Son günlər bəzi sosial media platformalarında Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində guya raketlərin buraxılması ilə bağlı tamamilə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. xeberde.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb. Regionda mövcud olan gərginlik fonunda sosial şəbəkələrdə mənbəyi təsdiqlənməmiş, qeyri-dəqiq informasiyaların yayılması ictimai rəydə yanlış təsəvvürlərin formalaşdırılmasına xidmət edir və […]
Gündəm
Prezident provaslavları təbrik etdi
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb. xeberde.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi – Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm. Azərbaycanda yüzillərdir hökm sürən tolerantlıq mühiti burada məskunlaşmış ayrı-ayrı xalqların, etiqad və inancların mənsubları arasında nümunəvi və harmonik ictimai […]
Övladının dəfnində “TikTok”da canlı yayım açan atanın uşaqları əlindən alındı – FOTO
Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan ikisi müalicədən sonra ailədən alınaraq dövlət uşaq müəssisəsinə yerləşdirilib. xeberde.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov bildirib. Onun sözlərinə görə, uşaqlar nəzarət altında saxlanılır: “Dövlət komitəsinin nümayəndələri, sosial işçilər və psixoloqlar, həmçinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri ailəyə baş çəkib, mövcud vəziyyəti […]
Nigar Rüfət qanunsuz fəaliyyət göstərirmiş– Görün nələr edib
Səhiyyə sistemində nəzarətin necə həyata keçirildiyi ilə bağlı ciddi suallar doğuran daha bir fakt gündəmdədir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi fevral ayında “Laser Beauty Clinic”də yoxlama apararaq Nigar Rüfət adlı şəxsin müvafiq ixtisas təhsili olmadan kosmetoloq kimi fəaliyyət göstərdiyini açıqlayıb. Ancaq aradan xeyli vaxt keçməsinə baxmayaraq, həmin şəxsin fəaliyyətinin niyə dayanıb-dayanmadığı barədə konkret məlumat verilmir. […]
“Araz” və “OBA” vergi ödənişlərinə görə pərakəndə sektorun lideridir
2025-ci ilin yekunlarına əsasən, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” və “OBA” supermarket şəbəkələri Azərbaycanın pərakəndə sektorunda vergi ödənişləri üzrə lider mövqelərini bir daha təsdiqləyiblər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı siyahıya görə, “Araz” supermarketlər şəbəkəsi 46,4 milyon manat vergi ödəyərək sektor üzrə 1-ci yerdə qərarlaşıb. Eyni zamanda, “OBA” marketlər şəbəkəsi 25,9 […]
Azərbaycanda kimlər qabağa çəkilir, kimlərə vəzifə verilir… – SİYAHI
Azərbaycanda kimlərin qabağa çəkilməsi və kimlərə vəzifə verilməsi son illərin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Bu marağın artmasının əsas səbəbi ölkədə aparılan kadr islahatlarının artıq epizodik yox, sistemli və mərhələli xarakter almasıdır. Hər mərhələ yeni bir tendensiyanı ortaya qoyur. Dəyişiklik cəmiyyətə yeni mesaj verir. Bu mesajların əsas xətti isə yenilənmədir. İllərlə formalaşmış məmur eşalonu […]
Prezident Milli Aviasiya Akademiyasında açılışda – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər. xeberde.az xəbər verir ki, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlətimizin başçısına və birinci xanıma […]
Anar Pirməmmədov FHN-dəki vəzifəsinə qaytarıldı
Fövqəladə Hallar Nazirliyində (FHN) Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri polkovnik-leytenant Anar Pirməmmədov vəzifəsinə qaytarılıb. xeberde.Az-ın məlumatına görə, model və bloger Çelsi Baxşıyevanın yaydığı videolarla gündəmə gələn Anar Pirməmmədovun sözügedən hadisəyə görə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən vəzifəsindən uzaqlaşdırıldığı deyilirdi. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, artıq hadisə ilə bağlı araşdırma başa çatdığından […]
İlham Əliyev Gürcüstanda səfərdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfəri edib. xeberde.az xəbər verir ki, Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşılayıblar.
İran internet kəsintisinə görə dünya rekordu qırır
İranda bir aydan çoxdur davam edən internet kəsilməsi, tarixdə ən uzun müddət davam edən internet kəsilməsi olub. “xeberde.az” xəbər verir ki, bu barədə “The Daily Star” qəzeti məlumat yayıb. İranda internet kəsintisi artıq ardıcıl 37 gündən (864 saat) çoxdur davam edir. Bildirilib ki, bu kəsinti müddəti və miqyası baxımından dünya üzrə bütün oxşar hadisələri üstələyir. Qeyd edilir ki, əvvəllər bəzi […]










