“Study In Turkey Azerbaijan” şirkətinin rəhbəri, təhsil məsələləri üzrə ekspert Fuad Hacıyevin vətəndaşı aldatdığı iddia olunur. Belə bir iddia ilə Musavat.com-a Bəşirli Nərmin Xaqani qızı müraciət edib. Şikayətçi bildirib ki, Fuad Hacıyev onu və ailəsini Kanadaya işçi vizası ilə göndərmək üçün 2019-cu ildə onlardan 50 min manat alıb: “Fuad xaricdə təhsil almağa imkan yaratmaq və işçi […]
Gündəm
DSX mayoruna hücum edən idmançılar barəsində qərar verildi
Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb. xeberde.az xəbər verir ki, Xətai rayon Məhkəməsində keçirilən prosesdə bununla bağlı təqdimata baxılıb. Məhkəmə təqsirləndirilən şəxslərin həbs-qətimkan tədbirinin müddətini mayın 5-dək uzadıb. Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib. İdmançıların DSX mayoru, kikboksinq […]
Prezident Məmmədbağır Əliyevi TƏLTİF ETDİ
Rusiyada fəaliyyət göstərən azərbaycanlı akademik Məmmədbağır Cavad oğlu Əliyev “Şərəf” ordeni ilə təltif edilib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla M.Əliyev Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai fəaliyyətinə görə bu mükafata layiq görülüb. Qeyd edək ki, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü olan alimin bu gün 70 […]
Bu binadan vahiməli səslər gəlir – Sakinlər QORXU İÇİNDƏ – VİDEO
Ağstafa şəhəri Müseyib Allahverdiyev küçəsində yerləşən köhnə tikili sakinləri narahat edir. xeberde.az xəbər verir ki, sakinlər binadan gecələr vahiməli səslər gəldiyini deyirlər. Ətraflı AzTV-nin sujetində:
Maşını səkidə saxlayanların nəzərinə – 60 manat və 2 bal CƏRİMƏ
Bakı Şəhər DYP İdarəsi tərəfindən piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və qəzaların sayının minimuma endirilməsi istiqamətində mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir. Piyada qəzalarının baş verməsinə səbəb olan amillərdən biri də nəqliyyat vasitələrinin səkilərdə park edilməsidir. xeberde.az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsinin sürücülərə müraciətində qeyd olunub. “Belə ki, […]
Ədalət Verdiyev azadlığa BURAXILDI
Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevin məhkəmə prosesi yekunlaşıb. xeberde.az xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə […]
Məhkəmə Hacı Vəliyevlə bağlı QƏRAR VERDİ
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. xeberde.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb və birinci istansiya məhkəməsinin qərarı dəyişdirilməyib. Qeyd edək ki, ona Cinayət […]
Məktəb ətrafında neqativ hərəkətləri ilə diqqət çəkən şəxs polisə dəvət olundu
Sosial şəbəkələrdə paylaşılan məktəb ətrafında bir nəfərin neqativ hərəkətlərilə bağlı ajiotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb. xeberde.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məlumat yayıb. Qeyd edib ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. “Araşdırmalarla xüsusi narahatedici halın baş vermədiyi müəyyənləşib. Hər iki tərəf verdikləri izahatda […]
Birinci sinifə qəbul BAŞLAYIR
1 may saat 11:00 dan etibarən 2025–2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Bu barədə xeberde.az-a MÜTDA-dan məlumat verilib. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq […]
Tələ saytlar yaradırlar – Polisdən XƏBƏRDARLIQ
Dələduzlar orijinala oxşar dizaynla tələ saytları, kredit təşkilatlarının saxta saytlarını yaradırlar. xeberde.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib. “Fişinq saytlarını ilk baxışdan orijinaldan ayırmaq çətindir, lakin bu mümkündür. Ünvanın https ilə başladığına əmin olun, domen adında hərflərə və rəqəmlərə diqqət etməlisiniz. Həmin saytların tələb etdiyi qaydaları […]










