Dünya

Danimarka ABŞ ilə müharibəyə hazırlaşır

Danimarka Qrenlandiya adasını ABŞ-dən müdafiə etmək üçün hərbi qüvvələrini artırır. xeberde.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident Donald Trampın təhdidləri fonunda Danimarka adada yerləşən Nuuk və Kangerlussuaq hərbi bazalarına 118 əlavə hərbçi yerləşdirib. Bundan başqa, ordunun Baş Qərargah rəisi də Qrenlandiyaya gəlib. Qarşıdakı günlərdə də adaya əlavə Danimarka hərbçilərinin gönədriləcəyi anons edilib.  Xatırladaq ki, Tramp […]

Dünya

Tramp Paşinyanı da “Sülh Şurası”na dəvət etdi

ABŞ Prezidenti Donald Tramp Ermənistan Baş naziri Nikol Paşinyanı da Qəzzada yaradılacaq “Sülh Şurası”na dəvət edib. xeberde.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib. Onun sözlərinə görə, Paşinyan rəsmi şəkildə Qəzza “Sülh Şurası”nda təsisçi üzv kimi iştirak etməyə dəvət olunub. Baqdasaryan qeyd edib ki, Baş nazir Paşinyan bu təklifi hazırlıqla […]

Dünya Hadisə

Türkiyədə qar uçqunu – Ölən var

Türkiyənin Giresun vilayətində qar uçqunu baş verib. xeberde.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə Güce rayonunda qeydə alınıb. Məlumata görə, Mustafa Yiğit adlı çoban qar uçqununun altında qalıb. Hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb olunub. M. Yiğitin cansız bədəni qar yığınının altından çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.

Dünya Gündəm

ABŞ Azərbaycana başsağlığı verdi

ABŞ səfirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı başsağlığı verib. xeberde.az xəbər verir ki, səfirliyin “X” hesabındakı paylaşımda deyilir: “Bu gün biz Azərbaycan xalqı ilə birlikdə 1990-cı il yanvarın 20-də Sovet repressiyası zamanı həyatını itirmiş qəhrəman azərbaycanlıların xatirəsini ehtiramla yad edir, bu hüznlü gündə doğmalarını anan ailələrə dərin hüznlə başsağlığı veririk”.

Dünya

İranda ŞOK: Etirazçı qadınların cəsədləri təhvil verilmir

Son günlər sosial mediada yayılan və Tehranın Kəhrizək məhkəmə-tibbi ekspertiza ərazisində çəkilən videolar İranda etirazçıların öldürülməsi ilə bağlı yeni və ciddi sualları gündəmə gətirib. xeberde.az xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb. Görüntülərdə konteynerlərdə yığılmış yüzlərlə cəsədin olduğu açıqlanıb. Ancaq bu görüntülərdə diqqət çəkən əsas məqam qadın cəsədlərinin demək olar ki, görünməməsidir. […]

Dünya

“20 il susdunuz” – Tramp NATO və Danimarkaya ultimatum verdi

ABŞ prezidenti Donald Tramp Qrenlandiya və Arktika təhlükəsizliyi ilə bağlı kəskin açıqlama verib.xeberde.az xəbər verir ki, Trampın sözlərinə görə, NATO artıq 20 ildir Danimarka hökumətinə Rusiyanın mümkün təhlükəsini Qrenlandiya ərazisindən uzaq saxlamağın zəruriliyini bildirir, lakin Kopenhagen bu müddətdə real nəticə ortaya qoymayıb. Trampın iddiasına əsasən, Danimarkanın passiv mövqeyi Arktikada təhlükəsizlik balansını zəiflədib və bu, daha ciddi addımların […]

AKTUAL Dünya

“Bacıoğlu” Pəhləvi, ya “qardaşoğlu” Pezeşkian?..

İnsanlar monarxları–böyük şahları, onların övladlarını bəlkə də Dünyanın ən xoşbəxtləri bilirlər. Amma belə deyil, ən azı heç də həmişə belə olmur.Bunun üçün çox uzaq tarixə ekskurs etməyə, hətta Böyük Fransa İnqilabını yada salmağa ehtiyac yoxdur, yetər ki, ötəın əsrin əvvəlində Romanovlar sülaləsinin yaşadığı faciəni xatırlayasan. Ona görə “faciə” deyirəm ki, bəlkə də çarın özünü, hətta […]

Dünya

Dünya daha Trampı maraqlandırmır – SƏBƏB

ABŞ prezidenti Donald Tramp bildirib ki, Nobel Sülh Mükafatından məhrum edildikdən sonra “artıq sülh haqqında düşünməyə borclu deyil”. xeberde.az xəbər verir ki, Tramp bu sözləri Norveç Baş naziri Yonas Qar Störə ünvanladığı məktubda yazıb. Məktubda o, Norveçin Nobel Sülh Mükafatı mərasiminə ev sahibliyi etməsindəki rolunu daha geniş xarici siyasət və təhlükəsizlik qayğıları ilə əlaqələndirib. Tramp qeyd […]

Dünya

ABŞ İrana bu tarixdə zərbə endirəcək

İrana qarşı hərbi əməliyyat qaçılmazdır. hedeftv.az xəbər verir ki, bu barədə ABŞ-ın yüksək vəzifəli rəsmiləri bildiriblər. “Hücum baş verəcək, bu yalnız zaman məsələsidir. ABŞ hərəkətə hazırdır”. Mövcud məlumata görə, İsrail ordusu ABŞ-ın hər hansı bir hücumu halında potensial İran cavab zərbəsinə qarşı durmaq üçün yüksək hazırlıq vəziyyətindədir. Bu fonda ABŞ Yaxın Şərqdə öz zərbə qüvvəsini sürətlə […]

Dünya

“İranı Azərbaycan vasitəsi ilə tərk edə bilməyəcəksiniz” –ABŞ vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ-nın Azərbaycandakı səfirliyi vətəndaşlarına xəbərdarlıq edib. xeberde.az xəbər verir ki, xəbərdarlıqda bildirib ki, ABŞ vətəndaşları İranı Azərbaycan vasitəsilə tərk edə bilməyəcəklər. Buna səbəb isə İrandan Azərbaycana girişin məhdudlaşdırılması göstərilib: “ABŞ vətəndaşları dərhal İranı tərk etməlidirlər. Təhlükəsiz olduqları təqdirdə quru yolu ilə Türkiyəyə və ya Ermənistan vasitəsi ilə çıxın. İranı Azərbaycan vasitəsilə təcili tərk etməli olan ABŞ […]