Cəmiyyət

Vətən oğullarına yüksək ehtiram

27 sentyabrdan dövlətçilik tariximizin yeni bir mərhələsi başlanmışdır. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğ­runda zəfər yürüşünə başladı və Azərbaycanın müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yaz­dı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, […]

Cəmiyyət

Anım Günü dərin ehtiramın ifadəsidir.

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Rəsmi İrəvan Azərbaycana qarşı uzun illər ərzində düşmənçilik siyasəti aparırdı. Tarixi Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza […]

Cəmiyyət

Nazirdən “Sea Breeze Health Valley” layihəsi ilə bağlı AÇIQLAMA

“Sea Breeze Health Valley” layihəsinə tam dəstək verməyə hazırıq”. xeberde.az  xəbər verir ki, bu sözləri səhiyyə naziri Teymur Musayev Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel sessiyada deyib. ““Sea Breeze Health Valley” qanunvericilikdə xüsusi yanaşma və normativ bazanın tətbiq edilə biləcəyi unikal bir təşəbbüsdür. Əks halda, onun həyata keçirilməsi gecikmələr riski daşıyır. Nazirlik olaraq, layihəni dəstəkləmək […]

Cəmiyyət Hadisə

Mərhum meyxanaçının anası vəfat etdi

Meyxanaçı Xəyyam Əhmədlinin anası vəfat edib. xeberde.az-ın xəbərinə görə, bu haqda “Rəngarəng” verilişinin canlı efirində aparıcı Zaur Nəbioğlu məlumat verib. O bildirib ki, mərhum meyxanaçı Xəyyam Əhmədlinin anası Zöhrə Quliyeva dünyasını dəyişib. Qeyd edək ki, Xəyyam Əhmədli meyxana sənətində özünəməxsus ifa tərzi ilə tanınıb. O, 2023-cü ildə insult keçirmişdi və ağır ürək problemi yaranmışdı. Xəyyam […]

Cəmiyyət

“Oğlanlar buna görə evlənməyə qız tapmır” – Aytən Səfərova

“Çox hallarda oğlanlar yaxşı qız, qızlar isə deyirlər ki, yaxşı oğlan tapılmır. Maraqlıdır ki, yaxşı oğlan və qızlarımız da var. Amma axtarışlar harada gedir, bax bu böyük bir sualdır”. Bu sözləri aparıcı Aytən Səfərova “Xəbər-ertəsi” proqramında deyib. Aytən anaların oğullarının ailə qurmasına mane olduğunu bildirib: “Oğlanlar bilirsiniz niyə qız tapa bilmir? Anası burun büzür, deyir ki, “Bunu bəyənirsən, bizə […]

Cəmiyyət

Bakıda pullu yollar nəyə hesablanıb – tıxac, yoxsa…

Ekspert: “Hansısa yolu bağlayıb deməyəcəklər ki, pullu zonadır”  Bakıda ödənişli hərəkət zonalarının tətbiqi gözlənilir. Bu məsələ Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanda əksini tapıb. Sənədə əsasən, Nazirlər Kabineti üç ay müddətində paytaxtda belə zonaların yaradılması, onların əhatə dairəsi və avtomobillərin girişinə görə tətbiq […]

Cəmiyyət Sosial

İctimai nəqliyyatda aylıq və illik paketlər olacaq

“Nağdsız sistemin genişlənməsi “Tarif menyusu”na keçidi sürətləndirəcək”. xeberde.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib: “Yəni, bir xətt üzrə müəyyən zaman kəsiyində bir neçə marşrutdan istifadə, aylıq və illik paketlərin tətbiqi buna aid ola bilər. Xarici təcrübədə bu geniş yayılıb. Amma hazırda burada tətbiq edilməsi üçün bütün sistemin nağdsız ödənişlərə keçidi […]

Cəmiyyət

Səidə Bəkirqızı yenidən efirə qayıtdı

Space TV-dən işdən azad edildiyi barədə yayılan xəbərlərə baxmayaraq, tanınmış aparıcı Səidə Bəkirqızı yenidən efirə qayıdıb. xeberde.az xəbər verir ki, bir neçə gün efirdə görünməyən jurnalist bu gün tamaşaçıların qarşısına çıxaraq “Xəbərin izində” verilişini təqdim edib. Onun yenidən proqramın aparıcısı kimi fəaliyyətə başlaması tamaşaçılar və izləyicilər arasında da maraqla qarşılanıb. Qeyd edək ki, son günlər sosial […]

AKTUAL Cəmiyyət manset

Nə üçün azyaşlılara, yeniyetmələrə, məktəblilərə və gənclərə tez-tez antinarkotik təlimləri keçirəm?

Narkotik maddələrin yaratdığı fəlakət təkcə istifadəçini deyil, onun ailəsini, yaxınlarını, cəmiyyətin bütövlüyünü hədəfə alır. Xüsusən də azyaşlılar və gənclər bu təhlükənin əsas hədəf qrupudur. Onların təcrübəsizliyi, maraq hissi və bəzən də yanlış təsir altına düşməsi, narkotikdən qaynaqlanan faciələrin başlanğıc nöqtəsinə çevrilə bilir. ABŞ Opioid böhranı: Son 20 ildə təkcə ABŞ-da kimyavi narkotiklərin istifadəsi nəticəsində 2 […]

Cəmiyyət

Bakıdakı məşhur bazar söküləcək

Tikinti materiallarının satışının həyata keçirildiyi Dərnəgül bazarı söküləcək. xeberde.az xəbər verir ki, bu barədə “Qaynarinfo”ya bazarda fəaliyyət göstərən sahibkarlar məlumat verib. Onlara bildirilib ki, tezliklə bazar söküləcək. Bazarın hara köçürüləcəyi barədə məlumat yoxdur. Qeyd edək ki, bir neçə gün öncə baş nazir Əli Əsədov Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə […]