Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev 2026-cı il mayın 4-də “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında bildirib ki, biz müxtəlif səviyyələrdə tərəfdaşlığa çox böyük önəm veririk. Bu, xüsusən də indiki dövrdə çox uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm rol oyanacaq. Bizim çox fəal dialoqumuz var. Avropa Komissiyasının üzvləri ötən il və bu il dəfələrlə bizə səfər ediblər. Beləliklə, biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik.
Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqı əməkdaşlığının böyük tarixi var. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı prioritet vəzifə kimi qarşıya qoydu. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən ölkəmiz strateji mövqeyini möhkəmləndirmək üçün Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməyə böyük üstünlük verdi. Bu əməkdaşlıq ölkəmizin starteji mövqeyinin möhkəmləndirilməsi baxımından çox zəruri idi. Avropa İttifaqı tərəfindən irəli sürülmüş Vahid Avropa Birliyi formulu Azərbaycan üçün çox önəmli idi. Çünki bu modelin əsas məqsədi regiondakı dövlətlərlə nüfuzlu qurum arasında əməkdaşlığın ən müxtəlif istiqamətlərdə möhkəmləndirilməsinə yönəldilmişdi. Avropa İttifaqı kimi nüfuzlu qurumla 1993-cü ildə əsası qoyulmuş diplomatik münasibətlər son illər qarşılıqlı maraqlar əsasında daha da möhkəmləndirilmişdir.
Dövlətimizin başçısı Azərbaycanın Avropa İttifaqına üzv olan ölkələrlə strateji tərəfdaşlıq bəyannamələri qəbul etdiyini dəfələrlə diqqətə çatdırıb. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti Azərbaycanı strateji tərəfdaş hesab edir. Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr uğurla inkişaf edir. Bu əlaqələr bir sıra istiqamətlərdə, iqtisadi, siyasi, energetika sahəsində mövcud münasibətlər daha da inkişaf etdirilir. Bizə elə gəlir ki, Avropa İttifaqı Azərbaycanla münasibətlərinin hazırkı səviyyəsini inkişaf perspektivini düzgün qiymətləndirir.
Rəxşəndə Qasımova,
Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad
rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi


