Dünya Hadisə

Suriyda ölənlərin sayı 700-ü ötdü

Suriyanın Suveyda əyalətində azı 718 nəfər həlak olub. xeberde.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu bazar günündən indiyədək 146 druz döyüşçüsü və 245 mülki vətəndaşın öldürüldüyünü, onlardan 165-nin müdafiə və daxili işlər nazirliklərinin əməkdaşları tərəfindən edam edildiyini bildirib. Həmçinin qeyd olunub ki, İsrailin hava hücumları nəticəsində daha 15 əsgər həlak olub. […]

Dünya Hadisə

Türkiyədəki dəhşətli hotel yanğını işi üzrə QƏRAR VERİLDİ

Türkiyənin Bolu vilayətində, “Kartalkaya” xizək kurortunda yerləşən “Grand Kartal” hotelində baş vermiş və xeyli sayda insanın ölümünə səbəb olan yanğınla bağlı iş üzrə aralıq qərar qəbul edilib. xeberde.az xəbər verir ki,  bu barədə “TRT Haber” telekanalı məlumat yayıb. Bildirilir ki, Bolu Birinci Ağır Cinayətlər Məhkəməsi iş üzrə mühakimə olunan yanğınsöndürmə xidmətinin əməkdaşı İrfan Acarın həbsinə […]

Gündəm Hadisə

Özünü polis kimi təqdim etdi, 5250 manat mənimsədi

Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq cinayətinə yol verməkdə təqsirləndirilən şəxsə hökm oxunub.  xeberde.az xəbər verir ki, Rahib adlı həmin şəxs Xəzər Baxşəliyev adlı vətəndaş barəsindəki cinayət işinə xitam verilməsinə köməklik göstərəcəyi barədə onun yaxınları ilə danışıb. Onları inandırıb ki, polis işçisidir və bu problemi həll edə bilər. Bunun müqabilində o, Xəzər Baxşəliyevin yaxınlarından […]

Hadisə

Batma təhlükəsi ilə üzləşən yeniyetmələr belə xilas edildi – VİDEO

Xəzər rayonu, Türkan qəsəbəsində 2 nəfər dənizdə nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşib. xeberde.az xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib. Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma […]

Dünya Hadisə

Məşhur velosipedçi yarış zamanı öldü

İtaliyalı velosipedçi Samuele Privitera gənclərin nüfuzlu yarışının birinci mərhələsində yıxılaraq dünyasını dəyişib. xeberde.az xəbər verir ki, idmançı yıxılaraq başından xəsarət alıb. Hadisə Pontei bələdiyyəsi ərazisində baş verib. Zərərçəkənə qısa müddətdə tibbi yardım göstərilib və xəstəxanaya çatdırılıb. Hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırır. İyulun 17-də baş tutmalı olan yarışın ikinci mərhələsi ləğv edilib. Yarış iyulun 18-də […]

Gündəm Hadisə

50 minə qəbir yeri satan şöbə müdiri həbs edilibmiş – Hökm oxundu

Yasamal bələdiyyəsinin şöbə müdiri olmuş Rizvan Mahmudova hökm oxunub.  xeberde.az xəbər verir ki, Rizvan Mahmudov Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 312-1.1-ci (Şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən […]

Dünya Hadisə manset

Şahin Şıxlinskinin oğlunun evində axtarış aparılacaq

Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski RF Cinayət Prosessual Məcəlləsinin 48 saat həbsi nəzərdə tutan 91-ci maddəsinə əsasən saxlanılıb. xeberde.az xəbər verir ki, bu barədə “E1.ru” mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, Mutvalı Şıxlinskinin evində axtarış aparılmalıdır, o, məhkəmə başlamazdan iki gün əvvəl saxlanılıb. Bundan […]

Cəmiyyət Hadisə

Azərbaycanda 162 nəfər qidadan zəhərlənib

İlin ilk yarısında Azərbaycanda ümumilikdə 25 qida zəhərlənməsi hadisəsi baş verib. Bu barədə musavat.com-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.  Agentliyin məlumatına görə, zəhərlənmə hadisələrində ümumi 162 zərərçəkən olub: “Təsdiqlənmiş qida zəhərlənmələrindən 15-i məişət zəminində, 10-u ictimai iaşə müəssisələrində baş verib. Baş verən hadisələrə əsas səbəb sanitar-gigiyenik qaydalara riayət edilmədən məhsulun hazırlanması və istehlakıdır”. AQTA-dan bildiriblər ki, […]

Cəmiyyət Hadisə manset

Uşaq peçenyesinin içindən dəmir parçası çıxıb? – FOTOLAR

Bakıda mağazadan alınan uşaq peçenyesinin içindən dəmir parçasının çıxdığı iddia olunur. Bu barədə Mirəli Süleymanov adlı valideyn sosial şəbəkə hesabında paylaşım edib. “Bu, uşaqlar üçün alınan “Bolluq LTD” MMC məhsuludur. Sizcə bunu uşaq yesə sağ qalarmı?! Çox məsuliyyətsizlik edirlər, uşağı zülmlə saxla, hansısa firmanın diqqətsizlik və məsuliyyətsizliyinə qurban ver. Utanın heç olmasa, öz övladlarınızı düşünün”, […]