Dünya Hadisə manset

40 min zəvvar yoxa çıxdı

Son illərdə 40 minədək Pakistan vətəndaşının İran, İraq və Suriyadakı dini ziyarətlərdən sonra yoxa çıxdığı açıqlanıb. xeberde.az xəbər verir ki, bu barədə Pakistanın Dini İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, yoxa çıxan zəvvarların İranla əlaqəli olduğu bildirilib. Bu şəxslərin böyük bir qismi İranın proksi qüvvələrinə – “Zeynəbiyyun” və “Fatimiyun” adlı hərbi qruplaşmalara cəlb olunub. Bu qruplar uzun […]

Dünya Hadisə

İranda məhkəməyə silahlı basqın olub 

Naməlum silahlı şəxslər İranın Zahedan şəhərində ədliyyə binasına hücum ediblər. xeberde.az xəbər verir ki, şənbə günü səhər saatlarında Sistan və Bəlucistan əyalətlərində naməlum silahlı şəxslərin ədliyyə binasına hücum etdiyini bildirib.İlkin məlumatlara görə, terror aktı nəticəsində bir neçə nəfər xəsarət alıb. Dərhal hadisə yerinə xilasedicilər göndərilib. Hücum edən 3 nəfər tərksilah edilərək öldürülüb.

Hadisə

Bakıda mənzildə meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. xeberde.az xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Dünya Hadisə

“Baza”nın baş redaktoru həbs olundu

“Baza” teleqram kanalının baş redaktoru Qleb Trifonov barəsində həbs qətimkan tədbiri seçilib. xeberde.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.  Məlumata görə, o, sentyabrın 20-dək İstintaq təcridxanasına göndərilib. Qeyd edək ki, Q.Trifinov və onun həmkarı rüşvət almaqda ittiham olunduqları üçün ötən gecə Moskvada saxlanılıblar.

Hadisə

18 yaşlı Məhəmməd ad günündə dənizdə boğuldu

Hərbi xidmətə hazırlaşan gənc doğum günündə dənizdə boğulub. xeberde.az xəbər verir ki, ötən gün günorta saatlarında Məhəmməd İsmayılov dostu ilə birlikdə ad gününü qeyd etmək üçün dənizə gedib. Dənizə daxil olduqdan sonra onu tapmaq mümkün olmayıb. Axtarışlardan sonra yeniyetmənin meyiti tapılaraq dənizdən çıxarılıb. Onun üzərində qan izləri olduğundan başının qayalara dəyərək öldüyü ehtimal edilir. Mərhumun […]

Bölgə Hadisə manset

“Narkozu çox vurdular, 3 yaşlı uşağımın ürəyi partladı”

Biləsuvarda 3 yaşlı Uğur Hacızadə planlı əməliyyata hazırlaşdığı gün həyatını itirib. xeberde.az  xəbər verir ki, vəfat edən uşağın anası Aydan Hacıyeva Baku TV-yə bildirib ki, onu mətbəxə kilidləyiblər və çöldə baş verənlərdən xəbəri olmayıb. “Başımı aldatdılar, çöldə nə edirdilər, bilmirəm. Çıxandan sonra, saat 8-ə qalırdı, bildim. Onda da həkim axtardıq, tapa bilmədik, qışqırdım, bağırdım. Əliqismət […]

Bölgə Hadisə

Füzulidə açıq ərazi yanır – Helikopter cəlb olundu

Füzuli rayonu Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verib. xeberde.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar əraziyə FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Dünya Hadisə İdman

19 yaşlı idmançı hotelin eyvanından yıxılıb öldü

Şotlandiyalı hokkeyçi Qari Kelli faciəvi şəkildə dünyasını dəyişib. xeberde.az xəbər verir ki, 19 yaşlı idmançı qaldığı hotelin eyvanından yıxılıb. O, yerindəcə həyatını itirib. Qeyd edək ki, Kelli Şotlandiya Milli Liqasında “Dandi Rokets”, “Aberdin” və “Dandi Stars” komandalarında çıxış edib. Ötən mövsüm o, 13 oyunda 17 xal (10 qol və 7 məhsuldar ötürmə) toplayıb.(

Dünya Hadisə

“Baqava” kod adlı İŞİD lideri ÖLDÜRÜLDÜ

İŞİD terror qruplaşmasının əsas fiqurlarından biri, “Baqava” və ya “Əsgər” ləqəbləri ilə tanınan Süleyman Ağa məhv edilib. xeberde.az  xarici KİV-ə istinadən xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri tərəfindən keçirilən xüsusi əməliyyat zamanı onun hava zərbəsi nəticəsində öldürüldüyü bildirilir. Hadisə ölkənin şimal-qərbində, İŞİD-in qalıq qüvvələrinin gizləndiyi Nineva vilayətində baş verib. İraq Müdafiə Nazirliyindən verilən məlumata görə, […]

Dünya Hadisə

Ben-Qurion hava limanı hipersəs raketi ilə VURULDU

“Ənsarullah” (husilər) hərəkatı Təl-Əvivdəki Ben-Qurion beynəlxalq hava limanına hipersəs ballistik raketi ilə hücum etdiklərini bəyan edib. xeberde.az xəbər verir ki, bu barədə Yəmən hərəkatının hərbi sözçüsü Yəhya Sariya “Əl Məsirə” telekanalının efirində bildirib. Hərəkatın rəsmi nümayəndəsinin sözlərinə görə, əməliyyat “öz hədəfinə çatıb”. “Raket qüvvələri Ben-Qurion (Lod) hava limanına qarşı “Fələstin-2” tipli hipersəs ballistik raketi ilə unikal […]