25 oktyabr – Qubadlı Şəhəri Günü Azərbaycanın şanlı Zəfər tarixinin mühüm hadisələrindən biridir. 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusunun şəhəri işğaldan azad etməsi Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtəsi olmaqla, tarixi ədalətin bərpasına doğru atılan əhəmiyyətli addım oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad […]
Hərbi
Qubadlıya gedən Yol
“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı” – Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Qubadlının tarixində yeni mərhələnin başlanğıcını ifadə edir. Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşən Qubadlı rayonu 802 kvadrat kilometr ərazini əhatə edir. Səthi əsasən dağlıq […]
Zəngilanın dirçəliş və qayıdış dövrü
Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam […]
Zəngilan Azərbaycanın ən gözəl güşələrindən birinə çevriləcək
Hər il oktyabrın 20-də Zəngilan şəhəri günü qeyd olunur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərin şəhər günləri təsis edilib və Zəngilan üçün bu gün 2020-ci il oktyabrın 20-si seçilib. Məhz həmin gün Azərbaycan Ordusu Zəngilan şəhərini və rayonun bir sıra kəndlərini düşmən tapdağından azad edib.Zəngilan Azərbaycanın cənub-qərbində, […]
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Prezident İlham Əliyev oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşündəki çıxışında Azərbaycanın müstəqillik dövründə üzləşdiyi tarixi ədalətsizliklərdən və bu ədalətsizliyin beynəlxalq hüququn gücü ilə deyil, haqqın gücü ilə necə aradan qaldırılmasından bəhs edib.Prezident çıxışında qeyd edib ki, coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan getdikcə Avrasiya məkanında […]
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Füzuli Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan maili düzənlikdə yerləşən rayonun ərazisi 1386 kvadrat kilometrdir. Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəd olan bu torpaqlardan Quruçay, Köndələnçay, Çərəkən çayları axır. Tarixi mənbələrə görə Füzulinin əsası 1827-ci ildə Qarabulaq adı ilə qoyulub. 1930-cu […]
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
4 oktyabr Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan günlərdəndir. 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Cəbrayıl şəhəri və rayonun doqquz kəndi işğaldan azad edilib. Bu qələbə Vətən müharibəsinin gedişində mühüm mərhələ olmaqla yanaşı, Cəbrayılın Böyük Qayıdış yolunun da başlanğıcını qoyub.Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan […]
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
27 Sentyabr Azərbaycanda Anım Günü kimi qeyd olunur. Bu əlamətdar tarix Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə genişmiqyaslı hərbi təxribatla hücum etməsi 44 günlük Vətən müharibəsinin başlanmasına səbəb oldu. Azərbaycan Ordusu Ali […]
Hərbçimiz həlak oldu – FOTO
Azərbaycan ordusunun hərbçisi həlak olub. xeberde.az xəbər verir ki, hərbçi Quliyev Ələkbər Rizvan oğlu təlimdə paraşütün açılmaması nəticəsində həyatını itirib. O, bu gün doğulduğu Biləsuvar rayonunun Əliabad kəndində torpağa tapşırılıb.(qafqazinfo)
Milli Ordumuzun şərəfli inkişaf yolu
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın həyatında mühüm yer tutan əlamətdar günlərdən biridir. Bu tarix Azərbaycan dövlətinin hərbi qüdrətini, milli təhlükəsizliyini və müstəqilliyinin təminatçısı olan Silahlı Qüvvələrimizin keçdiyi şərəfli inkişaf yolunu əks etdirir. Hər il böyük qürur hissi ilə qeyd olunan bu gün ordumuzun əldə etdiyi nailiyyətlərə verilən yüksək dəyərin ifadəsidir.Azərbaycan milli […]










