Dünya

Nadir xəstəlik gəncin həyatını kabusa çevirdi – Hərəkət edə bilmir

Dünyada yalnız 300 nəfərdə rast gəlinən nadir tibbi sindrom Almaniyada yaşayan bir gənc qadının həyatını dəyişib. 22 yaşlı qadının döşləri qısa müddət ərzində anormal şəkildə böyüyərək hər biri 6 kiloqrama, ümumilikdə isə 12 kiloqrama çatıb. Bu hal həkimlər tərəfindən gigantomastiya adlandırılan və dünyada çox az insanda görülən nadir bir xəstəlik kimi qiymətləndirilir. Mütəxəssislərin sözlərinə görə, […]

Dünya

Azərbaycan pasportu aldı, amma yarışa buraxılmadı – rusiyalı idmançıya gözlənilməz qadağa

Rusiyalı fiqurlu konkisürən Veronika Jilina Azərbaycan vətəndaşlığı alsa da, beynəlxalq arenada ölkəmizi təmsil edə bilməyəcək. xeberde.az xəbər verir ki, Beynəlxalq Konki İdmanları İttifaqının (ISU) Şurası 17 yaşlı idmançının idman vətəndaşlığının dəyişdirilməsi ilə bağlı müraciətini rədd edib. Bu qərarla Jilina növbəti mövsümdə Azərbaycan yığmasında çıxış edə bilməyəcək. Qeyd edək ki, daha əvvəl Rusiya Fiqurlu Konkisürmə Federasiyası da […]

Dünya

Ukraynanın baş naziri istefa verdi: Denis Şmıqal müdafiə naziri postuna keçir

Ukraynanın baş naziri Denis Şmıqal istefa ərizəsi yazaraq vəzifəsini tərk edib. xeberde.az  xəbər verir ki, bu barədə sənəd artıq Ukrayna Ali Radasına təqdim olunub. 15 iyul 2025-ci il tarixli rəsmi müraciətdə Şmıqal Ali Radaya və prezidentə ünvanlanaraq baş nazir postundan azad olunmasını xahiş edib. İmzalanmış sənəd ictimaiyyətə təqdim olunub və sosial şəbəkələrdə geniş yayılıb. Eyni […]

Dünya

Cəmi 500 rubla görə 3 il həbs – Rusiyada daha bir sensasion qərar

Moskvada yaşayan bir şəxs cəmi 1 500 rubl ianə etdiyi üçün 3 il müddətinə azadlıqdan məhrum edilib. xeberde.az xəbər verir ki, Rusiya istintaq orqanlarının versiyasına görə, həmin şəxs 2021-ci ilin avqustundan noyabrına qədər 5 dəfə, hər dəfə 300 rubl olmaqla, ümumilikdə 1 500 rubl (təxminən 27 manat) məbləğində pulu Rusiyada fəaliyyətinə qadağa qoyulmuş FBK təşkilatına köçürüb. Bu addım […]

Dünya

Ukrayna dronları Putinə ŞOK YAŞADIR

Putin ordusunun yay hücumu gözlənilən nəticəni vermədi: Ukraynada əldə edilən irəliləyiş temp baxımından 2024-cü ilin payızı ilə müqayisədə daha zəif oldu. xeberde.az xəbər verir ki, müharibəni izləyən “DeepState” platformasının məlumatına görə, bu ilin yayının ilk yarısında Rusiya ordusu Ukrayna ərazisində cəmi 857 kvadratkilometr sahəni ələ keçirib. Bu, yazla müqayisədə daha yüksək dinamika sayılsa da, ötən ilin […]

Dünya manset Siyasət

Polşa müharibəyə hazırlaşır: çağırış məktubları qadınlara və 50+ yaşlılara da göndərilir

Polşa hökuməti ölkənin artan hərbi ehtiyacları və təhlükəsizlik riskləri fonunda silahlı qüvvələrin ehtiyatlarını kəskin şəkildə gücləndirməyə qərar verib. xeberde.az məşhur Wyborcza qəzetinə istinadla xəbər verir ki, yaxın günlərdə 235 min çağırış məktubu göndəriləcək. Ən diqqət çəkən məqam isə odur ki, çağırış məktubları təkcə hərbi çağırış yaşında olan kişilərə deyil, həm də qadınlara və 50 yaşdan yuxarı […]

Dünya

Əfqanıstan humanitar fəlakətin astanasındadır

Əfqanıstan humanitar yardımdan məhrum olub və fəlakətin astanasındadır. xeberde.az xarici mediaya istinadla xəbər verir ki, BMT xəbərdarlığına görə, Donald Trampın iradəsi ilə ABŞ-nin bu ölkəyə humanitar dəstəyiin dayandırılmasından sonra ölkədə yüzlərlə klinika bağlanıb, milyonlarla insan qida və dərmansız qalıb. Bildirilir ki, 2025-ci ilin əvvəlindən bəri bütün yardımın 40%-ə qədərini təmin edən Ümumdünya Ərzaq Proqramından (WFP) […]

Dünya Kriminal

Tanınmış yazıçıya 18 il həbs cəzası istənildi

Rusiyada tanınmış yazıçı Boris Akuninə qarşı 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edilib. xeberde.az xəbər verir ki, bu barədə qərar Moskvanın 2-ci Qərb Hərbi Məhkəməsində prokuror tərəfindən səsləndirilib. Qeyd olunur ki, hökm qiyabi şəkildə çıxarılacaq. Yazıçıya qarşı “terrorizmi əsaslandırma” və “xarici agent kimi qeydiyyatdan yayınma” maddələri ilə cinayət işi açılıb. Boris Akunin Rusiya hakimiyyətini kəskin tənqid edən […]

Dünya

Atası ilə səfərə getmək qadağan olundu

Böyük Britaniyada şahzadə Uilyamın oğlu, taxt-tacın ikinci varisi olan şahzadə Corc üçün yeni məhdudiyyət tətbiq olunacaq. xeberde.az xəbər verir ki, o, bu ildən etibarən atasının – taxtın birinci varisi şahzadə Uilyamın – səfərlərində onu müşayiət edə bilməyəcək. Qayda iyulun 22-də, Corcun 12 yaşı tamam olduqdan sonra qüvvəyə minəcək. Əsas məqsəd – hər hansı qəza və […]

Dünya

Bu çanta 10 milyona satıldı – FOTO

Fransalı müğənni və aktrisa Ceyn Birkinə məxsus olan ilk “Hermès Birkin” çantası “Sotheby’s” hərracında 10,1 milyon avroya satılaraq yeni rekorda imza atıb. xeberde.az xəbər verir ki, hərracın start qiyməti 1,7 milyon avro olub. Çanta uğrunda 9 kolleksiyaçı mübarizə aparıb və sonda onu Yaponiyadan olan kolleksiyaçı əldə edib. Hərrac evi bildirib ki, bu satış lüks çantalar […]