Bakıda yerləşən İkinci Fəxri xiyaban iyunun 1-dən təmirə bağlanıb. xeberde.az xəbər verir ki, bu səbəbdən hazırda xiyabana yalnız şəhidlərin ailə üzvlərinin girişinə icazə verilir. Məlumata görə, təmir bütün xiyabanı əhatə edəcək. Vətən yolunda qəhrəmanlıqla həlak olmuş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə üzərinə “Şəhidlər ölməz” yazısı qeyd olunacaq ümumi abidənin ucaldılması nəzərdə tutulur. Təmir sentyabrın 27-dək başa […]
Gündəm
Polad Həşimovun şəhid olmağından 5 il ötür
O, Azərbaycanda kiçikdən böyüyə hər kəsin qəhrəmanıdır. General-mayor, Milli Qəhrəman Polad Həşimov… Qarabağ müharibəsi dövründə döyüş şəraitində şəhid olan ilk general… Öz əməlləri və xarakterilə əsgərlərin könlündə taxt quran komandir… Polad Həşimovun əsgəri olmuş hər kəsin onunla bağlı heç vaxt unudulmayacaq ən azı bir xatirəsi var. O, Vətəninə, millətinə, torpağına, bayrağına bağlı əsl hərbçi, qeyri-adi […]
Tovuz döyüşlərindən 5 il ötür
Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan döyüşlərdən beş il ötür. 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib. İyulun 12-də […]
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb – SƏRƏNCAM
Prezident İlham Əliyev Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında Sərəncam imzalayıb. xeberde.az xəbər verir ki, Sərəncama əsasən, dövlətimizin başçısı Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 650 min manat ayırıb. Həmin Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə […]
Moskva bazarında azərbaycanlılar saxlanılıb
Rusiyada polislərin xüsusi təyinatlı dəstəsi (OMON) Moskva vilayətinin Mıtişinski şəhərində azərbaycanlıları avtobuslara yığaraq aparıb. xeberde.az xəbər verir ki, bu barədə məlumat və görüntülər Baku.ws-ə daxil olub. Bildirilib ki, hadisə bu gün “Mıtişinskiy bazar” adlı yerdə Moskva vaxtı ilə səhər saat 09:00-da (red: Bakı vaxtı ilə 10:00) baş verib. Sözügedən görüntüləri təqdim edirik:
Sumqayıt Hospitalının həkimindən ŞİKAYƏT: Vətəndaşa təzyiq göstərən Elçin Bayramov kimə arxalanır?
Sumqayıt Hospitalında lor-cərrah kimi çalışan Elçin Bayramovun Quba rayonunun Xucbala kəndində qonşuluqda yaşayan vətəndaşa qarşı davamlı təzyiqlər göstərdiyi iddia olunur. Bu barədə xeberde.az-a müraciət edən Sevinc Paşayeva bildirib ki, Elçin Bayramov onun ailəsini su və kanalizasiya sistemindən ayırmaqla təhdid edir və mülki hüquqları pozur. Şikayətçi deyir ki, ötən il Əli Behbudov adlı şəxsdən aldığı evə köçdüyü gündən […]
“Atlant”ın açıq hərrac yolu ilə satılması tələb olundu
“Təbriz” MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xeberde.az xəbər verir ki, Teleqraf-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrlik etdiyi prosesdə təqsirləndirilən Nofəl Hacıyevin müdafiəsinə vəkillər – Ceyhun Yusifov və Asim Hacıyevin qoşulduğu məlum olub. Məhkəmədə elan olunub ki, N.Hacıyevin […]
İyulun ən möhtəşəm Ayı bu tarixdə görünəcək
Bu il iyulun 10-da gecə səmasında “Maral Ay” (“Buck Moon”) adlı unikal hadisə müşahidə olunacaq. xeberde.az xəbər verir ki, bu, Ayın ilin ən alçaq mövqedə görünməsi ilə xarakterizə olunur. Mütəxəssislər bildirir ki, Ay günbatan sonra qürub işıqları zamanı üfüqdə nəhəng və narıncı rəngdə görsənəcək. NASA bu hadisəni “Ayın illüziyası” adlandırır. Ay üfüqə yaxın olduqda böyük və […]
Prezident Birləşmiş Ərəb Əmirliklərindədir – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib. xeberde.az xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşılayıblar.
202 nömrəli uşaq bağçasında nöqsanlar aşkarlandı
202 nömrəli körpələr evi-uşaq bağçasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb. Bu barədə xeberde.az-ın cavab olaraq BŞTİ-dən məlumat verilib. Bildirilib ki, monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar aşkar edilib. Müəyyən edilmiş nöqsanlara əsasən bağça müdirinin fəaliyyəti ilə bağlı qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur. Qeyd edək ki, 202 saylı bağçadan narazı olan müəllimlərin tele-kanallardan […]










