İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində mövcud olan 101 metr uzunluğunda olan 4 aşırımlı körpünün dayaqlarını yuyub, nəticədə körpü qəzalı vəziyyətə düşüb. Bunu xeberde.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib. “Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 9 N-li Xüsusi Təyinatlı Yol […]
Bölgə
Şamaxıda torpaq sürüşməsi olub, yol çöküb – FOTO
Şamaxı rayonunda torpaq sürüşməsi olub. xeberde.az xəbər verir ki, sürüşmə Çabanı-Əngərxan avtomobil yolunda baş verib, yolun bir hissəsi çöküb və nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaranıb. Torpaq sürüşməsi yolun bir hissəsində ciddi zədələnməyə səbəb olub. Yolun bir zolağında 1 metr dərinliyində və 4 metr enində iri yarğan əmələ gəlib. Həmçinin asfalt örtüyü sıradan çıxıb, yolun […]
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! – İş yerləri – 3000 AZN maaş
İşğaldan azad edilən ərazilər üzrə müxtəlif məvacibli işlərin siyahısı vətəndaşlarda böyük maraq doğurur. xeberde.az-ın məlumatına görə, hazırda Qarabağ və Şərqi Zəngəzur üzrə müxtəlif vakansiyalar mövcuddur. Vakansiyalar işğaldan azad edilən rayonları əhatə edir və əmək haqları vakansiyalara görə dəyişir. Qeyd edək ki, tqədim etdiyimiz vakansiyalar üzrə əmək haqqı 700-3000 AZN arasında dəyişir. Qarabağda işləmək istəyən şəxslər […]
Gəncədə məktəblilər arasında dava – Şagird kəllə-beyin travması aldı
Gəncə şəhərində məktəblilər arasında baş verən insident zamanı bir şagird xəsarət alıb. Bu barədə DİN Mətbuat xidməti Gəncə Regional Qrupundan bildirilib. Qeyd edilib ki, Gəncə şəhərindəki məktəblərdən birində şagirdlər arasındakı insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar davam etdirilir. Araşdırmalar zamanı başqa bir şagirdin xəsarət alaraq xəstəxanaya müraciət etməsi məlum olub. Hazırda müvafiq […]
İcra başçısı musiqi müəllimini özünə müavin təyin etdi
Şəki Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib. xeberde.az xəbər verir ki, RİH başçısı Elxan Usubovun Əmri ilə Xəyalə Töhrab qızı Töhrablı başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib. Bununla da başçının müavinlərinin sayı 2-yə yüksəlib, ancaq I müavin vəzifəsi hələ ki vakantdır. Qeyd edək ki, 1986-cı il təvəllüdlü X. […]
Salyanda faciə: Sahibi avtomobilinin altında qalıb öldü
Salyanda qəzaya uğrayan avtomobili qaldıran kranın trosu qırılıb, sürücü avtomobilin altında qalaraq ölüb. xeberde.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.Belə ki, “KİA” markalı avtomobili idarə edən 1959-cu il təvəllüdlü Quliyev Sədrəddin Mirzəağa oğlu idarəetməni itirərək yoldan çıxıb və avtomobili aşırıb. Hadisə nəticəsində yüngül xəsarət alan sürücü avtomobili qaldırmaq […]
Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. xeberde.az xəbər verir ki, bu gün işğaldan azad edilmiş iki kəndə növbəti köç karvanı yola salınıb. Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 34 ailə […]
Bu bankın əməkdaşı Cəlilabadda qəzaya düşdü – FOTO
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xeberde.az manset.az-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində olub. İlkin məlumata görə, “Mercedes” və “Azsamand” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib. Əldə etdiyimiz məlumata əsasən, qəzaya düşən avtomobillərin birində “Turan Bank”ın əməkdaşları da olub. Faktla bağlı araşdırma aparılır.
Biləsuvarda mağazadan 270 ədəd saxtalaşdırılmış alkoqollu içki aşkarlanıb
Biləsuvar rayonu Heydər Əliyev prospektində yerləşən topdan satış obyektində saxtalaşdırma əlaməti olan alkoqollu içkilər aşkarlanıb. xeberde.az-ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şirvan-Salyan Regional Bölməsi tərəfindən sözügedən ünvanda – Nağıyev Samir Nizami oğluna məxsus topdan satış obyektində plandankənar yoxlama vətəndaş müraciəti əsasında aparılıb. Yoxlama zamanı obyektin anbar hissəsində saxlanılan və ümumilikdə 270 ədəd saxtalaşdırma […]
Şabrançay daşdı – Kəndlər su altında qaldı – VİDEO
Şabran rayonunun bir neçə kəndi sel suları altında qalıb. xeberde.az-ın məlumatına görə, buna səbəb kəndlərin ərazisindən keçən Şabrançayın daşması olub. Sel nəticəsində rayonun Bor-bor və Padar kəndlərini su basıb. Hazırda həmin kəndlərdə əhalinin xilas edilməsi istiqamətində işlər görülür. Əraziyə texnikalar cəlb olunub.










