İmişli rayon sakini İntiqam Əvəzov ailələrinə məxsus bazarın qanunsuz şəkildə əllərindən alındığını iddia edib. O bildirib ki, bu proses Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin göstərişləri ilə həyata keçirilib. xeberde.az xəbər verir ki, Globalinfo.az-a müraciət edən şəxs deyib ki, atası mərhum Rüstəm Əvəzov 1995-ci ildən İmişli rayon kolxoz bazarının müdiri olub. 1999-cu ildə “Özəlləşdirmənin 1-ci Dövlət […]
Gündəm
“Bankdan kredit götürüb ev almışıq, amma yaşaya bilmirik” – Video
Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1 ünvanında yerləşən çoxmərtəbəli binanın sakinləri artıq təxminən 10 ildir böyük məbləğlər ödəyib aldıqları mənzillərə köçə bilmədiklərini bildirirlər. xeberde.az xəbər verir ki, sakinlərin sözlərinə görə, binanı inşa edən şəxslər hazırda həbsdədir. “Burada bir mənzil bir neçə nəfərə satılıb. Binada lift yox idi, qaz və su sayğacları üçün sakinlərdən vəsait toplanmışdı, lakin […]
İstanbul Sənaye Palatasının nümayəndə heyəti ilə “Veysəloğlu” rəhbərliyi arasında görüş olub
İstanbul Sənaye Palatasının (İSO) İdarə Heyəti sədri Erdal Bahçıvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) rəhbərliyi arasında görüş keçirilib. Nobel Qardaşları Muzeyinin nəzdində fəaliyyət göstərən restoranda səhər yeməyi ətrafında bir araya gələn tərəflər arasında baş tutan səmimi tanışlıqdan sonra tədbir iştirakçılarına muzey barədə ətraflı məlumat verilib və info-tur təşkil olunub. Daha sonra […]
ADA ilə “Veysəloğlu”nun tərəfdaşlığı uğurla davam edir – xeyriyyə məqsədli festival keçirilib
ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA İbtidai Məktəbində artıq ənənə halını alan Payız festivalı – Məhsul bayramı böyük coşqu ilə qeyd edilib. Tarixən xalqımızın ənənələri sırasında xüsusi yer tutan məhsul bayramı bu gün də bolluğun, ruzinin, bərəkətin və birliyin simvolu kimi qeyd olunur. Festivalın keçirilməsində əsas məqsəd ADA ailəsini və tərəfdaşlarını bir araya gətirərək şagirdlər […]
Fəzail Ağamalının partiyanı bölə bilməyən övladlarının şirkətləri – Siyahı
Son günlər övladları arasındakı qalmaqalla gündəmə gələn Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalının ailə üzvlərinə məxsus şirkətlər məlum olub. xeberde.az “İqtisadiyyat.az”-a istinadən xəbər verir ki, həmin şirkətlər partiyaya sədrlik uğrunda mübarizə aparan Elçin və Günay Ağamalılara aiddir. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, Elçin Ağamalının qanuni təmsilçisi olduğu iki şirkət vardır ki, bunlar “La Vida” […]
Elton Məmmədov AMEA-da əsassız xərclədiyi 3 milyon manatı büdcəyə ödəyib – RƏSMİ
Baş Prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq edib. xeberde.az xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsinin sabiq müdiri, hazırda həmin qurumun Rəyasət Heyəti Aparatının Sosial xidmətlər şöbəsinin müdiri Məmmədov Elton Arzuman oğlunun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə açıqlaması yayılıb. […]
Aydın Talıbov “Cahan Şirkətlər Qrupu”nun Naxçıvanda keçirilən yubiley tədbirində iştirak edib
Naxçıvanda “Cahan Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaranmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, bir sıra yerli və xarici şirkətlərin rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. “Cahan Şirkətlər Qrupu” MMC-nin təsisçisi Vüqar Abbasov çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib. […]
Onlarla taksi sürücüsü avtovağzalda gecələyir
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yeni qərarı taksi sürücülərini çətin vəziyyətə salıb. xeberde.az xəbər verir ki, son günlər Bakıda taksi sürücüləri üçün ciddi çətinliklər yaranıb. AYNA-nın “buraxılış vərəqəsi”nin (icazə sənədinin) alınmasına dair yeni tələblər tətbiq edildikdən sonra sürücülər kütləvi şəkildə Bakı Beynəlxalq Avtovağzalına üz tutur. Onların sözlərinə görə, vərəqə almaq üçün səhərin açılmasından əvvəl sıralar formalaşır, gecədən növbəyə […]
Bakıda keçiriləcək Hərbi parada hazırlıqdan GÖRÜNTÜLƏR
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən, noyabrın 8-də Bakı şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək. xeberde.az xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına əsasən, parada hazırlıqla bağlı Silahlı Qüvvələrin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir. Artıq sosial şəbəkələrdə hərbi parada hazırlığı əks etdirən görüntülər də yayılıb. Kadrlarda qırıcılarımızın təlim keçirdiyi […]
Son qərarı Ədliyyə Nazirliyi verəcək
Oktyabrın 25-də “Ana Vətən” Partiyasının növbədəkənar qurultayında baş verənlərlə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq. Bunu xeberde.az-a açıqlamasında “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı partiyanın qurultayından yaşananlar və bundan sonrakı addımları ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.Onun sözlərinə görə, qurultay zamanı kifayət qədər hüquq pozuntularına yol verilib və baş verənlərlə bağlı sənədlər hazırlanmaqdadır. “Sənədlər ən qısa zamanda […]










