AKTUAL Cəmiyyət

Əsəb və stresin yaratdığı 7 xəstəlik

Rusiyalı psixoterapevt Vladislava Poroşina stressin sağlamlığa təsirləri ilə bağlı maraqlı açıqlama verib. xeberde.az Rusiya mətbuatına istinadla bildirir ki, onun sözlərinə görə uzunmüddətli stress orqanizmdə bir sıra ciddi problemlərə yol açır və bu hallar müəyyən bir qrup xəstəliklərlə nəticələnir. Mütəxəssis bu xəstəlikləri “Qızıl 7-lik” adlandırıb. Poroşinanın açıqlamasına əsasən, stressin ən çox səbəb olduğu yeddi xəstəlik bunlardır: […]

AKTUAL Gündəm Secme Xeberler

Sumqayıt Hospitalının həkimindən ŞİKAYƏT: Vətəndaşa təzyiq göstərən Elçin Bayramov kimə arxalanır?

Sumqayıt Hospitalında lor-cərrah kimi çalışan Elçin Bayramovun Quba rayonunun Xucbala kəndində qonşuluqda yaşayan vətəndaşa qarşı davamlı təzyiqlər göstərdiyi iddia olunur. Bu barədə xeberde.az-a müraciət edən Sevinc Paşayeva bildirib ki, Elçin Bayramov onun ailəsini su və kanalizasiya sistemindən ayırmaqla təhdid edir və mülki hüquqları pozur. Şikayətçi deyir ki, ötən il Əli Behbudov adlı şəxsdən aldığı evə köçdüyü gündən […]

AKTUAL Cəmiyyət

Çörəyin yapışqan olması nədən xəbər verir? – İstehlakçı narazılıq etdi, mütəxəssis açıqladı

Paytaxt sakini mağazadan aldığı çörəyin keyfiyyətindən narazı qalıb. Alıcı bildirib ki, çörəyi paketdən çıxararkən məhsul əlinə yapışıb və yeyilməsi üçün yararsız vəziyyətdə olub. İstehlakçının şikayəti belə halların səbəbinin çörəyin tərkibindən, hazırlanma texnologiyasından və ya satış məntəqələrindəki saxlanma şəraitindən qaynaqlana biləcəyini gündəmə gətirir. Məsələ ilə bağlı xeberde.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu problem […]

AKTUAL Dünya

Qlobal istiləşmə, yoxsa lokal sərinləşmə?

Qorxmaz İbrahimli: “Bəzi mütəxəssislər bu halı “hava anomaliyası” kimi izah etsə də, əslində…” İyulun ortası yaxınlaşsa da, Azərbaycanda hələ də yay istisi tam olaraq hiss olunmur. Xüsusilə Bakıda və Abşeron yarımadasında qeyri-adi sərin hava müşahidə olunur. Bu isə sosial şəbəkələrdə və ictimaiyyət arasında haqlı suallar doğurur: İqlim dəyişir? Qlobal istiləşmədən danışıldığı bir dövrdə sərinləşmə nə […]

AKTUAL Cəmiyyət Gündəm Secme Xeberler

202 nömrəli uşaq bağçasında nöqsanlar aşkarlandı

202 nömrəli körpələr evi-uşaq bağçasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb. Bu barədə xeberde.az-ın cavab olaraq BŞTİ-dən məlumat verilib. Bildirilib ki, monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar aşkar edilib. Müəyyən edilmiş nöqsanlara əsasən bağça müdirinin fəaliyyəti ilə bağlı qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur. Qeyd edək ki, 202 saylı bağçadan narazı olan müəllimlərin tele-kanallardan […]

AKTUAL Sosial

Boşananlar niyə sistemdə evli kimi görünür?

Boşanma rəsmiləşəndən sonra bəzi hallarda insanlar hələ də sistemdə evli kimi görünə bilər. Bu isə bəzən çaşqınlıq yaradır. Bəs bu nə vaxtadək davam edir? xeberde.az xəbər verir ki, vəkil Vamiq Şükürov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, boşanma məhkəmə qaydasında və məhkəmədənkənar qaydada həyata keçirilir: “Məhkəmə qaydasında boşanma zamanı məhkəmənin nikahın pozulması barədə […]

AKTUAL Araşdırma manset Secme Xeberler Siyasət

Rusiya Müdafiə Nazirliyinin AZAL reysini məhv etmə əmri belə verilib 

xeberde.az xəbər verir ki, minval.az redaksiyasına 2024-cü il dekabrın 25-də Qroznıya yaxınlaşarkən vurulan AZAL-a məxsus Embraer E190 təyyarəsi ilə bağlı sensasiyalı materiallar daxil olub. Məlumatlar anonim məktub vasitəsilə təqdim edilib. Məktubda hava hücumundan müdafiə bölməsinin kapitanının izahatı yer alır. O, təyyarəyə atəş açılması əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfindən verildiyini bildirir. Bundan əlavə, məktuba video və […]

AKTUAL Cəmiyyət Sosial

Çimərliklərdəki istirahət məkanlarında QİYMƏTLƏR

Son zamanlar dənizkənarı məkanlara üz tutanların sayında artım müşahidə olunur. xeberde.az ATV-yə istinadən məlumat verir ki, hətta bəzi məkanlara gələnlər əyləşməyə yer tapa bilmədiklərindən geri qayıtmalı olublar. Çimərlikdəki istirahət guşələrində bir nəfər üçün giriş 10 manatdan 50 manatadək yüksəlib. Bəzi çimərliklərdə isə giriş ödənişsiz olsa da, oturacaqlara görə ödəniləsi məbləğ 10-25 manat arası dəyişir. Ətraflı […]

AKTUAL Cəmiyyət Sosial

Azərbaycanda gəlinliklərin baha olmasının səbəbi nədir? – VİDEO

Kirayəsi baha, alışı isə dodaq uçuqladan gəlin libasları… xeberde.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Bakıda 600-1000 manata kirayə verilən gəlinliklərin satış qiyməti isə 1500-2000 manatdan başlayır. Paytaxt sakinləri arasında apardığımız sorğudan belə məlum oldu ki, indi insanların əksəriyyəti gəlinliyi kirayələyir, almaq isə çoxlarının büdcəsi üçün uyğun deyil. Sakinlərin sözlərinə görə, gəlinliklərin kirayəsi də ucuz deyil. […]

AKTUAL Dünya Gündəm Hadisə manset Siyasət

“Rusiya üçün azərbaycanlıları itirməyin bədəli ağır olacaq” – ŞOK TƏHLİL

“Rusiya azərbaycanlı miqrantlara qarşı təzyiqləri artırır. Dünyasını dəyişən həmvətənlərimizə Allahdan rəhmət diləyirik. Amma bir iqtisadçı kimi əminliklə deyirəm ki, Rusiya bu siyasəti uzunmüddətli davam etdirə bilməz”. xeberde.az bildirir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov deyib. İqtisadçının fikrincə, hazırda Rusiya üçün demoqrafik problemlər Ukraynadan və NATO-dan daha təhlükəlidir: “Buna görə də təkcə bir uşağın doğulmasına görə dövlətin […]