Siyəzən rayonunun Yenikənd kəndində keçmiş məhkumun meyiti tapılıb. Hadisə noyabrın 9-da qeydə alınıb. Belə ki, əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Zahid Ağamirzə oğlu Məmmədovun üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı Yenikənd kəndindəki evdə aşkarlanıb. Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.
Hadisə
Zelenskiyə yaxın iş adamı ölkədən qaçdı – NABU əməliyyatına 2 saat qalmış…
Ukraynada prezident Vladimir Zelenskiyə yaxınlığı ilə tanınan biznesmen Timur Mindıç ölkəni tərk edib. xeberde.az xəbər verir ki, Ukrayna mediasının məlumatına görə, Mindıç 10 noyabr gecəsi Ukraynadan çıxıb və bu, Milli Korrupsiyaya qarşı Bürosu (NABU) əməkdaşlarının onun ünvanında axtarış aparmasına cəmi bir neçə saat qalmış baş verib. Timur Mindıç uzun illər Zelenski ilə birlikdə fəaliyyət göstərən […]
SON DƏQİQƏ! Bu icra hakimiyyətində YOXLAMA aparılır
Gəncə İcra Hakimiyyətində yoxlama aparılır. Ajans.az-ın əldə etdiyi məlumata görə, Hesablama Palatası İcra Hakimiyyətində nəzarət tədbiri həyata keçirir. Musavat.com xəbər verir ki, Ajans.az məsələ ilə bağlı Hesablamalar Palatasına sorğu ünvanlayıb. Sorğuya cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2025-ci ilin İş Planına əsasən Gəncə Şəhər İcra Hakimiyyətində nəzarət tədbiri həyata keçirilir. “Hesablama Palatası haqqında” […]
Bakıda bir həftə əvvəl çəkilən asfalt ÇÖKDÜ
Binəqədidə bir həftə əvvəl çəkilən asfalt çöküb. xeberde.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Mir Cəlal küçəsində bir həftə əvvəl çəkilən yolda baş verib.
Xəzərdə balıqçı qayığı zədələndi – Üç nəfər xilas edildi
Xəzər dənizində köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşları xilas edilib. xeberde.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, oktyabrın 31-də saat 15:35-də Sahil Mühafizəsinin Astara sahil nəzarəti şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında balıqçı qayığının zədələnməsi nəticəsində üç nəfər heyət üzvünün batma təhlükəsi ilə üzləşdiyi barədə […]
Qar uçqununda 15 nəfər itkin düşdü
Bu gün səhər saatlarında Nepalda Yalung Ri Himal dağının baza düşərgəsi yaxınlığında qar uçqunu nəticəsində əcnəbi alpinistlər və nepallı bələdçilər də daxil olmaqla, 15 nəfər itkin düşüb. xeberde.az xəbər verir ki, bu barədə “Kathmandu Post” yerli polis idarəsinə istinadla məlumat yayıb. “Dolma Kxanq zirvəsinə qalxmağa cəhd edən həm nepallı, həm də əcnəbi alpinistlərdən ibarət qrup səhər […]
Bakıda mənzildən meyit tapıldı
Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. xeberde.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Vüqar Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Vüqar Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Xeberde.az xəbər verir ki, Əməliyyat zamanı “Hürriyyət” qəzeti, eyniadlı Hurriyyet.az saytı və “Hurriyyet TV”nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb. Bildirilib ki, “Hürriyyət”ə məxsus ofisdə axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb. Bu əməliyyatın Ramiz Mehdiyev olayı ilə bağlı ola biləcəyi ehtimal olunur. Qeyd edək ki, Vüqar Məmmədov […]
DTX Balakəndə əməliyyat keçirir – İcra başçısı saxlanıldı
Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir. Xeberde.az-ın əldə etdiyi məlumata görə, əməliyyat Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilir. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir. Əlavə məlumat veriləcək. Xeberde.az
Astarada hamilə gəlin toy gecəsi öldü
Astara hamilə qadın toyundan bir gün sonra ölüb. xeberde.az xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanovanın dünən toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. […]










