Gündəm Hadisə

“Uğur 777” estetik mərkəzində qanunsuz əməliyyatlara görə CİNAYƏT İŞİ BAŞLANILDI

Bir qrup şəxs tərəfindən qanunsuz olaraq estetik əməliyyatların aparılması barədə mediada yayılan məlumat və videogörüntülər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Bu barədə xeberde.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, araşdırma zamanı Xəyalə İsmayılovanın adına dövlət qeydiyyatına alınan, “UĞUR 777 estetik mərkəz”in qanunsuz fəaliyyət göstərməsi, orada müvafiq standartlara riayət edilmədən […]

Gündəm Hərbi

Bu hərbi qulluqçulara leytenant hərbi rütbəsi veriləcək

Müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına leytenant hərbi rütbəsi veriləcək. xeberde.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı müdafiə komitəsinin iclasında müzakirə edilir.

Cəmiyyət

Uşağınız üçün peşəkar loqoped necə seçilməlidir? – Mütəxəsis açıqladı

“Loqopedin peşəkarlığı onun təhsili, nitqi, diaqnostika müdaxilə bacarıqları və müraciət olunan şəxsin idarə etmə bacarıqları ilə müəyyən edilə bilər”. xeberde.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova səsləndirib. Onun sözlərinə görə, loqopediyaya aid müvafiq ali təhsil, müntəzəm peşəkar inkişaf və sertifikatlar onların peşəkar […]

Cəmiyyət

Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir- Özünün xəbəri yoxdur

“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi bu gün də keçirilməyib. Məhkəməyə çağırılan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən çağırılan mütəxəssis Akademiyanın səlahiyyətli nümayəndəsi olduğunu təsdiq edən sənədi özü ilə gətirməyib.  Xüsusi ittihamçı Emil Səməndərovun vəkili Asim Abbasov vəsatət qaldıraraq məhz bu səbəbdən prosesin təxirə salınmasını istəyib. Vəkil mütəxəssinin məsul […]

AKTUAL Dünya Siyasət

Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir?

Bu ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatını itiriblər. Digər Səfərovlar məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri […]

Hərbi

Zəfərin mübarək, Azərbaycan

30 il erməni təcavüzkarları Azərbaycan torpaqlarını işğal altında saxladılar. 30 il bir milyondan çox azərbaycanlı öz ata-baba torpaqlarından erməni caniləri tərəfindən ağır işğəngələrə məruz qalaraq, qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldu.Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində […]

Bölgə manset

Kürdəmirə də yeni icra başçısı təyin olundu

Elşən Nazim oğlu Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, bu təyinatadək Elşən Həsənli Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində çalışırdı. Elşən Həsənli 2006-cı ildə  Azərbaycan  Respublikası   Prezidenti     yanında Dövlət     İdarəçilik   Akademiyasının “İnzibati idarəetmə” ixtisası üzrə bakalavriatura səviyyəsini, 2019-cu ildə […]

Bölgə Hadisə

Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi- Həbs olundu

Naxçıvan Beynəlxalq Hava Limanında yeniyetmə qıza qarşı xuliqanlıq edən şəxs məsuliyyətə cəlb edilib. xeberde.az ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl aeroportun daxilində baş verib. Belə ki, Bakıya getmək üçün hava limanına gələn E.Süleymanov (şərti) orada adam gözləyən 2011-ci il təvəllüdlü Aytəni (şərti) görüb. O tanış olmaq məqsədilə qıza yaxınlaşıb. Lakin müsbət […]