Dünya Hadisə

Kruiz gəmisində təhlükə: 140-dan çox şəxs infeksiyaya yoluxdu

ABŞ-nin Los-Anceles şəhərindən Meksikaya üzən kruiz gəmisində 140-dan çox insan mədə-bağırsaq infeksiyasına yoluxub. xeberde.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat verib. Məlumata görə, Los-Ancelesdən Meksikaya bir həftə davam edən kruiz zamanı “Navigator of Seas” gəmisinin göyərtəsində olan yeddi ekipaj üzvü və 134 sərnişin qusma, mədə spazmları və ishal kimi simptomlardan şikayət ediblər. […]

Dünya Hadisə

Suriyda ölənlərin sayı 700-ü ötdü

Suriyanın Suveyda əyalətində azı 718 nəfər həlak olub. xeberde.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu bazar günündən indiyədək 146 druz döyüşçüsü və 245 mülki vətəndaşın öldürüldüyünü, onlardan 165-nin müdafiə və daxili işlər nazirliklərinin əməkdaşları tərəfindən edam edildiyini bildirib. Həmçinin qeyd olunub ki, İsrailin hava hücumları nəticəsində daha 15 əsgər həlak olub. […]

Dünya Hadisə

Türkiyədəki dəhşətli hotel yanğını işi üzrə QƏRAR VERİLDİ

Türkiyənin Bolu vilayətində, “Kartalkaya” xizək kurortunda yerləşən “Grand Kartal” hotelində baş vermiş və xeyli sayda insanın ölümünə səbəb olan yanğınla bağlı iş üzrə aralıq qərar qəbul edilib. xeberde.az xəbər verir ki,  bu barədə “TRT Haber” telekanalı məlumat yayıb. Bildirilir ki, Bolu Birinci Ağır Cinayətlər Məhkəməsi iş üzrə mühakimə olunan yanğınsöndürmə xidmətinin əməkdaşı İrfan Acarın həbsinə […]

Dünya Hadisə

Məşhur velosipedçi yarış zamanı öldü

İtaliyalı velosipedçi Samuele Privitera gənclərin nüfuzlu yarışının birinci mərhələsində yıxılaraq dünyasını dəyişib. xeberde.az xəbər verir ki, idmançı yıxılaraq başından xəsarət alıb. Hadisə Pontei bələdiyyəsi ərazisində baş verib. Zərərçəkənə qısa müddətdə tibbi yardım göstərilib və xəstəxanaya çatdırılıb. Hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırır. İyulun 17-də baş tutmalı olan yarışın ikinci mərhələsi ləğv edilib. Yarış iyulun 18-də […]

Dünya

Süni yolla uşaq yaratdılar – DÜNYADA İLK

İngiltərədə genetik xəstəliklərin qarşısını almaq məqsədilə ilk dəfə üç nəfərin DNT-sindən istifadə edilərək sağlam embrionlar yaradılıb.  xeberde.az xəbər verir ki, bu yeni texnika nəticəsində səkkiz körpə-dörd oğlan və dörd qız (onlardan biri eyni əkizdir) dünyaya gəlib. Körpələrin hamısı sağlamdır və genetik xəstəlik əlaməti daşımır. Hazırda bir hamiləlik də davam edir. Bu proseduru keçən qadınlarda mitoxondriya […]

Dünya Hadisə manset

Şahin Şıxlinskinin oğlunun evində axtarış aparılacaq

Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski RF Cinayət Prosessual Məcəlləsinin 48 saat həbsi nəzərdə tutan 91-ci maddəsinə əsasən saxlanılıb. xeberde.az xəbər verir ki, bu barədə “E1.ru” mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, Mutvalı Şıxlinskinin evində axtarış aparılmalıdır, o, məhkəmə başlamazdan iki gün əvvəl saxlanılıb. Bundan […]

Dünya

İran Suriya prezidentinin Bakı səfərindən “sancılandı”

Xamneyinin müşaviri pakistanlı nazirə Azərbaycandan şikayətləndi və sərsəm ittihamlar səsləndirdi – reaksiya “Sizin Azərbaycan Respublikası ilə yaxın münasibətləriniz var, ancaq ehtiyatlı olmalısınız, Azərbaycan İslam dünyasının xeyrinə olmayan hərəkətlər edir”. xeberde.az xəbər verir ki, bunu İran rəhbəri Əli Xamneyinin müşaviri Əli Əkbər Vilayəti Pakistanın İranda səfərdə olan daxili işlər naziri Seyyid Möhsün Nəqəvi ilə görüşündə deyib. […]

Dünya Siyasət

İrana avqustun sonuna qədər vaxt verildi: Razılığa gəlinməsə…

Avqustun sonu İranın nüvə proqramı üzrə Tehrana sanksiyalardan yayınmağa imkan verəcək razılaşmanın əldə olunması üçün son tarixdir. xeberde.az “Axios”a istinadən xəbər verir ki, ABŞ dövlət katibi və Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri telefon danışığı zamanı bu barədə razılığa gəliblər: “Əgər müəyyən edilmiş müddət ərzində razılaşma əldə olunmazsa, üç Avropa dövləti 2015-ci il […]

Dünya

Trampın ABŞ universitetində çıxışı böyük etiraza səbəb oldu

ABŞ prezidenti Donald Trampın iyulun 15-də Karnegi Mellon Universitetində keçirilən Enerji və İnnovasiyalar Sammitində çıxışı böyük etiraza səbəb olub. xeberde.az Axios portalına istinadən xəbər verir ki, ötən həftə 1500-ə yaxın tələbə və universitet işçisi Trampın sammitdə çıxış etməsi qərarının yenidən nəzərdən keçirilməsini tələb edən petisiya imzalayıb. Onlar bir saatdan çox Trampa və polisə qarşı şüarlar səsləndiriblər. […]

Dünya Kriminal

MMA döyüşçüsü güllələndi

Rusiyanın Dağıstan respublikasında iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib. Atışma Mahaçqalanın Daniyalov küçəsində baş verib. Hücum anı həyət kameralarına düşüb. Kadrlarda iki naməlum maskalı şəxsin arxadan idmançıya tərəf qaçaraq azı beş dəfə atəş açması görünür. Bundan sonra hücum edənlər ağ rəngli “Priora”da qaçıblar. Yaralının vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur. […]