Türkiyəli məşhur xəbər aparıcısı Reha Muhtar villasını satışa çıxarıb. O, Boğazdakı malikanəsini 25 ildir alıb. Reha evinə 20 milyon dollara (34 milyon manat) satış qiyməti qoyub. Bildirək ki, teleaparıcı 2000-ci ildə sözügedən villanı almaq üçün 4,5 milyon dollarından keçib./
Dünya
Yer sürətlə “qaralır”: Alimlər bunun insanlıq üçün təhlükəsini izah etdi
2001–2024-cü illər arasında Yer kürəsinin günəş işığını əks etdirmə qabiliyyəti (albedo) nəzərəçarpacaq dərəcədə azalıb. xeberde.az xəbər verir ki, bu nəticə NASA-nın radiasiya elmləri üzrə baş texnoloqu Norman Loebin rəhbərliyi ilə aparılan 20 illik araşdırmada təsdiqlənib.Alimlərin qeyd etdiyinə görə, xüsusilə şimal yarımkürəsində bu azalma daha çox müşahidə olunub. Məhz burada günəş radiasiyasının xalis itkisi qeydə alınır, […]
FİFA da İsraillə bağlı yekun qərarı açıqladı
UEFA-nın ardınca FİFA da İsraillə bağlı qərar qəbul etdi. xeberde.az xəbər verir ki, FIFA prezidenti Canni İnfantino İsrailin beynəlxalq yarışlardan kənarlaşdırılmayacağını açıqlayıb. O, qurumun siyasi problemləri həll etmək səlahiyyətində olmadığını, amma futbol vasitəsilə sülh və birliyi təşviq etməli olduğunu vurğulayıb.Qərar 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra FİFA və UEFA-nın Rusiya millisinin və klublarının bütün yarışlardan […]
Mabel Matizin 3 ilə kimi həbsi tələb edildi
Türkiyəli məşhur müğənni Mabel Matiz barəsində ilkin araşdırma başa çatıb. xeberde.az xəbər verir ki, istintaq müğənninin “Perperişan” adlı yeni mahnısının ədəbsiz təsvir yaratdığı həmçinin yaş məhdudiyyəti olmadığından uşaqlar üçün təhlükə yaratdığı qənaətinə gəlib.İstanbul Cümhuriyyət Prokurorluğu Matizin “ədəbsiz nəşrlərin dərcinə vasitəçilik etmək” ittihamı ilə 6 aydan 3 ilə qədər həbs edilməsini tələb edib. Qeyd edək ki, […]
İlham Əliyevlə Meloni görüşdü – FOTO
Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü olub. xeberde.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Maskdan boykot çağırışı: “Netflix”i ləğv edin – FOTO
Amerikalı milyarder İlon Mask bildirib ki, uşaq psixikasına mənfi təsir göstərən və transgendərlərlə bağlı sol-liberal gündəmi təbliğ edən Netflix-ə qarşı boykot elan edilməlidir. xeberde.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində paylaşım edib. Belə ki, Mask bir istifadəçinin paylaşdığı şəkilə münasibət bildirib. Şəkildə “transgender sol-liberal gündəm” yazılmış taxta at (Troya atı) “sizin uşaqlar” yazılmış […]
Deputat robotu işə götürdü – FOTO
Rusiya Dövlət Dumasının deputatı Andrey Svintsov parlamentdə Çin istehsalı “Volodya” adlı robot köməkçi işə götürüb. xeberde.az xəbər verir ki, deputat bu barədə “Gazeta.ru”ya açıqlama verib. O bildirib ki, robota mühüm dövlət sənədlərinin idarə olunması həvalə edilməyəcək. “Volodya” əsasən çamadanların daşınması, partiya atributlarının paylanması və texniki işlərdə istifadə olunacaq. Qeyd edək ki, “Volodya” ilk dəfə bu ilin […]
Siçanlarda sınaqdan keçirilən müalicə xərçəngin inkişafını dayandırdı
Cohns Hopkins Klinikasının alimləri süd vəzi, mədəaltı vəzi və əzələ toxuması şişləri olan siçanlar üzərində apardıqları eksperimental araşdırmalarda immun sistemini gücləndirməyin yeni yolunu tapıblar. Bu üsul xərçəngin təkrarlanmasının qarşısını alır və sağqalmanı yaxşılaşdırır. xeberde.az xəbər verir ki, araşdırmanın nəticələri “Nature Immunology” jurnalında dərc olunub. Zərərli şişlər çox vaxt “immunosupressiv” və ya “immun baxımdan soyuq” olur – yəni […]
İranda ZƏLZƏLƏ
İranın Cənubi Həmədan əyalətində 4,2 bal gücündə zəlzələ baş verib. xeberde.az xəbər verir ki, zəlzələnin episentri Firuzabad rayonunda olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.
ABŞ-da kilsə yandırıldı
ABŞ-ın Miçiqan ştatının Qrand Blank şəhərindəki Mormon kilsəsində atışma baş verib. xeberde.az xəbər verir ki, “New York Post”un məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb. Atışmadan sonra kilsə binasında böyük yanğın başlayıb. Polis hücumçunun öldürüldüyünü bildirib. Hücumun motivi hələlik bəlli deyil.










