Cəmiyyət Hadisə

Bakıda ögey ata kinoya çəkilən uşağa görə anasını döydü

Bakıda ər arvadını döyüb. xeberde.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Pirşağı qəsəbəsində qeydə alınıb. 39 yaşlı Sahib Gülməmmədov (soyad şərtidir) yaşadıqları evdə qeyri-rəsmi nikahlı arvadı Ayseli döyərək xəsarət yetirib. Nəticədə onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb. Zərərçəkən qadın ifadəsində bildirib ki, birinci evliliyindən olan oğlu 9 yaşlı İlkin kino […]

Gündəm Hadisə İncəsənət manset

Əməkdar artist Cabir İmanov VƏFAT ETDİ

Əməkdar artist Cabir İmanov vəfat edib. xeberde.az xəbər verir ki, o, bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib. Baş vermiş hadisə idman zalının kameraları vasitəsilə anbaan lentə alınıb. Məlum olub ki, Əməkdar artist məşq zalında müvazinətini itirərək yıxılıb. […]

Dünya Hadisə

ABŞ-da kilsə yandırıldı

ABŞ-ın Miçiqan ştatının Qrand Blank şəhərindəki Mormon kilsəsində atışma baş verib.  xeberde.az xəbər verir ki, “New York Post”un məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb. Atışmadan sonra kilsə binasında böyük yanğın başlayıb. Polis hücumçunun öldürüldüyünü bildirib. Hücumun motivi hələlik bəlli deyil.

Dünya Hadisə

Türkiyədə qalmaqallı həbs qərarı 

Türkiyənin nüfuzlu şirkətlərindən hesab olunan “Can Holding”in İdarə Heyətinin sədri Kəmal Can məhkəmə qərarı ilə həbs edilib. xeberde az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Məlumata görə, bundan əvvəl polis “Can Holding”in bir sıra rəhbərlərini və səhmdarlarını saxlayaraq ev və ofislərində axtarış aparıb. Onlara qarşı cinayətkar təşkilat yaratmaq, vergidən yayınma, dələduzluq və cinayət […]

Dünya Hadisə

Zəlzələyə görə İstanbulda uçuşlara fasilə verildi

Kütahyada baş verən və ətraf bölgələrdə hiss olunan zəlzələdən sonra İstanbulun Sabiha Gökçen Hava Limanında təhlükəsizlik məqsədilə operativ tədbirlər görülüb. xeberde.az-ın məlumatına görə, hava hərəkəti nəzarətçisi eniş edən təyyarələri ehtiyat tədbiri olaraq xəbərdar edib. Zolağın yoxlanılması üçün uçuşlar təxminən 5 dəqiqəlik dayandırılıb. Bu müddətdə iki təyyarə eniş etməyib. Aparılan yoxlamalar zamanı hər hansı nasazlıq və […]

Dünya Hadisə

Məşhur aktyor jurnalisti söydü – Döyüldü

Türkiyənin məşhur sənətçisi Nejat İşler ilə şou-biznes müxbirləri arasında dava çıxıb. xeberde.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb aktyorun sərxoş olduğu halda jurnalistin ona dayanmadan sual ünvanlaması olub. Bunun ardınca aktyor əsəbiləşib və söyüş söyməyə başlayıb. Qeyri-etik ifadələrdən hiddətlənən müxbirlərdən biri sənətçiyə kəllə atıb. Qeyd edək ki, sözügedən görüntülərdə çoxsaylı təhqiramiz ifadələr yer aldığından […]

Gündəm Hadisə manset

Yekaterinburqda həbsdə olan azərbaycanlılarla bağlı ŞOK MƏLUMAT

Rusiya İstintaq Komitəsi tələb edir ki, azərbaycanlıların işi tələsik yekunlaşdırılsın-səbəb… Yekaterinburqda həbs edilən azərbaycanlıların və diaspora rəhbəri Şahin Sıxlınskinin işini aparan müstəntiqlə bağlı qalmaqallı xəbər yayılıb. xeberde.az rucriminal.info-ya istinadən xəbər verir ki, azərbaycanlıların işi üzrə istintaq Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə xüsusilə mühüm işlər üzrə dördüncü idarənin rəisi mayor Yaroslav Kuznetsovun icraatındadır. Xəbərdə bildirilir […]

Dünya Hadisə

Elə əsnədi ki boynu sındı – İki uşaq anası FACİƏ ilə üzləşib

Böyük Britaniyada qeyri-adi bir hadisə baş verib. xeberde.az xəbər verir ki, iki uşaq anası olan Heyli Blek təsadüfi əsnəmə zamanı ağır xəsarət alıb. Qadının boynundakı fəqərələr zədələnib və nəticədə bədənin sağ tərəfi iflic vəziyyətinə düşüb. Hadisə zamanı Blek kəskin ağrı hiss edib və ərindən təcili yardım çağırmasını istəyib. Əvvəlki rentgen müayinələri ciddi problem göstərməsə də, […]