Hadisə Şou-Biznes

İlkinin adından dələduzluq edildi

Aparıcı İlkin Həsəninin adından dələduzluq edilib. xeberde.az  xəbər verir ki, aparıcı fotosunun kazino oyunlarında istifarə edildiyini bildirib. “Kimdirsə “deepfake” metodunu yeni öyrənir. Video və fotolarımdan istifadə edib, onlayn kazino reklamları hazırlayırlar. Ağıllı insanlar sadəcə gülüb keçir, yerdə qalanlar isə kazino “reklamı”nı edənləri söyür” deyə, İlkin əlavə edib.

Gündəm Hadisə

Bakıda səfirlik maşını qaydaları pozdu

Bakıda səfirlik avtomobilinin avtobus dayanacağı və velosiped zolağında qaydaları pozmasına dair foto yayılıb. xeberde.az xəbər verir ki, fotonu sosial şəbəkədə teleaparıcı İlkin Həsəni paylaşıb. O, fotonu “Yeni “mikrodiplomatiklik” zolaqları” başlığı ilə təqdim edib. Qeyd edək ki, qaydaları pozan avtomobilin Böyük Britaniya səfirliyinə məxsus olduğu bildirilir. İnzibati Xətalar Məcəlləsinə əsasən, avtobus dayanacağı və velosiped zolağını zəbt edən […]

Gündəm Hadisə

“Uğur 777” estetik mərkəzində qanunsuz əməliyyatlara görə CİNAYƏT İŞİ BAŞLANILDI

Bir qrup şəxs tərəfindən qanunsuz olaraq estetik əməliyyatların aparılması barədə mediada yayılan məlumat və videogörüntülər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Bu barədə xeberde.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, araşdırma zamanı Xəyalə İsmayılovanın adına dövlət qeydiyyatına alınan, “UĞUR 777 estetik mərkəz”in qanunsuz fəaliyyət göstərməsi, orada müvafiq standartlara riayət edilmədən […]

Bölgə Hadisə

Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi- Həbs olundu

Naxçıvan Beynəlxalq Hava Limanında yeniyetmə qıza qarşı xuliqanlıq edən şəxs məsuliyyətə cəlb edilib. xeberde.az ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl aeroportun daxilində baş verib. Belə ki, Bakıya getmək üçün hava limanına gələn E.Süleymanov (şərti) orada adam gözləyən 2011-ci il təvəllüdlü Aytəni (şərti) görüb. O tanış olmaq məqsədilə qıza yaxınlaşıb. Lakin müsbət […]

Dünya Gündəm Hadisə

Qəzaya uğrayan təyyarədə 20 hərbçi olub – RƏSMİ

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan–Gürcüstan sərhədinə yaxın ərazidə qəzaya uğrayan C-130 “Hercules” tipli hərbi nəqliyyat təyyarəsi ilə bağlı yeni açıqlama yayıb. xeberde.az-ın məlumatına gorə, Nazirlikdən bildirilir ki, hadisə zamanı təyyarədə uçuş heyəti ilə birlikdə 20 hərbi qulluqçu olub. Hazırda qəza yerində Türkiyə, Azərbaycan və Gürcüstan axtarış-xilasetmə qrupları birgə fəaliyyət göstərir. Xatırladaq ki, Gəncədən havaya qalxan […]

Dünya Gündəm Hadisə

Fərhad Əhmədovun şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu

Azərbaycan əsilli iş adamı Fərhad Əhmədova məxsus, atası Teymur Əhmədovun adını daşıyan “Aznar” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti dayandırılıb. xeberde.az xəbər verir ki, bu haqda “Unikal”a QSC-dən bildirilib. Qeyd olunub ki, 2025-ci il 16 oktyabr tarixindən etibarən Göyçay Rayon Məhkəməsi və İcra Şöbəsi müəssisənin istehsalat fəaliyyəti dayandırılıb, zavodun əmlakı üzərinə həbs qoyulub. Qeyd edilib ki, sözügedən tədbirlər […]

Hadisə

Qadın yolda yatdı, “ayıq sürücü” pulunu oğurladı

Paytaxtda qeyri-adi oğurluq hadisəsi baş verib. xeberde.az xəbər verir ki, Xətai rayonunda 25 yaşlı qadın sərxoş vəziyyətdə avtomobildə yatarkən ona məxsus “Jeep” markalı maşından 3000 manat oğurlanıb. O, hadisə barədə polisə məlumat verib. Aparılan araşdırmalarla cinayəti törətməkdə şübhəli bilinən 22 yaşlı Mikayıl Quliyev müəyyən olunaraq saxlanılıb. O, qadının yolda yatmasından istifadə edərək oğurluğu törədib. Araşdırmalar […]

Dünya Gündəm Hadisə Hərbi manset Siyasət

Kərim Vəliyev Selçuk Bayraktaroğluna başsağlığı verib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğluna başsağlığı verib. Bu barədə xeberde.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, başsağlığında deyilir: “Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan […]

Hadisə Kriminal manset

Bakıda müəllim tələbədən ətir istədi, işdən çıxarıldı – Məhkəmə işi

Bakıda müəllim İlhamiyyə Mehdiyeva tələbədən istifadə etdiyi ətirdən onun üçün almasını istəyib və işdən çıxarılıb. Qadın müəllim bununla bağlı məhkəməyə müraciət edib. xeberde.az xəbər verir ki, hadisə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş verib. İlhamiyyə Mehdiyeva Əmək Məcəlləsinin 70-ci maddəsinin […]

Dünya Hadisə

“Lukoil” İraqdakı nəhəng yataqda fövqəladə vəziyyət elan etdi

“Lukoil” şirkəti İraqda yerləşən dünyanın ən böyük neft yataqlarından biri olan “Qərbi Qurna-2” üzrə fəaliyyətində fors-major elan edib. xeberde.az Reuters agentliyinə istinadən xəbər verir ki, dörd mənbənin bildirdiyinə görə, ABŞ və Avropa İttifaqının şirkətə qarşı sanksiyalar tətbiq etməsindən sonra İraq hökuməti “Lukoil”ə bütün ödənişləri dayandırıb. Məlumata əsasən, şirkət İraqın neft nazirliyinə rəsmi məktub göndərərək, yaranmış fors-major […]