Gündəm Hərbi

Hərbçilərin mənzillə təmin edilməsi prosesi DAVAM EDƏCƏK

Sabah Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107-ci ili tamam olur.  1918-ci il iyunun 26-da əsası qoyulan ordumuz ötən bir əsrdən artıq dövrdə böyük inkişaf yolu keçib və bu gün regionun ən güclü hərbi qurumlarından birinə çevrilib. Xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə Azərbaycan Ordusunun peşəkarlığını və qüdrətini bütün dünyaya nümayiş etdirib. […]

Hərbi

Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik

Ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Müasir Azərbaycan dövlət müstəqiliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və təkidi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Odur ki, fəxrlə deyə […]

Gündəm Hərbi

Müdafiə Nazirliyində media və QHT nümayəndələri ilə görüş keçirildi

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Hərb Tarixi Muzeyində hərbi qulluqçuların, bir sıra media və Qeyri-Hökumət Təşkilatları (QHT) nümayəndələrinin, həmçinin ekspertlərin iştirak etdiyi tədbir keçirilib. xeberde.az MN-ə istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının […]

Hərbi

General korpus komandiri təyin olundu

Azərbaycan Ordusunun 4-cü Ordu birliyinə (Bakı Korpusu) yeni komandir təyin olunub. xeberde.az xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. Əmrə əsasən, general-mayor Akif Pirverdiyev 4-cü Ordu birliyinin komandiri vəzifəsinə gətirilib. Birliyin bundan əvvəlki komandiri general-mayor Münasib Babayev idi. Qeyd edək ki, general-mayor Akif Səməndər oğlu Pirverdiyev Goranboy rayonunun Qaramusalı kəndində anadan olub. O, Birinci […]

Cəmiyyət Gündəm Hərbi

Bu şəxslər hərbi xidmətə çağırılmayacaq

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bildirilib ki, hərbi xidmətdən yayınanlarla bağlı mühüm qərarlar qəbul edilib. Belə ki, Dövlət Xidməti  müddətli həqiqi hərbi xidmətdən yayınma halları ilə mübarizəni gücləndirir. Bəs hansı xəstəliyi olanlar hərbi xidmətə çağırılmır? xeberde.az xəbər verir ki, hərbi-ekspert Üzeyir Cəfərov Bizim.Media-ya açıqlamasında bildirib ki, rəsmi açıqlamalardan məlumdur ki, ölkəmizdə […]

Cəmiyyət Hərbi manset

İlkin hərbi qeydiyyatdan boyun qaçıranlar CƏRİMƏLƏNƏCƏK

Çağırışçıların və hərbi vəzifəlilərin həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə cərimə artırılır. xeberde.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən İnzibati Xətalar Məcəlləsinə olunan dəyişiklikdə əksini tapıb. Məcəlləyə əsasən, ilkin hərbi qeydiyyata alınmaqdan […]

Hərbi

Səfərbərlik Xidməti məlumat yaydı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov aprelin 17-də Sabirabad rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı, İmişli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə xidmətdən bildirilib. Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib. Qəbulda 7 şəhid ailəsi və 2 müharibə veteranı olmaqla 15 vətəndaşın […]

Hadisə Hərbi

Qadın hərbçinin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Aprelin 14-də səhər saatlarında məzuniyyətdə olarkən Azərbaycan Ordusunun qadın hərbi qulluqçusu Şahverdiyeva İlahə Rəsul qızı idarə etdiyi şəxsi avtomobilində hərəkət zamanı baş vermiş avtoqəzada vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə başsağlığı verib.