Bölgə Hadisə

Bu bankın əməkdaşı Cəlilabadda qəzaya düşdü – FOTO

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

xeberde.az manset.az-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində olub.

İlkin məlumata görə, “Mercedes” və “Azsamand” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.

Əldə etdiyimiz məlumata əsasən, qəzaya düşən avtomobillərin birində  “Turan Bank”ın əməkdaşları da olub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir