Naxçıvan Muxtar Respublikasında nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), yeni avtomobil duracaqlarının (qarajlarının) yaradılması (layihələndirilməsi, tikilməsi) ilə bağlı tədbirlər görmək və onların cari vəziyyətinə nəzarəti həyata keçirmək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə həvalə edilib. xeberde.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə edilən dəyişiklikdə əksini tapıb. Nazirlər Kabineti və Rəqəmsal İnkişaf […]
Author: Xeberal.az
Prezident onlara general-mayor rütbəsi verdi
Prezident İlham Əliyev Anar İsmayılova general-mayor hərbi rütbəsinin verilməsi barədə Sərəncam imzalayıb. xeberde.az-ın məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Polkovnik Anar Müslüm oğlu İsmayılova “general-mayor” ali hərbi rütbəsi verilsin”. Dövlət başçısı İlham Əliyev həmçinin Baş prokurorun müavini – Hərbi prokuror Bəhruz Vidadi oğlu Əhmədova “ədliyyə general-mayoru” ali […]
“Cabiri bir az mənfi tərəfdən göstərmək istəyirdilər…”
“Bəzi qüvvələr Cabiri bir az mənfi tərəfdən göstərmək istəyirdilər. Amma misal var ki, Allah kimisə ucaltsa, onu heç kim alçalda bilməz”. xeberde.az xəbər verir ki, bu sözləri qardaşının vida mərasimində çıxış edən Tahir İmanov deyib. “Cabir nümunəvi ata, nümunəvi vətəndaş, nümunəvi oğul idi. Çoxları elə bilir Cabir məndən böyükdür. Amma mən ondan iki yaş böyük […]
Bu şəxslərin müalicəsi tibbi sığorta hesabına qarşılanacaq
İcbari tibbi sığorta üzrə sığortalı və sığortaolunanların siyahısı genişləndiriləcək. xeberde.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.Mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə […]
Bakıda ögey ata kinoya çəkilən uşağa görə anasını döydü
Bakıda ər arvadını döyüb. xeberde.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Pirşağı qəsəbəsində qeydə alınıb. 39 yaşlı Sahib Gülməmmədov (soyad şərtidir) yaşadıqları evdə qeyri-rəsmi nikahlı arvadı Ayseli döyərək xəsarət yetirib. Nəticədə onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb. Zərərçəkən qadın ifadəsində bildirib ki, birinci evliliyindən olan oğlu 9 yaşlı İlkin kino […]
Ceyhun Bayramov Cabir İmanovun vida mərasiminə qatılıb
Xarici İşlər naziri Ceyhun Bayramov da Əməkdar artist Cabir İmanovun vida mərasiminə qatılıb. xeberde.az xəbər verir ki, nazir mərasimdən ayrılarkən görüntülənib. Qeyd edək ki, mərhum aktyorun vida mərasimində bir çox qurum rəhbərləri iştirak edib.
İbrahim Nəbioğlunun “Gələcək çox tez gələcək” kitabının təqdimatı olub
“LİBRAFF” kitab mağazaları şəbəkəsində Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının daimi təmsilçisi, texnika üzrə fəlsəfə doktoru İbrahim Nəbioğlunun “Gələcək çox tez gələcək” adlı kitabının təqdimat mərasimi keçirilib. xeberde.az xəbər verir ki, tədbirdə millət vəkilləri, tanınmış tarixçilər, tədqiqatçı-alimlər, elm və mədəniyyət xadimləri, dövlət qurumlarının və ölkə […]
Mehdiyevin kürəkəni hər il 10 milyon manatı ölkədən çıxarır – ŞOK İDDİA
Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əlisəftər oğlu Əliyevin adı bu dəfə ölkədən ixrac olunan meyvə-tərəvəzin satışından əldə olunan milyonlarla vəsaitin geri qaytarılmamasında hallanır. Bu haqda xeberde.az-a açıqlama verən şabranlı sahibkar Mansur İbrahimov deyib ki, ona məxsus olan, sabiq deputat tərəfindən qəsb edilən “TurAz” MMC şirkətinin ərazisində yetişdirilən meyvələr xaricə daşınır. Lakin satışdan əldə edilən vəsait […]
Yeni tariflərin tətbiq olunacağı avtobusların SİYAHISI açıqlandı
Ölkənin sürətlə artan nəqliyyat tələblərini qarşılamaq, sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və avtobus parkının yenilənməsini sürətləndirmək məqsədilə tariflərin tənzimlənməsi zəruri addım kimi qiymətləndirilir. Bu barədə Ölkə.Az-a Azərbaycan Yerüstü nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, hazırki tarif dəyişikliyi yalnız nağdsız ödəniş sisteminin tətbiq edildiyi və müasir standartlara cavab verən avtobusların istismar edildiyi marşrutlarda həyata keçiriləcək. […]
Əməkdar artist Cabir İmanov VƏFAT ETDİ
Əməkdar artist Cabir İmanov vəfat edib. xeberde.az xəbər verir ki, o, bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib. Baş vermiş hadisə idman zalının kameraları vasitəsilə anbaan lentə alınıb. Məlum olub ki, Əməkdar artist məşq zalında müvazinətini itirərək yıxılıb. […]










