Bakı şəhər sakini Quliyev Yusif Qulu oğlu “PİLOT-16” MMC-dən şikayətçidir. Bu barədə xeberde.az-a müraciət edən Y. Quliyev iddia edir ki, şirkət Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi 55 ünvanında yerləşən və həyat yoldaşı Məhbubə Quliyeva Əli qızının adına olan evini söküb: “Həmin fərdi yaşayış evinin 008011000691-10301 reyestr nömrəli, 17.03.2021-ci il tarixli çıxarışı var. Aramızda heç […]
Gündəm
Əli Əsədov vacib QƏRAR imzaladı
Azərbaycanda müxtəlif uçuşların həyata keçirilməsi qaydaları təsdiq edilib. Nazirlər Kabineti “Hava gəmilərinin beynəlxalq uçuş əməliyyatlarının, məşq uçuşlarının və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların həyata keçirilməsi Qaydaları”nı təsdiq edib. xeberde.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Xocavənddə “Böyük Ermənistana aparan tunel” aşkarlandı – FOTO
“Hans Kloss” profili ilə tanınan məşhur hərbi bloqer Xocavənd rayonunun Ağoğlan qəsəbəsindən paylaşım edib. xeberde.az xəbər verir ki, görüntülərdə qəsəbədəki evlərdən birinin divarından “Böyük Ermənistana aparan tunel”i görmək mümkündür. Düşmən zabiti tərəfindən qazılmış bu sığınacağın girişi pianino ilə bağlanmışdı. Tunel mina və partlamamış sursatdan təmizlənən zaman aşkarlanıb. Həmin görüntüləri təqdim edirik:
Siyasiləşmiş feminizm, “Nowar”çuluq və LGBTQ haqqında
Öncədən bildiririk ki, təqdim etdiyimiz araşdırma yazısı homofobiya və ya hansısa sosial-siyasi hərəkatlara qarşı hazırlanmayıb. Məqsədimiz məhz milli dəyərlərimizin sarsıdılmasını hədəfləyən, əlaqələndirilmiş şəkildə aparılan proseslərdən cəmiyyətimizi xəbərdar etməkdir. LGBT+“Nowar” şəbəkəsi Azərbaycana qarşı 44 günlük Vətən müharibəsi başlayan kimi sosial mediada diqqətlər Ermənistan xüsusi xidmət orqanları tərəfindən idarə olunan hesablarla yanaşı, onlarla müxtəlif layihələrdə əməkdaşlıq edənlərə […]
Mehriban Əliyeva qızı ilə Antalyada panel iclasında – FOTOLAR
Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində “Parçalanan dünyada gələcəyin qurulması: Təhsilin transformasiya gücü” adlı panel iclas təşkil olunub. xeberde.az xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər. Tədbirdən əvvəl Afrika Mədəniyyət Evinin stendi ilə tanışlıq olub. Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 2016-cı ildə qurulan […]
Prezident və nəvələri idman zalında – FOTOLAR
Prezident İlham Əliyevin nəvələri Əli və Mikayıl Ağalarovlarla maraqlı şəkilləri yayılıb. xeberde.az xəbər verir ki, İlham Əliyevin nəvələri ilə idman zalındakı məşqdən çəkilən fotolarını Əli Ağalarov sosial şəbəkədə paylaşıb. “Baba ilə Antalyanın idman zalında tam bədən məşqi!”, – deyə o, paylaşıma qeyd edib. Xatırladaq ki, Prezident İlham Əliyev Antalya Diplomatik Forumunda içtirak etmək üçün hazırda Türkiyədə səfərdədir.
Bakıda estetik prosedurdan sonra qadının burnu çürüdü
Burun əməliyyatı keçirən Aişə Nəsibli “AFA studio” gözəllik salonunda işləyən kosmetoloq Afət Şamilovadan şikayətçidir. xeberde.az xəbər verir ki, kosmetoloq tərəfindən ziyana uğradığını iddia edən Aişə Nəsibli Nəsimi rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Aişə Mahmudalı qızı Nəsiblinin üz nahiyəsinə “Afa studio”da düzgün botoks vurulmaması nəticəsində sağlamlığına ciddi ziyan dəyməsinə dair müraciəti əsasında rayon prokurorluğunda […]
100 manatlıq bu cərimə 10 minədək qaldırılır
Uçuş təhlükəsizliyi qaydalarının pozulmasına görə cərimələr genişləndirilir. xeberde.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına […]
Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
Oliqarx, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bioloji qohumluğun təyini – atalıq testindən keçməsi üçün daha bir məhkəmə instansiyası – Bakı Apellyasiya Məhkəməsi qərardad çıxarıb. Ekspertiza keçirilməsi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə Tibbi Biologiya şöbəsinə həvalə olunub. Bu gün, aprelin 11-i, saat 11-ə təyin olunan ekspertizaya Fidan Abbasova və övladı […]
Bakıda maşın körpüdən aşdı – ANBAAN GÖRÜNTÜLƏR
Bakının mərkəzində “BYD” markalı avtomobil körpüdən aşıb. xeberde.az xəbər verir ki, maşın Ələsgər Qayıbov küçəsindən sürətlə gələrək Heydər Əliyev prospektinin kənar yoluna düşün və beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Qəzaya uğrayan avtomobil “Ford” markalı maşının üstünə düşərək onu aşırıb, həmçinin öz yolu ilə hərəkətdə olan bir neçə avtomobilə də ziyan dəyib. Görüntülərini təqdim edirik: