Bu gün xalqımız Zərifə xanım Əliyevanı dərin hörmətlə yad edir, ruhuna dualar oxuyurlar. Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq […]
Cəmiyyət
Tibb elminə həsr olunmuş ömür
Ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür yaşayan Zərifə xanım Əliyevanın olduqca mənalı və zəngin həyat yolu, ailəsi, övladları, xalqının xoşbəxtliyi uğrunda fədakarlığı nəinki bugünkü, həm də gələcək nəsillər üçün örnək və yaşam etalonudur. Zərifə xanım və onun həyat yoldaşı Heydər Əliyev sahib olduqları nəcib keyfiyyətləri, ali mənəvi dəyərləri […]
Xatirələrdə yaşayan Zərifə xanım Əliyeva
Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də NaxçıvanMuxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş, öz həyatını səhiyyə elminin inkişafına həsr etmişdir. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və1947-ci ildə institutu əla qiymətlərlə bitirir. […]
“Şişmə dodaqla aparıcılıq olmur…” – Nailə İslamzadədən TİKANLI sözlər
Uzun illər “Ailələr, talelər” verilişi ilə tamaşaçıların yaddaşında iz qoyan televiziya aparıcısı, Əməkdar artist Nailə İslamzadə Musavat.com-a müsahibə verib. O, bağlanan verilişlərlə bağlı danışıb. – Artıq bir aya yaxındır telekanallarda narazılıq doğuran bir sıra sosial verilişlər bağlanıb. Sizcə nələr dəyişdi? İndi rahatlıqla TV-yə baxa bilirsinizmi? – Açığı, bu barədə konkret fikir bildirmək üçün mütəmadi izləmək lazımdır. […]
“İndi ancaq bir bənd şeir yazır” – Nəriman Həsənzadə necədir?
“Nəriman müəllim demək olar ki, evdən çölə çıxmır. Bütün günü istirahət edir. Səhhəti harasa getməyə imkan vermir”. Bunu xeberde.az-a açıqlamasında Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib. O bildirib ki, 95 yaşlı şairin müalicələri evdə davam etdirilir: “Xəstəxanaya getməyə ehtiyac yoxdur. Evdə ona hər cür xidmət göstərilir. Səhhəti qaydasındadır. İndi əvvəlki kimi şeirlər yazmır. Nadir […]
Bu klinikada yoxlamalar aparıldı- Fəaliyyəti dayandırıldı
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi özəl tibb mərkəzi kimi fəaliyyət göstərən “NNC KLİNİKA” MMC-yə məxsus klinikada yoxlama keçirib. Yoxlama zamanı klinikada həkim lisenziyası olmayan şəxslərin həkim fəaliyyəti ilə məşğul olduqları üzə çıxıb. Qanun pozuntusu ilə bağlı klinikanın fəaliyyəti dayandırılıb. Nazirliyin Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq məlumatı təsdiq ediblər. Qeyd edilib ki, sahibkarlıq sahəsində aparılan […]
Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır – Qadınlar üçün…
Azərbaycan ictimai-siyasi həyatında özünəməxsus yeri olan, xeyirxahlığı, insanlara olan sevgisi və sosial məsələlərə həssas yanaşması ilə yadda qalan mərhum millət vəkili Qənirə Paşayevanın əziz xatirəsi yeni və mənalı bir təşəbbüslə yad edilir. Onun adını və ideallarını yaşatmaq məqsədilə qadınlar üçün reabilitasiya mərkəzinin açılması qərara alınıb. xeberde.az bildirir ki, bu barədə mərhum deputatın əmisi qızı Təranə Paşayeva […]
“Bakıkart” terminalları metrolardan yığışdırılır? – RƏSMİ AÇIQLAMA
Son dövrlər Bakı metropolitenində bank kartları və QR kodla ödənişin mümkün olmasından sonra “Bakıkart” aparatlarından istifadəyə ehtiyac qalmadığı bildirilir. xeberde.az xəbər verir ki, bu da “Bakıkart” terminallarının metropolitenin stansiyalarından yığışdırılıb-yığışdırılmayacağı ilə bağlı sual doğurub. Mövzu ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Ölkə.Az-ın sorğusuna cavab olaraq “Bakıkart” terminalları ilə bağlı məsələyə aydınlıq gətirib: “Son dövrlərdə “Bakı Metropoliteni”ndə […]
TƏBİB-ə yeni mətbuat katibi təyin olundu
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni mətbuat katibi təyin olunub. xeberde.az xəbər verir ki, bu barədə jurnalist Elnur Niftəliyev öz Facebook hesabında paylaşım edib. O bildirib ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi tanınmış jurnalist Elnur Hidayətoğluya həvalə olunub. Qeyd edək ki, bir müddət əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova […]
Güclü külək əsəcək – XƏBƏRDARLIQ
Aprelin 11-13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə xeberde.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Xızı, Siyəzən, Quba, Xaçmaz, Şabran, Gəncə, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Yevlax, Bərdə, Tərtər, Neftçala, […]










