Dənizkənarı Bulvar İdarəsi Çin şirkətinə faytonlar sifariş verib. xeberde.az xəbər verir ki, bu barədə iqtisadiyyat.az İdarədən məlumat əldə edib. Məlumata görə, Dənizkənarı Bulvar İdarəsi Çin şirkəti “Xuchang Qianzhimei Carriage Manufacturing Co. LTD” ilə elektrik mühərrikli (atsız) faytonların satın alınması ilə bağlı müqavilə bağlayıb. Sifariş edilən faytonların sayı açıqlanmayıb.
Cəmiyyət
Uşaq oyun meydançaları ilə bağlı texniki reqlament təsdiq ediləcək
“Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında texniki reqlament” üzrə layihə ictimai müzakirəyə çıxarılıb. xeberde.az bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, ictimai müzakirə bitdikdən sonra layihə təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək. Qeyd edək ki, “Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında texniki reqlament” “Texniki tənzimləmə […]
Gözü görməyən paralimpiyaçımız haqda açıqlama: SAĞALIB
“Bu problem həmişə olub. Elə idmançı olub ki, onun xəstəliyi zaman keçdikcə sağalıb və onun paralimpiyada iştirak etməsi məhdudlaşdırılıb. Göz belədir ki, kimdəsə inkişaf edir və sağalır”. Bu sözləri xeberde.az-a açıqlamasında açıqlamasında cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev deyib. Cüdoçu qeyd edib ki, fiziki məhdudiyyətli idmançıların paralimpiya yarışlarında iştirakı üçün il öncə həkim müayinəsi […]
Bakıda körpü uçdu, yol BAĞLANDI – SON GÖRÜNTÜLƏR
Qaradağ rayonunun Umbakı qəsəbəsində yerləşən avtomobil körpüsü uçması nəticəsində yol bağlanıb. xeberde.az xəbər verir ki, yolun bərpası istiqamətində müvəqqəti işlər görülsə də, sakinlərin narahatlığına son qoyulmayıb. Ətraflı videoda:
“Kontakt Home”, “Baku Electronics”, “İrşad”da alıcını belə aldadırlar… DİQQƏLİ OLUN!
Azərbaycanda elektronika mağazaları şəbəkələrinin üzərinə bütün dünyada olduğu kimi rəsmi zəmanət öhtəliyi qoyulmur.Ona görə də elektronika mağazalarının fırıldaqları adi hal alıb. Son dövrlər isə şikayətlər durmadan artır. “Kontakt Home”, “Baku Electronics”, “İrşad Electronics”, “Soliton”, “World Telecom”, “Myshops” kimi şəbəkə mağazalarında məhsulun xarab çıxmasından tutmuş, işlənmiş məhsulun yeni adı ilə satılması, kredit fırıldaqları məhz bu səbəbdən […]
Bakının bu ərazisində evlər su qiymətinədir – Bahalaşacaq
Bir çox “makler” Bakının Xətai rayonu NZS qəsəbəsində yerləşən həyət evlərinin su qiymətinə ucuzlaşdığını bildirib. Həmin ərazidə metro çəkilişi olduğuna görə, yaxın gələcəkdə evlərin bahalaşacağı qeyd olunub. Məsələ ilə bağlı xeberde.az-a açıqlama verən daşınmaz əmlak eksperti Elnur Azadovun sözlərinə görə, çəkiləcək yeni metro stansiyası NZS tərəfə düşür, ikinci hissəsi isə “Maşın bazarı” tərəfdə olacaq. Ekspert […]
Daha bir məktəbdə “Son zəng”ə pul yığılır? – Açıqlama
308 nömrəli tam orta məktəbdə “Son zəng” tədbirinə görə vəsaitin tələb olunmasına dair iddialar həqiqəti əks etdirmir. Modern.az xəbər verir ki, bu barədə APA-ya 308 nömrəli tam orta məktəbdən bildirilib. Qeyd edilib ki, “Son zəng” tədbirinə hazırlıqlar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məktəblərə göndərilmiş müvafiq təlimatına uyğun şəkildə aparılır. Həmçinin sözügedən məktəbin XI sinif şagirdlərindən […]
İcra başçısının jurnalist müavini 11 ay sonra işdən çıxdı
İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən ayrılıb. xeberde.az xəbər verir ki, bu barədə Ruslan Eldaroğlu özü məlumat yayıb. O, səhhəti ilə əlaqədar öz ərizəsi ilə aprelin 1-dən İmişli RİH başçısının müavini – Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən azad olunduğunu bildirib. Qeyd edək ki, tanınmış jurnalist olan R.Məmmədov “ANS […]
Maşını ilə Qarabağa getmək istəyənlərə ŞAD XƏBƏR
Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir. xeberde.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə məlumat yayıb. Məlumata görə, bu addım “Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq atılır. Belə ki, mayın 20-dən vətəndaşlar “Yolumuz Qarabağa” portalından (www.yolumuzqarabaga.az) əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə artıq Ağdam, Füzuli, […]
Kürdəmirdə ölən qadının meyiti palatada gizlədilib? – RƏSMİ AÇIQLAMA
“Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunandan sonra həyatını itirən şəxsin ölüm səbəbini patoloji-anatomik təşrih nəticəsində müəyyənləşdirmək mümkündür”. xeberde.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, 1987-ci il təvəllüdlü (qadın cinsli) şəxs 12 may, saat 16:30-da vəziyyətinin pisləşməsi səbəbilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcil […]










