb

Lənkəranda 65 yaşlı kişi bıçaqlanıb. xeberde.az xəbər verir ki, hadisə Şürük kəndində baş verib. Kənd sakini, 1960-cı il təvəllüdlü Elxan Şahi oğlu Kazımov kəsici alət xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona boyunun ön və belin arxa səthində kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. İlkin məlumata görə, E.Kazımov şəxsi münasibətlər zəminində qonşusu tərəfindən bıçaqlanıb. Faktla bağlı […]

Bölgə Hadisə

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapılıb

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarışlara başlanılıb. xeberde.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Axtarışlar nəticəsində kanalda batmış 2008-ci il təvəllüdlü Əmirov Anar Rəşad oğlunun meyiti suda tapılıb […]

Dünya Gündəm Hadisə manset

Araz Ağalarov barəsində icraat başladıldı

Rusiya Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) azərbaycanlı iş adamı Araz Ağalarova qarşı icraata başlayıb. xeberde.az xəbər verir ki, bu barədə fərdi borcluların reyestrinin məlumatlarında deyilir. Kartotekaya əsasən, Moskvanın Presnenski Rayon Məhkəməsi mayın 7-də müvafiq icra vərəqəsini versə də, proses iyunun 26-da başlayıb. Araz Ağalarov “Crocus Group”un sahibidir. 2020-ci ildə o, 1,7 milyard dollarlıq sərvətlə “Forbes”in […]

Hadisə

Son iki ayda 16 nəfər qarpızdan zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib. xeberde.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. Onun sözlərinə görə, onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar. R.Məmməd həmçinin […]

Hadisə

Azərbaycanda 3 nəfər zəhərlənmədən öldü

İyun ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 99 nəfər qəbul edilib. Mərkəzdən xeberde.az-a verilən məlumata görə, şöbəyə qəbul edilən xəstələrdən 37 nəfər dərmandan, 27-si sirkə turşusundan, 1-i yandırıcı məhluldan, 2-si spirtli içkidən, 5-i fosfor üzvi birləşmələrdən zəhərlənən şəxslərdir. Həmçinin 17 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm, 1nəfər […]

Gündəm Hadisə

“Azərbaycanfilm”dəki partlayışın səbəbi – Üç qurum birgə məlumat yaydı

Baş Prokurorluq, FHN və ANAMA “Azərbaycanfilm” kinostudiyası ərazisində baş verən partlayış hadisəsi ilə bağlı birgə məlumat yayıb. xeberde.az-a daxil olan məlumatda deyilir: “İyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən ibtidai istintaq aparılır. Kompleks […]