Avqustun 4-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq yazıçısı, “İstiqlal” ordenli, dövlət və ictimai xadim Elçin Əfəndiyevlə vida mərasimi keçirilib. Vida mərasimində Baş nazir Əli Əsədov, dövlət və hökumət rəsmiləri iştirak ediblər. Xalq yazıçısı Elçin Əfəndiyevin həmkarları, dostları, tanınmış elm […]
Gündəm
Bu xəstələr üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısında dəyişiklik edildi
Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısında dəyişiklik edilib. xeberde.az bildirir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib. Dəyişikliyə əsasən, “Fabhalta/Fabhalta” dərman vasitəsi həmin siyahıya əlavə edilib. Bununla da siyahıda yer ala dərmanların sayı 124-ə çatıb.
Vuqar Qurbanov 4 xəstəxanaya yeni direktor təyin etdi
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin olunub. xeberde.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Məlumata əsasən, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına Natiq Əliyev, Qusar Rayon Mərkəzi Xəstəxanasına İmran Qurbanov, Yardımlı Rayon Mərkəzi Xəstəxanasına Ravil Qənbərov, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına isə Xəqani Abasov rəhbərlik edəcək. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini […]
Prezident Lerikdə yol təmirinə pul ayırdı
Lerik rayonunun bir min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Hamarmeşə–Bibiyani Hamarmeşə–Bibiyani avtomobil yolunun əsaslı təmirinə 2 milyon ayrılıb. xeberde.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil […]
Dövlətə 10 min ziyan vuran məktəb direktoru barədə QƏRAR VERİLDİ
Naftalan şəhər Uşaq Musiqi Məktəbinin sabiq direktoru Almaz Əliyeva apellyasiya məhkəməsinə üz tutub. xeberde.az-ın məlumatına görə, 2023-cü ilin dekabr ayından məktəbə rəhbərlik edən və 2023-cü ildə haqqında cinayət işi açılan məktəb direktoru haqqında olan hökmə xitam verilməsini istəyib. Naftalan Şəhər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli hökmünə əsasən məktəb direktoru 2 il müddətinə ev həbsinə məhkum edilib, ona, həmçinin dövlət […]
İmtahan fırıldaqçıları ifşa edildi – DTX-dən mühüm ƏMƏLİYYAT
Ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti (mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və s.) ilə təchiz edən şəbəkə ifşa olunub. Onlar Dövlət İmtahan Mərkəzinin müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən görülmüş tədbirlərlə müəyyənləşdirilərək saxlanılıblar və barələrində DTX-də cinayət işi başlanılıb. xeberde.az xəbər verir […]
“Toyu olacaqdı, bəylik kostyumu evdə qaldı” – Məsciddə öldürülən gənclə bağlı TƏFƏRRÜATLAR
Xəbər verdiyimiz kimi, iyulun 26-na keçən gecə paytaxtın Bülbülə qəsəbəsində yerləşən İmam Məhəmməd Sadiq İmamzadə məscidində qətl törədilib. xeberde.az xəbər verir ki, gecə saat 05 radələrində 1990-cı il təvəllüdlü Nadir Səfərov məscidin namaz otağında yatdığı yerdə qətlə yetirilib. 32 bıçaq xəsarəti alan şəxs hadisə yerində ölüb. Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü […]
AYNA Castin Timberleykin konsertinə ödənişsiz avtobuslar təşkil edəcək
İyulun 27-də Castin Timberleykin konsertinə ödənişsiz avtobuslar təşkil olunacaq. xeberde.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayıb. Məlumata görə, daşımalar ümumilikdə 80 avtobusla təşkil olunacaq: “Konsert iştirakçılarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, avtobusla həyata keçirmələri tövsiyə olunur”. Vurğulanır ki, saat 16:00–20:00 aralığında aşağıdakı metrostansiyalardan Bakı […]
Türkanda zibil qalmaqalı aradan qaldırıldı – FOTOLAR
Türkan qəsəbəsində uzun müddətdir yaşanan zibil fəlakəti nəhayət ki, aradan qaldırılıb. xeberde.az-ın yaydığı məqalədə sakinlərin “Türkanı zibilliyə çevirirlər!” fəryadı ictimai rezonans doğurdu və Bakı Şəhər İcra Hakimiyyəti problemin həlli üçün təcili addımlar atdı. Xatırladaq ki, türkanlılar aylardır qəsəbənin yaxınlığında böyük zibil poliqonunun yaradılmasına qarşı etiraz edirdilər. Ətraf kənd və qəsəbələrdən yük maşınları ilə gətirilən tonlarla […]
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
“Veysəloğlu” MMC insan resurslarının strateji inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində, məhz mütəxəssis heyətinə yönəlmiş “Yüksək Potensiallı Əməkdaşların Dəyərləndirilməsi və İnkişafı” layihəsinin rəsmi açılışını keçirib. Layihənin məqsədi mütəxəssis səviyyəsində çalışan və gələcək liderlik potensialına malik əməkdaşların sistemli şəkildə müəyyənləşdirilməsi, dəyərləndirilməsi və inkişaf etdirilməsidir. Bu təşəbbüs, şirkət strukturunda yalnız rəhbər heyətə deyil, eyni zamanda mütəxəssis bazasında […]










