Hadisə

Bakıda avtomobilin vurduğu skuter sürən azyaşlı qızın kimliyi məlum olub – YENİLƏNİB

Bu gün Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyevə və Rəşid Behbudov küçələrinin kəsişməsində avtomobilin skuteri vurması nəticəsində dünyasını dəyişən azyaşlı qızın kimliyi məlum olub. xeberde.az xəbər verir ki, bu haqda Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi polis kapitanı Toğrul Nəsirli məlumat verib. O bildirib ki, hadisə 30 iyul Bakı vaxtı ilə Saat […]

Cəmiyyət Gündəm Hadisə Kriminal manset

Dövlətə 10 min ziyan vuran məktəb direktoru barədə QƏRAR VERİLDİ

Naftalan şəhər Uşaq Musiqi Məktəbinin sabiq direktoru Almaz Əliyeva apellyasiya məhkəməsinə üz tutub. xeberde.az-ın məlumatına görə, 2023-cü ilin dekabr ayından məktəbə rəhbərlik edən və 2023-cü ildə haqqında cinayət işi açılan məktəb direktoru haqqında olan hökmə xitam verilməsini istəyib. Naftalan Şəhər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli hökmünə əsasən məktəb direktoru 2 il müddətinə ev həbsinə məhkum edilib, ona, həmçinin dövlət […]

Cəmiyyət Hadisə

Sürücülərin yuxulaması səbəbindən 21 qəza baş verib

Son günlər respublika əhəmiyyətli magistral yollarda baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin sükan arxasında yuxulaması ilə bağlıdır. Təkcə son bir ay ərzində bu səbəbdən ölüm və xəsarətlə nəticələnən 21 yol-nəqliyyat hadisəsi qeydə alınıb. xeberde.az  xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində deyilir. “Hadisələrin təhlili göstərir ki, isti hava şəraitində […]

Hadisə

Çimərlikdə iki təkər qaldıran “avtoş” tutuldu

Lənkəranda çimərlik ərazisində avtoxuliqanlıq edən şəxs həbs edilib. xeberde.az-ın xəbərinə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları çimərlikdə avtoxuliqanlıq hərəkətləri edərək vətəndaşların həyat və sağlamlığı üçün təhlükə yaradan “Vaz 21074” markalı avtomobilin sürücüsü 27 yaşlı Samik Mustafayev saxlayıb. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması […]

Hadisə

65 yaşlı fəhlə faciəvi şəkildə öldü

Binəqədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. xeberde.az xəbər verir ki, hadisə iyulun 26-sı saat 18 radələrində Rəsulzadə qəsəbəsində tikilən çoxmərtəbəli binada qeydə alınıb. Tikintidə fəhlə işləyən Bakı şəhər sakini 1960-cı il təvəllüdlü Mahmudov Çingiz Mustafa oğlu hündürlükdən yıxılaraq ölüb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisə

Psixiatriya xəstəxanasında ölüm

Sumqayıtda xəstəxanada ölüm hadisəsi baş verib. xeberde.az xəbər verir ki, iyulun 25-i saat 12 radələrində Abşeron rayon sakini, 1981-ci il təvəllüdlü Rəşad Arzif oğlu Süleymanov müalicə olunduğu Sumqayıt Psixiatriya Xəstəxanasında vəfat edib. Onun sinir sisteminin böhranından əziyyət çəkdiyi və keçirdiyi əsəbdən öldüyü bildirilir. O da məlum olub ki, R.Süleymanov iyulun 24-də yaşadığı evdə damarlarını kəsərək […]

Hadisə

Bakıda zavodun liftində faciə – Ölən var

Paytaxtın Nərimanov rayonunda yerləşən zavodlardan birində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. xeberde.az xəbər verir ki, hadisə iyulun 24-ü gecə saat 23 radələrində qeydə alınıb.  Ağdaş rayon sakini 1989-cu il təvəllüdlü Ruslan Rahim oğlu Əliyev “Çinar” soyuducu zavodunun binasının liftini təmir edən zaman liftin şaxtasına yıxılıb.  Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan 36 yaşlı usta vəfat edib. Faktla […]

Dünya Hadisə

Türkiyə Ordusunun 2 əsgəri qızdırmadan öldü

Ötən gün Türkiyə Ordusunda iki hərbçi yüksək qızdırmadan vəfat edib. xeberde.az xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda nazirlik onların şəhid olduğunu bəyan edib. Qeyd olunub ki, orduda 7 əsgər yüksək hərarət səbəbindən xəstəxanaya yerləşdirilib. Lakin onlardan ikisi – Hayrullah Halit Karaman və Semih Erdoğan şəhid olub. Onların ölüm səbəblərinin həddindən […]

Bölgə Hadisə

Gəncədə icra əməkdaşları döyüldü

Gəncədə iki nəfər döyülüb. xeberde.az xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü İ.Muradov və 1990-ci il təvəllüdlü F.Gəncəzadə döyülmə ilə xəstəxanaya aparılıb. Hər iki şəxsə yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə döyülənlər – İ.Muradov və F.Gəncəzadə Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşlarıdır. Fakt araşdırılır.