Bölgə Hadisə

34 yaşlı kişi məktəblilərə hücum etdi – Xəsarət alanlar var

Ağsuda 34 yaşlı kişi məktəbin qarşısında iki məktəbliyə xəsarət yetirib.

xeberde.az xəbər verir ki, hadisə Ağsu şəhər 1 saylı orta məktəbin qarşısında baş verib.

Belə ki, rayon sakini, 34 yaşlı Dostəli Bağırovla 11-ci sinif şagirdi arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb və mübahisə zamanı Dostəli Bağırov şagirdə kəsici alətlə, həmin vaxt köməyə gələn 16 yaşlı qardaşına isə əli ilə vuraraq xəsarət yetirib.

Xəsarət alan qardaşlardan biri xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları tərəfindən əməli törədən şəxs barəsində tədbir görülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir