Təbrizin “Traktor” klubu mayın 2-də tarixi uğura imza atıb. İran liqasında “Şəms Azar” üzərində qazanılan 4:0 hesablı parlaq qələbə və “Sepahan”ın məğlubiyyəti komandaya tarixində ilk dəfə ölkə çempionu olmağa şəratit yaradıb. Hadisə sıradan idman nailiyyəti deyil, o, Güney Azərbaycanda yaşayan milyonlarla insanın qürur anına çevrilib. Qələbədən sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Traktor”la matç keçirməyə hazır olduğunu bildirib. “Onlarla […]
Bölgə
Leyla Əliyevanın təşəbbüsü Xızıda həyata keçiriləcək
Gənc ailələrin məşğulluğu və ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən “Gənc arıçı” layihəsi bu dəfə Xızı rayonunda icra olunacaq. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən ölkəmizin müxtəlif bölgələrində uğurla reallaşdırılır. IDEA İctimai Birliyinin mətbuat xidmətindən xeberde.az-a verilən məlumata görə, layihəyə cəlb olunacaq 20 gənc […]
Meşədə itkin düşən şəhid atası bu rayonda tapıldı: Dumana düşüb, şəbəkə itib – Təfərrüat + ÖZƏL
Daşkəsən rayonunun Bayan kəndində meşəlik ərazidə itkin düşən şəhid atası – 1952-ci il təvəllüdlü Kamil Mahmud oğlu Abdullayev tapılıb. Bu barədə xeberde.az-a onun qızı Aliyə Abdullayeva məlumat verib. O bildirib ki, atası dumanda azaraq digər rayona gedib çıxıb: “Günorta atamdan qəfil zəng gəldi. Sağ-salamat olduğunu dedi. Bildirdi ki, yolu azdığı üçün Göygöl rayonuna gedib çıxıb. Polis əməkdaşları onun […]
Qubadan Xaçmaza “uçan maşın”ın sürücüsü danışdı – ANBAAN GÖRÜNTÜLƏR
Mayın 1-də Quba-Xaçmaz yolunun Barlı kəndindən keçən hissəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı VAZ-2115 markalı avtomobilin xəsarət alan sürücüsü Elvin Süleymanov Baku TV-yə danışıb. Onun sözlərinə görə, hadisə zamanı qarşısına qəfil çıxan “Mercedes” markalı avtomobillə toqquşmamaq üçün sükanı kanala tərəf yönəltmək məcburiyyətində qalıb: “Maşını saxlaya bilmədiyim üçün kanala yönəldim və digər tərəfə uçdum. Qəza […]
Masallıda məktəbli qızlar arasında dava
Masallıda şagirdlər arasında insident yaşanıb. Hadisə rayonun Şərəfə kənd məktəbində baş verib. Belə ki, həmin məktəbdə təhsil alan şagirdlər (qızlar), Şərəfə kənd sakini 2009-cu il təvəllüdlü məktəblini döyərək, onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetiriblər. Xəsarət alan şəxs dərhal rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Xəstəxanadan bildirilib ki, Masallı Rayon Şərəfə kənd sakini 2009-cu il təvəllüdlü şəxs […]
İtkin düşən 84 yaşlı həkimin meyiti tapıldı
Qusarda itkin düşən şəxsin meyiti tapılıb. xeberde.az-ın məlumatına görə, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 yaşlı Qusar sakini Arif Uluxanovun meyiti tapılıb. Onun meyiti yaşadığı Qusar şəhərindəki evin su arxında aşkar edilib. Hadisə ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, Arif Uluxanov uzun illər Qusar rayon Mərkəzi Xəstəxanasında həkim işləyib.
ANAMA-nın əməkdaşı Qazaxda minaya düşdü
Qazax rayonunun Qızılhacılı kəndi ərazisində mina partlayıb, xəsarət alan var. Bu barədə xeberde.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, agentliyin əməkdaşı 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrində yüngül xəsarətlər alıb. Xəsarət alan əməkdaş rayon mərkəzi […]
İsmayıllıda zəlzələ olub
Xınalıq stansiyasından 22 km cənub-şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. xeberde.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. 3 maqnitudalı yeraltı təkan yerli vaxtla saat 14:12-də, 5 km dərinlikdə.
Gəncədə qazi intihara cəhd etdi
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib. xeberde.az xəbər verir ki, hadisə şəhər ərazində qeydə alınıb. Goranboy rayonun Borsunlu kənd sakini 2001-ci il təvəllüdlü E.Nəsirov ağır vəziyyətdə xəstəxanaya çatırılıb. Müayinə zamanı onun dərmandan zəhərləndiyi məlum olub. Dərhal ona yardım edilib,vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, E.Nəsirov dərman içərək intihara cəhd edib. Onun hansı səbəbdən intihara […]
Azərbaycanda satılan bu yağlarda bakteriya aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bərdə rayonunda fəaliyyət göstərən Bərdə Ticarət ASC-yə məxsus bazarda yoxlama keçirib. AQTA-dan xeberde.az-a verilən məlumata görə, baxış zamanı bazarda mənşəyi məlum olmayan süd məhsullarının satışa çıxarıldığı məlum olub. Bildirilib ki, pendir və nehrə yağı məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində hər iki məhsulda uyğunsuzluq – Stafilokok bakteriyası […]










