Qaradağ rayonunda azyaşlı ölüb. xeberde.az xəbər verir ki, hadisə martın 30-da Ələt qəsəbəsində vaş verib. Qəsəbə sakini 2024-cü il təvəllüdlü Cahangir İsgəndərli naməlum səbəbdən qusub və xəstəxanaya aparılarkən yolda ölüb. Araşdırma aparılır.
Cəmiyyət
70 yaşlı Araz Ağalarov özündən 43 yaş kiçik qadınla evlənib və hətta… FOTO
Xəbər verildiyi kimi, “Crocus Group” şirkətinin təsisçisi 70 yaşlı azərbaycanlı iş adamı Araz Ağalarov 40 illik evliliyindən sonra İrina Ağalarovadan boşanıb və 27 yaşlı sevgilisi Alena İvanova ilə gizlicə evlənib. Hətta onların bir uşağı da var. İş adamının seçdiyi xanım haqqında az şey məlumdur: o, diqqətdən yayınmaq üçün gizli həyat tərzi sürür, Ağalarovun soyadını götürüb və […]
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi – FOTO
Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq və kadr məsələləri sektorunun müdiri Gülnar İlyasova vəzifəsindən azad olunub. Bununla bağlı Siyəzənin icra başçısı Novruz Novruzov müvafiq əmr imzalayıb. Amma Gülnar İlyasova işsiz qalmayıb. Məlumata görə, o, Nizami Rayon İcra Hakimiyyətində (RİH) işə başlayıb. Gülnar İlyasova Nizaminin icra başçısı Coşqun Cəbrayılovun imzaladığı əmrlə Hüquq və kadr məsələləri sektorunun […]
Tarixin ibrət dərsi və haqq-ədalət uğrunda mübarizəmiz
Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşandı. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya […]
Tarixi yaddaşımızdan silinməyən dəhşətli terror
Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi. XX əsrdə iki […]
Erməni məkrinə son qoymaq ümumbəşəri vəzifədir
Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. XX əsrin əvvəllərində 1905-1907, 1915, 1918-1920, 1948-1953, tarixi mərhələləri təhlil edərkən dəhşətli faktlar üzə çıxır. 1988-ci ildən başlayaraq erməni ekspansiyası, ermənilərin Dağlıq Qarabağda apardıqları işğalçı müharibə və etnik […]
31 Mart – azərbaycanlılara qarşı törədilən soyqırımı aktıdır
1918-ci ilin 30 mart – 3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Sovetinə daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım aktı törədiblər. Tarixi faktlara əsaən 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi […]
Faciələrimiz heç zaman unudulmayacaq
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min […]
“Böyük Ermənistan” xülyasının tərkib hissəsi
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi […]
Bu xəstəxanaya baş həkim təyin edildi
Səhiyyə Nazirliyinin nəzdində Gəncə Şəhər Psixiatriya Xəstəxanasına yeni baş həkim təyin olunub. xeberde.az xəbər verir ki, müvafiq əmrlə Zeynal Məmmədov sözügedən qurumun baş həkimi vəzifəsinə gətirilib. O, bunadək Maştağa Psixiatriya Xəstəxanasında həkim olub. Məlumat üçün bildirək ki, dekabr ayında Yaqut İlyasova, yanvar ayında isə həkim-psixiatr Sultanə Salmanova bu xəstəxanaya baş həkim əvəzi olaraq təyinat almışdı. (Qafqazinfo.az)










