AKTUAL Dünya Gündəm

Avropol 23 ölkə ilə məliyyat keçirdi: 373 min sayt bağlandı

Avropa polis təşkilatı Avropolun rəhbərliyi ilə 23 ölkənin iştirak etdiyi genişmiqyaslı beynəlxalq əməliyyat nəticəsində qaranlıq internetin ən böyük şəbəkələrindən biri ifşa edilib və sıradan çıxarılıb.  xeberde.az xəbər verir ki, uzun illər davam edən izləmə nəticəsində yüz minlərlə qanunsuz sayt bağlanıb, 105 serverə və çoxsaylı texniki vasitələrə əl qoyulub. “Alice əməliyyatı” adlanan bu proses kibercinayət dünyasına […]

AKTUAL Cəmiyyət

Müdafiə Nazirliyi PUA-larla bağlı məlumat yaydı

Azərbaycan Ordusunun PUA-larla Bakı və Abşeronda təlim-məşq uçuşları həyata keçiriləcək. Bu barədə xeberde.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2026-cı ilin hazırlıq planına uyğun olaraq martın 23-ü saat 16:00 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçiriləcək. Səmada müşahidə ediləcək PUA aktivliyi ilə […]

AKTUAL Bölgə Gündəm

Naxçıvanı hədəf alan İran dronu: “Arash-2” təsadüfən düşə bilməz

“Arash-2” kimi uzaqmənzilli kamikadze dronların təsadüfən harasa düşməsi ehtimalı demək olar ki, yoxdur – belə sistemlər əvvəlcədən seçilmiş hədəflərə yönəldilir. xeberde.az  xəbər verir ki, yayılan görüntülərə əsaslanaraq irəli sürülən iddialara görə, İranın Naxçıvana hücumu “Shahed” pilotsuz təyyarəsi ilə deyil, daha uzaq mənzilli “Arash-2” kamikadze pilotsuz uçuş aparatı ilə həyata keçirilib. Hərbi mənbələr və analitiklər bildirirlər […]

AKTUAL Cəmiyyət

Uşaqların dinə məcbur edilməsi qadağan edildi

Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan edilir. xeberde.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Uşaq hüquqları haqqında” qanun layihəsində əks olunub.  Yeni layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə biləcəklər. Qeyd olunub ki, uşaqların dinə […]

AKTUAL Dünya

“Yeni Nostradamus” ABŞ-İran hərbi toqquşması üçün tarix açıqladı

Özünü “yeni Nostradamus” adlandıran Britaniyalı ekstrasens Kreyq Hamilton-Parker 2026-cı ilin mart ayında ABŞ və İran arasında hədəflənmiş müharibənin başlaya biləcəyini iddia edib. “xeberde.az” xəbər verir ki, bu iddia Vaşinqtonun Yaxın Şərqə təyyarədaşıyan gəmilər və qırıcı təyyarələr göndərməsi ilə yenidən güclənib. Hər iki tərəfin artan hərbi fəaliyyəti və sərt açıqlamaları toqquşma ehtimalını artırıb. Bununla belə Hamilton-Parkerin […]

AKTUAL Dünya

“Bloomberg”: Cefri Epşteyinin varisi qurbanlara kompensasiya ödəyəcək

Maliyyəçi Cefri Epşteyinin hüquqi varisi və onun iki keçmiş əməkdaşı istismar qurbanı olduqlarını bildirən təxminən 40 nəfərə kompensasiya ödəməyə razılaşıb. xeberde.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Məlumata görə, tərəflər hələ həllini tapmamış məhkəmə iddialarının bağlanması üçün 35 milyon dollara qədər vəsait ödəməyi qəbul ediblər. Bu məbləğ daha əvvəl Epşteyin Qurbanlarının Kompensasiya […]

AKTUAL Gündəm Hadisə

Sabiq deputat bacısı oğlunun HƏBSİNİ istəyir

70 saylı Masallı şəhər dairəsinin keçmiş deputatı, “Ştutqart” mağazalar şəbəkəsinin sahibi Nəriman Əliyev bacısı oğlu Pərviz Abdullayev barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət verib. xeberde.az xəbər verir ki, sabiq deputat bacısı oğlunun Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri üzrə təqsirli bilinməsini, onun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib. Nəriman Əliyevin […]

AKTUAL Gündəm Hadisə

Müəllim və şagirdlər “İdrak”ı TƏRK edir?

Bakıda fəaliyyət göstərən “İdrak” Liseyində bir müddət əvvəl baş vermiş silahlı insidentlə bağlı müxtəlif iddialar yayılıb. Hadisədən sonra bəzi valideynlərin övladlarını liseydən çıxardığı barədə məlumatlar dolaşmaqdadır. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, liseydə iki müəllim də işdən çıxıb. xeberde.az xəbər verir ki, Modern.az yayılan xəbərlərə aydınlıq gətirmək üçün liseyin təsisçisi Mönsüm Alışovla əlaqə saxlamağa çalışıb. Bir […]

AKTUAL Dünya

Epşteynin Topqapı Sarayı xəstəliyi: Daha bir planı üzə çıxdı – FOTO

Adı seksual xarakterli cinayətlərdə hallanan maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı daha bir qurbanın çıxışı müzakirələri alovlandırıb. xeberde.az xarici KİV-ə istinadla xəbər verir ki, Epşteynin qurbanı Rina Oh Türkiyənin milliyet.com.tr saytına danışıb.  Qurban Epşteynin incəsənət məktəbindən bakalavr dərəcəsi almaq üçün təqaüd vədləri ilə onu necə aldatdığını deyib. O, milyarderin onu dəfələrlə evinə dəvət etdiyini söyləyib. “Mənim onun […]

AKTUAL Araşdırma

Azərbaycana gətirilən palma yağında təhlükəli maddə aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) palma yağları, palma yağı tərkibli bitki yağları və digər məhsullar üzrə nəzarət və monitorinq tədbirlərini davamlı olaraq, risk əsaslı yanaşma prinsipi çərçivəsində həyata keçirir. Aparılan yoxlamaların nəticələri barədə ictimaiyyət mütəmadi şəkildə məlumatlandırılır. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, Palma […]