Dünya Hadisə

Cümə namazı faciə ilə başa çatdı: Molla infarkt keçirdi

İranın Taft şəhərində (Yəzd əyaləti) cümə namazı zamanı insident baş verib. Cümə namazının xütbəsi zamanı şəhərin imam-cüməsi Əbülqasim İmami minbərdə olarkən infarkt keçirib. Hadisədən dərhal sonra ona ilkin tibbi yardım göstərilib və imam xəstəxanaya çatdırılıb. Hazırda Əbülqasim İmaminin həkim nəzarəti altında olduğu bildirilir, vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Dünya Hadisə

İtkin balıqçılardan birinin meyiti TAPILDI

Dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan biri – 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. xeberde.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib. Hazırda itkin düşən digər […]

Dünya

Rusiyanı etiraz aksiyaları bürüyüb

Moskva və Sankt-Peterburqda hələ də koronavirus bəhanəsi ilə müxalifətin mitinqlərinə imkan verilmir, amma bölgələrdə… 2025-ci ilin payızında Rusiyada etirazların sayı kəskin şəkildə artıb. xeberde.az müxalif “Novaya qazeta”ya istinadən xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində xüsusilə vergi islahatına etiraz olaraq küçələrə çıxır, etirazlarını bildirirlər. Qeyd olunur ki, etiraz aksiyaları ən çox Sibir və Uzaq Şərqdə keçirilir, […]

Dünya

Dövlət Dumasından qəribə qanun: qadın abort etdirərkən…

Rusiya Dövlət Dumasında qadınların hamiləliyin dayandırılması barədə indiki və keçmiş ərini məlumatlandırmasını məcburi edən təşəbbüs irəli sürülüb. xeberde.az xarici agentliklərə istinadən xəbər verir ki, “Ədalətli Rusiya – Həqiqət naminə” (SRzP) fraksiyasından olan Dövlət Dumasının deputatı Dmitri Kuznetsov qadınların abort etdirməsi ilə bağlı yeni qanun layihəsini müzakirəyə çıxarıb. Qanun layihəsində birbaşa olaraq ərinin razılığı olmadan abortun qadağan […]

Dünya Siyasət

Türkiyə məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etmədi

Türkiyə məhkəməsi Azərbaycan Milli Məclisinin keçmiş deputatı Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib. xeberde.az  xəbər verir ki, bunu onun özü bildirib. G.Hacıbəyli deyib ki, dekabrın 16-da Sülh Cəza Məhkəməsi Çatalca Geri Göndərmə Mərkəzində saxlanılmağı ilə bağlı şikayətinə baxıb: “Məhkəmə mənim şikayətimi təmin etməyib və İdari Məhkəmə qərarına qədər olan müddətdə qapalı şəraitdə, heç bir hüquqi əsasa […]

AKTUAL Dünya Təhsil

Gürcüstanda pulsuzdur, Azərbaycanda isə yox – Dövlət dilində tam pulsuz təhsil mümkündürmü?

“Həcm və say olaraq Azərbaycanda ali təhsilli insanların faiz nisbəti qonşulardan azdır. Belə ki, Azərbaycanda 25 yaşdan yuxarı əhalinin cəmi 17,67%-nin ali təhsili (bakalavr və daha yuxarı) var, Gürcüstanda bu göstərici 33,69%, Ermənistanda isə 24,9%-dir”. Bu barədə iqtisadçı Natiq Cəfərli deyib. İqtisadçı təklif edib ki, Gürcüstanda olduğu kimi Azərbaycanda da dövlət dilində təhsil tam pulsuz olsun: “Gürcüstanda […]

Dünya Hadisə

Məktəbli qanını içdikdən sonra XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

Moskva şəhərində 17 yaşlı məktəbli, TikTok-da izlədiyi bir videoya əsaslanaraq hemoglobin səviyyəsini artırmaq məqsədilə öz qanını içib. Lakin cəhd uğursuz olub və yeniyetmənin vəziyyəti pisləşib. Gənc oğlan videoda hemoglobin səviyyəsinin artırılması üçün qan içməyin faydalı olacağı iddia edilən məsləhətə əməl edib. Lakin qısa müddət sonra onun vəziyyəti pisləşib, qan qusması və yüksək temperatur müşahidə olunub. […]

Dünya

Mask tarixdə sərvəti 600 milyard dolları keçən ilk insan oldu

Elon Mask dünyanın ilk trilyonçusu olmağa bir addım da yaxınlaşıb. xeberde.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb. Bu ayın əvvəlində kosmos gəmisi və raket istehsalı ilə məşğul olan “SpaceX” şirkəti tender təklifi elan edib və şirkətin dəyəri 800 milyard dollar olaraq qiymətləndirilib. Avqust ayında bu göstərici 400 milyard dollar olub. “SpaceX”in təxminən 42%-nə sahib olan Maskın […]

Dünya

Bu şəhərə köçmək istəyənlərə 30 min dollar veriləcək

İtaliyanın Toskana bölgəsində yerləşən kiçik tarixi Radikondoli şəhəri ora köçüb məskunlaşmağa razı olan şəxslərə maliyyə dəstəyi təklif edir. Ümumi maliyyə stimulu təxminən 30 min ABŞ dollarına çata bilər. xeberde.az xəbər verir ki, “New York Post” nəşrinin yazdığına görə, yerli hakimiyyət bu addımla əhalinin azalmasını dayandırmaq və boş qalan evləri yenidən istifadəyə qaytarmaq niyyətindədir. Bildirilir ki, […]

Araşdırma Dünya

Sirr açılır: Alkatras qaçışı yalnız məhbusların zəkası sayəsində mümkün olmayıb

Kağız üzərində mümkünsüz görünən 1962-ci il qaçışının arxasındakı təəccüblü detal üzə çıxıb: Con və Klarens Enqlin qardaşları ilə Frenk Morrisin aylarla davam edən qazıntılarını asanlaşdıran təkcə onların zəkası və yaxşı planı deyilmiş. xeberde.az xəbər verir ki, ABŞ tarixinin ən məşhur həbsxana qaçışlarından biri olan 1962-ci il Alkatras qaçışı Con və Klarens Enqlin qardaşları ilə Frenk Morrisin […]