Hadisə

Bakıda 35 min manatlıq oğurluq

Paytaxtda oğurluq edənlər saxlanılıb. xeberde.az DİN-ə istinadən xəbıər verir ki, paytaxtın Sabunçu rayonunda bir nəfərə məxsus evin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar- 20 yaşlı Z.Zeynalov və 31 yaşlı Ü.Xudayev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxslərin digər bir rayon sakininin həyətindən 35 000 manat dəyərində məişət əşyaları talamaları da məlum […]

Hadisə İdman

Mikelsin durumuna aydınlıq gəldi- Qabırğası əzilibmiş

“Karvan-Yevlax”la oyunda zədə alan “Sabah”ın futbolçusu Coy-Lens Mikels tam tibbi müayinədən keçib. Müayinənin nəticələrinə əsasən, futboloçunun daxili orqanlarında hər hansı ciddi zədə və ya daxili qanaxma halı aşkarlanmayıb. Həkimlərin rəyinə əsasən, futbolçumuza qabırğa əzilməsi diaqnozu qoyulub. Mikelsin bərpa müddəti növbəti günlərdə müəyyən ediləcək.

Dünya Hadisə

16 il parlamentin döşəməsini yuyan qadının sirri ifşa olundu – işdən qovuldu

Böyük Britaniyada inanılmaz hadisə üzə çıxıb – 16 il ərzində gecələr parlamentdə, gündüzlər isə “Deutsche Bank”da çalışan nigeriyalı qadın Mulikat Oqumodede işdən azad edilib. xeberde.az-ın xəbərinə görə, məlum olub ki, qadın 2008-ci ildən 2024-cü ilə qədər ardıcıl olaraq iki tam ştat işdə çalışıb: səhərlər saat 08:00-dan 17:00-dək bankda, gecələr isə 22:00-dan 06:00-dək parlamentin binasında döşəmə […]

Bölgə Gündəm Hadisə

Zaqatala və Balakən böyük təhlükə qarşısında – DÖVLƏT QURUMLARI HƏRƏKƏTƏ KEÇDİ

Balakən və Zaqatala rayonlarının bir sıra kəndlərində, qeyri-yaşayış və inzibati binalarda Qəhvəyi mərmər bağacığına qarşı dezinfeksiya işlərinə başlanılıb. Bu barədə “Report”un Şimal-qərb bürosuna Kənd Təsərrüfarı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzindən məlumat verilib. Bildirilib ki, Balakən Regional və Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları hazırda ərazidədir. Mərkəzdən verilən məlumata görə, yaşayış […]

Hadisə

Kür çayında bir nəfər batıb

Kür çayında bir nəfər batıb. Bu barədə xeberde.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonunun Cavad kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Bölgə Hadisə

Şəkidə yol qəzasında 6 nəfər xəsarət alıb

Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var. xeberde.azxəbər verir ki, hadisə axşam saat 17 radələrində Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.Qəza zamanı iki minik avtomobili toqquşub. İlkin məlumata görə, avtomobillərdə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirliblər. […]

Cəmiyyət Gündəm Hadisə

37 aptekdə yoxlama aparıldı – Nöqsanlar aşkarlandı

Sentyabr ayında 37 aptekdə monitorinq aparılıb. xeberde.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeyd olunan dövr ərzində ümumilikdə 9-u Bakı şəhərində, 28-i isə digər rayonlarda olmaqla 37 aptekdə yoxlama aparılıb.Aparılmış planlı və plandan kənar yoxlamalar nəticəsində 8 müxtəlif nöqsanlar faktı aşkar olunub. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə ümumilikdə […]

Gündəm Hadisə

Bakıda piyada səkisini zəbt edən qurğular söküldü

Bakının Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsində ictimai iaşə obyektlərinin qarşısında sakinlərin sərbəst hərəkətinə mane olan dibçəklər və günlüklər sökülüb. xeberde.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat verib.”Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında ərazidə baxış keçirilib. Yoxlama zamanı piyada səkisində […]

Hadisə

4 Oktyabr – Cəbrayıl şəhəri günüdür

Cəbrayıl ərazisi 1841-ci ildə Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyində olub. Cəbrayıl rayonu 1930-cu ildə təşkil edilib.1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kvadrat kilometri […]