Bölgə İqtisadiyyat

Azərbaycanda daha bir faydalı qazıntı yatağı hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yer təkindən istifadə ilə bağlı avqustun 28-də keçirəcəyi hərraca 1 faydalı qazıntı yatağı çıxaracaq. Bu barədə xeberde.az-a Dövlət Xidmətindən bildirilib. Məlumata görə, bu, Ağsu rayonundakı “Qasımbəyli” qum-çınqıl yatağıdır. Başlanğıc qiyməti 58 000 manat olan yatağa sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu 21 avqust 2025-ci il saat 18:00-a qədər […]

Bölgə manset Siyasət

Qurbanqulu Berdiməhəmmədova Qarabağ atı hədiyyə edildi

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Cıdır düzündə olublar. xeberde.az xəbər verir ki, burada Qarabağ atlarının təqdimatı keçirilib. Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atını hədiyyə edib.

Bölgə Kriminal

Sabirabadda 37 yaşlı kişi bıçaqlanıb, həyat yoldaşı şübhəli bilinir

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib. xeberde.az-ın məlumatına görə, hadisə şəhərin Qaçaq Nəbi küçəsi, 134 ünvanında qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Musayev Mirzə Mehman oğlu sol qolunun bazu hissəsinin kəsilmiş-deşilmiş yaraları ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının dediyinə görə, o, həyat yoldaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.

Bölgə Kriminal

Şəmkirdə dəhşət: 24 yaşlı şəxs ona əmanət edilən bacılara qarşı zorakılıq etdi  

Şəmkirdə dəhşətli cinayət hadisəsi baş verib. 24 yaşlı şəxs 9 və 10 yaşlı qızlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Ailəsi uşaqlarını həmin şəxsə baxması üçün əmanət edibmiş. xeberde.az xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. 2001-ci il təvəllüdlü Qafar (ad şərtidir) qonşuları olan iki azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Həmin […]

Bölgə Hadisə

Azərbaycanda 14 yaşlı qız hamilədir

Azərbaycanda 14 yaşlı qız hamilədir. xeberde.az xəbər verir ki, hadisə Kürdəmir rayonunda baş verib. Bu haqda məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Rövşanə ilə gündəm” verilişində deyib. O bildirib ki, anası yüngül həyat tərzi keçirən 14 yaşlı qızın övladını dünyaya gətirməsinə sayılı günlər qalıb. Kəmalə Ağazadə həmçinin qeyd edib ki, 14 yaşlı qız məktəbə getməyib […]

Bölgə Hadisə

Culfada 21 yaşlı hamilənin ölümü ilə bağlı cinayət işi məhkəməyə göndərildi

Allahverdiyeva Gülcan İlham qızının Culfa Rayon Xəstəxanasından Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə aparılarkən yolda ölməsi ilə bağlı Culfa Rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında istintaqı aparılmış cinayət işinin istintaqı tamamlanıb. xeberde.az xəbər verir ki, istintaqla Culfa rayon sakini 01.07.2004-cü il təvəllüdlü Allahverdiyeva Gülcan İlham qızının ölümünə səbəb Culfa Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinin […]

Bölgə Cəmiyyət

Bu rayonda da ehsan verilməyəcək

Sabirabad şəhəri və kəndlərində yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilib. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumata görə, yas mərasimində dəbdəbəli yemək süfrəsi ləğv olunub və təkcə çay süfrəsi açılmalıdır. Qeyd edək ki, buna oxşar qayda bir neçə gün əvvəl Saatlı rayonunda tətbiq olunub. 

Bölgə Hadisə

Laçında insan skeletinin qalıqları tapılıb

Laçında insan skeletinin qalıqları tapılıb. xeberde.az xəbər verir ki, insan sümüklərinin qalıqları rayonun Hoçaz kəndində aşkarlanıb. Belə ki, kənd sakini köhnə evlərinə qalxmaq üçün yol düzəldərkən skelet qalıqları tapıb. Sümük qalıqları tapıldıqdan sonra sakin ərazidə qazıntı işini saxlayıb. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Bölgə Cəmiyyət manset

Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi

Saatlı rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib. xeberde.az xəbər verir ki, bu barədə Trend-ə yerli sakinlər məlumat verib. Bildirilib ki, ağsaqqalların ümumi qərarı ilə yas mərasimində təkcə çay süfrəsi açılır və dəbdəbəli yemək süfrəsi ləğv olunub. Qeyd edək ki, analoji qayda ölkəmizdə artıq bir neçə rayonda da tətbiq olunub.