Əziz oxucular!
Sizə şəxsiyyəti və real əməli ilə insanların ürəyini fəth edən bir şəxsdən – 7 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovniki Mehman Əliyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimi, bildiklərimi və başqalarının fikirlərini təqdim edəcəyik.
Mehman Əliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim onun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərir. İnsanların heç bir müraciətini geri çevirməyən Mehman müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Ədliyyə polkovniki Mehman Əliyev həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə çatmaq üçün yorulmaq bilmədən çalışan insandır.
Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək, haqqında bəhs etdiyim şəxsin həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirəm: O, həmişə işin ağır tərəfindən yapışanlardan olub və çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.
Kollektiv demişkən, yazımın bu hissəsində rəis müavini, ədliyyə polkovnik-leytenantı Kənan Orucova datəşəkkür etmək istəyirik. Kənan Orucovun bütün məhkumlara eyni diqqəti, qayğısı maksimum humanist insani yanaşması məni çox qürurlandırır. Mübaliğəsiz demək olar ki, bu insan çox xeyirxah insandır və Vətənini, xalqını qəlbən sevən, ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Şərəfli peşəyə yiyələnən bu insan öz işinin müqəddəsliyini qoruyub saxlayır və kömək etdiyi hər kəsin rəğbətini qazanan, “Yaxşı ki, varsız!” dediyimiz insanlardandır.
7 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovniki Mehman Əliyev və müavini ədliyyə polkovnik-leytenantı Kənan Orucova sözügedən müəssisədə qayda-qanunun təmin olunması üçün tədbirlər gördükləri üçün təşəkkür edirik.