Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəqəmsal xidmətlər təqdim edən “e-Sosial” mobil tətbiqinin fəaliyyətini mayın 1-dən dayandıracaq. Musavat.com xəbər verir ki, rəqəmsal dövlət xidmətlərinin vahid mərkəzləşdirilmiş sistemə keçirilməsi çərçivəsində Nazirliyin “e-Sosial” tətbiqi üzərindən təqdim etdiyi xidmətlər “mygov” platformasına inteqrasiya olunub. Xidmətlərin təkrarlanmasının qarşısını almaq və istifadəçilərə daha rahat, mərkəzləşdirilmiş xidmət təqdim etmək məqsədilə artıq bütün xidmətlər […]
Author: VUQAR FERZELIYEV
Həkim, pasiyent və aptek bir sistemdə – AÇIQLAMA
“Elektron Resept Sistemində reseptlərin saxtalaşdırılması riskinin minimuma endirilməsi məqsədilə çoxsəviyyəli təhlükəsizlik və nəzarət mexanizmləri tətbiq olunur”. xeberde.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb. Onun sözlərinə görə, sistemə daxil olaraq resept tərtib etmək hüququ yalnız səlahiyyətli həkimlərə verilir və bütün əməliyyatlar […]
Gəncədə məktəbli bıçaqlandı
Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə şəhərdə yerləşən 9 nömrəli tam orta məktəbdə qeydə alınıb. Belə ki, sözügedən məktəbin 9-cu sinif şagirdi olan 2011-ci il təvəllüdlü Ü.Niyazlı bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 9-cu sinif şagirdi olan Ü.Niyazlını həmin məktəbin 8-ci sinif şagirdi aralarında baş verən […]
Azərbaycan Respublikası ilə Çex Respublikası arasında əlaqələr dinamik şəkildə inkişaf edir
Azərbaycan Respublikası ilə Çex Respublikası arasında əlaqələr dinamik şəkildə inkişaf edirPrezident İlham Əliyev tərəfindən milli maraqlara əsaslanan çevik, praqmatik və balanslaşdırılmış xarici siyasət kursunun uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli artır, ölkəmizin siyasi mövqeyi daha da möhkəmlənir. Bu uzaqgörən siyasət xətt dövlətimizin iqtisadi imkanlarının genişlənməsinə, yeni əməkdaşlıq platformalarının formalaşmasına, regional və qlobal […]
Malların gömrük dəyəri manatla bəyan ediləcək
Azərbaycanda malların gömrük dəyərinin milli valyuta (manat) ilə bəyan edilməsi nəzərdə tutulur. xeberde.az xəbər verir ki, bu, “Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin mayın 1-də keçiriləcək növbəti plenar iclasının gündəliyinə daxil edilib. Bundan başqa, qanun layihəsinə əsasən, gömrük borcunun bir qisminin ödənildiyi hallarda təminatın mütənasib olaraq azadılması imkanının təmin […]
Limitdən artıq gətirilən qidalar anbara qəbul edilməyəcək
Təklif olunan dəyişikliklərə əsasən, fiziki şəxslər tərəfindən normadan artıq gətirilən və kommersiya məqsədi daşımayan qida məhsulları müvəqqəti saxlanca qəbul edilməyəcək. xeberde.az xəbər verir ki, bu məsələ Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib. Bu halda həmin mallar ya geri qaytarılmalı, ya da gömrük orqanının iştirakı ilə məhv edilməlidir.
Gömrük mallarınızı 1 aydan çox saxlanılmayacaq
Gömrük Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, fiziki şəxslər tərəfindən ölkəyə gətirilən malların müvəqqəti saxlanma müddəti maksimum 1 ay olacaq. xeberde.az xəbər verir ki, bu məsələ Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib. Layihəyə görə, mallar müvəqqəti saxlanca sadələşdirilmiş bəyannamə və gömrük orqanının aktı əsasında yerləşdiriləcək. Saxlanma müddəti malların xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək, […]
Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ! – Qiymətlər ENDİ
Bakıda qızıl bazarında qiymətlərdə son günlər müəyyən azalma müşahidə olunur. Bu barədə paytaxtın qızıl univermaqlarından birində fəaliyyət göstərən zərgər Aqil İsmayılov bildirib. Onun sözlərinə görə, bazarda ən çox tələb olunan 585 əyyarlı, alıcılar arasında “Türk qızılı” kimi tanınan zinət əşyalarının qramı hazırda 180-182 manat civarındadır. “Son 3 gün ərzində qızılın qiyməti qrama təxminən 4 dollar […]
Prezident daha bir fərman imzaladı
Prezident İlham Əliyev “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 384-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. xeberde.az fərmanın mətnini təqdim edir: 1. Müəyyən edilsin ki: 1.1. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 45.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş […]
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
İlham Əliyev 2026-cı il aprelin 27-də Andrey Babiş ilə Bakıda keçirdiyi görüşdən sonra mətbuata bəyanatla çıxış edib. Dövlət başçısı bildirib ki, bu görüş iki ölkə arasında artan siyasi dialoqun mühüm göstəricisidir və ilk görüş olmasına baxmayaraq, olduqca məhsuldar keçib. Onun sözlərinə görə, tərəflər arasında qarşılıqlı etimad və açıq dialoq mühiti mövcuddur ki, bu da əməkdaşlığın […]










