Hadisə

Bakıda skuterin vurduğu qadının dişləri qırıldı

Dünən gecə saatlarında metronun “İçərişəhər” stansiyasının yaxınlığında 14 yaşlı oğlan skuterlə hərəkətdə olarkən piyada qadını vurub. Hadisə şahidinin sözlərinə görə, qadın üz nahiyəsindən xəsarət alıb, dişləri qırılıb. Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) xeberde.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dünən saat 23:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun “İçərişəhər” stansiyasının […]

Bölgə Hadisə

Təkəri dəyişmək istəyirdi – reanimasiyalıq oldu

Şəmkir rayonunda sürücü ağır xəsarət alıb. Dəllər-Cırdaxan kənd sakini, 2003-cü il təvəllüdlü Etibar Məmmədov idarəetdiyi “KAMAZ” markalı yük avtomobilinin şinini dəyişərkən anidən təkər partlayıb. Nəticədə 24 yaşlı sürücü üz və göz nahiyəsindən ağır xəsarət alıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib və reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam edir.

Cəmiyyət Hadisə

Bakıda falçı evini satan qadının başına oyun açdı – FOTO

Bakıda falçı qadını aldadaraq 190 manatını alıb. xeberde.az-ın məlumatına görə, zərərçəkən qadın evini tezliklə satmaq üçün falçıya müraciət edib. İnstagram sosial şəbəkəsində “Svetlana.baxici” adı ilə onlayn fəaliyyət göstərən falçı qadından 190 manat aldıqdan sonra, 20 gün ərzində evin satılacağını bildirib. Lakin iki ay keçməsinə baxmayaraq, ev satılmayıb.  Evin satılmadığını görən qadın falçıya yenidən müraciət etdikdə isə […]

Bölgə Hadisə

Bu market yararsız məhsullar SATIRMIŞ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Astara rayonu, Burzubənd kəndində fəaliyyət göstərən Cəmilə Əli qızı Əliyevaya məxsus “Hacıoğlu” marketdə keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. xeberde.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, marketdə istifadə müddəti bitmiş ümumi çəkisi 49 kiloqram müxtəlif növ qida məhsulu müəyyən edilib, həmçinin […]

Dünya Hadisə

Rusiyanın bir neçə bölgəsində güclü qasırğa: 2 uşaq xəsarət alıb

Rusiyada bir neçə bölgədə baş verən güclü qasırğa azı iki uşağın xəsarət almasına səbəb olub. xeberde.az xəbər verir ki, bu barədə “SHOT” məlumat yayıb. Bildirilir ki, Moskva vilayətində yerləşən Klin rayonunun “SNT Center” bağ sahələri ərazisində ağac avtomobilin üzərinə aşıb. Hadisə zamanı “Chevrolet Tahoe” markalı avtomobildə 12 yaşlı məktəbli qız valideynləri ilə birlikdə olub. Ağacın avtomobilə […]

Bölgə Hadisə

Əsgər yanına gedən ailənin yaşadığı faciə- 3 nəfərin öldüyü hadisənin səbəbi bu imiş  

Göygöldə üç nəfərin ölümünə səbəb olan sürücü hakim qarşısına çıxarılıb. Dəhşətli qəzanın baş vermə səbəbi məlum olub. Sürücünün siqaret yandırmaq üçün etdiyi ani diqqətsizlik faciə ilə nəticələnib. xeberde.az  xəbər verir ki, qəza hadisəsi 2024-cü ilin avqust ayında Göygöl rayonu ərazisində baş verib. Şəmkir rayon sakinləri Hadrutdan əsgər ziyarətindən qayıdan zaman qəzaya düşüblər. Qəza zamanı maşında […]

Cəmiyyət Hadisə

Deputat müharibə veteranına azadlıqda ölmək haqqı istədi, vermədilər – MƏHBUS HƏBSDƏ ÖLDÜ

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin son iclasında sarsıdıcı bir faktı açıqladı. xeberde.az xəbər verir ki, deputat onun köməkçisi Niyaməddin Orduxanlının qardaşı, Birinci Qarabağ müharibəsi iştirakçısı, 3 uşaq atasının, 4-cü dərəcəli xərçəng xəstəliyindən əziyyət çəkdiyi halda həbsxanada can verdiyini deyib. Deputatın sözlərindən bəlli olub ki, Orduxanlının qardaşına […]

Dünya Hadisə Kriminal

Özünü Türkiyədən gələn vəkil kimi təqdim edib, türkcə danışıb – Azərbaycanda ŞOK dələduzluq işi

Ağcabədidə özlərini jurnalist və vəkil kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən sevgililər cinayət məsuliyyətinə cəlb edilib. Məlum olub ki, təqsirləndirilən xanım Türkiyə türkcəsi ilə danışaraq özünü qonşu ölkədən gəlmiş vəkil kimi təqdim edirmiş. xeberde.az xəbər verir ki, təqsirləndirilən şəxslər 34 yaşlı Mahirə B. və 33 yaşlı Elvin Məhərrəmovdur. Onların arasında sevgi münasibəti olub […]

Gündəm Hadisə

Azərbaycanlı tələbə Almaniyada ölü TAPILDI: həkim köməkçisi işləyirdi

Azərbaycanlı tələbə Almaniyada ölü tapılıb. Birinci kurs tələbəsi Kənan Camal oğlu Səfərov iyulun 5-də Münhendə yaşadığı evdə ölü tapılıb. Almaniyada yaşayan Azərbaycan vətəndaşı Mirnatiq Mirsultanov APA-ya açıqlamasında deyib ki, Kənan Səfərov 6 aydır Almaniyaya gəlib və həm təhsil alıb, həm də diş həkimi köməkçisi kimi çalışıb. O, iyulun 5-də işə getmədiyi üçün yaşadığı ünvana adam göndərilib, […]

Bölgə Gündəm Hadisə manset

Mingəçevirdə iki kater toqquşub, xəsarət alanlar var

Fövqəladə Hallar Nazirliyinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən xeberde.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib. Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 […]