Avrokubok həyəcanı bu dəfə Azərbaycan təmsilçilərinə uğur gətirmədi. “Araz-Naxçıvan” və “Sabah” ümidlə başladığı mövsümü məğlubiyyətlə başa vurdu. Amma bu uğursuzluqların səbəbləri eyni deyil. İdman şərhçisi Kənan Məstəliyev Musavat.com-a açıqlamasında deyib ki, “Araz-Naxçıvan” ilk mərhələdə Yunanıstan təmsilçisinə qalib gəlməklə böyük bir sürprizə imza atmışdı: “Birinci mərhələdə rəqibimiz bizə bir qədər yuxarıdan aşağı baxırdı. Bundan istifadə etdik, […]
Author: Xeberal.az
Qərbi Azərbaycan İcmasının gələcək fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Son günlər mətbuatda Bakı ilə İrəvan arasında sülh sazişi imzalanmazdan əvvəl Qərbi Azərbaycanla bağlı qurumların, o cümlədən Qərbi Azərbaycan İcmasının buraxılacağı və bu istiqamətdə hazırlıq işlərinin aparıldığı barədə xəbərlər yayılıb. xeberde.az xəbər verir ki, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli açıqlamasında bu məlumatları təkzib edib. “Bu, tamamilə saxta xəbərdir. Bu kimi məlumatlar Ermənistandan qaynaqlanır. […]
Azərbaycan tibbinin uğurları Dünya Transplant Konqresində
Azərbaycanın tibb sahəsindəki uğurları beynəlxalq aləmdə daha bir nüfuzlu tədbirdə nümayiş etdirilib. ABŞ-ın San-Fransisko şəhərində keçirilən Dünya Transplant Konqresində (World Transplant Congress, WTC 2025) Azərbaycan Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının sədri, tibb elmləri doktoru Rəşad Şolan iştirak edib. Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının mətbuat katibi Nərgiz Qəhrəmanovadan aldığımız məlumata görə, R. Şolan konqresdə böyrək transplantasiyası […]
Baş Dövlət Yol Polisi İdarəsinin yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciəti
Hazırda paytaxtda və bir sıra bölgələrdə müşahidə olunan yağmurlu hava yol hərəkəti iştirakçılarına çətinliklər yaradır. Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq, sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər. Belə havalarda piyadalar da diqqətli olmalı, məsuliyyətsiz […]
Ali məktəblərə ixtisas seçimində hansı qrup öndə gedir? – SİYAHI
Dünəndən ali məktəblərə ixtisas seçimi başlayıb. Seçim 19 avqust saat 23:59-dək internet vasitəsilə aparılacaq.İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər. Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir […]
Rektorları universitetlərin müəllimləri seçəcək?
Azərbaycan Milli Məclisinin qarşıdan gələn növbəti sessiyasında gündəmdə olacaq mühüm qanun layihələrindən biri “Ali təhsil haqqında” sənəddir. Layihədə universitetlərin muxtariyyətinin artırılması, həmçinin rektorların təyinat və seçilmə mexanizmlərinin dəyişdirilməsi nəzərdə tutulur. xeberde.az müvafiq dəyişikliklərin təhsil sisteminə təsirini öyrənmək üçün bu sahə üzrə ekspertlərlə həmsöhbət olub. Təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, “Ali təhsil haqqında” yeni qanun layihəsində universitetlərə muxtariyyətin […]
Plastik cərrahlarla bağlı 12 şikayət DAXİL OLUB – RƏSMİ
Azərbaycanda ilin əvvəlindən başlayaraq plastik cərrahiyyə mövzusu gündəmdədir. Hüquq-mühafizə orqanları plastik cərrahlara saxta sertifikat verən bir sıra məmurlara qarşı əməliyyat aparıb. Dövlət qurumları plastik cərrahları yenidən qeydiyyata alıb və 42 nəfərə bu sahədə işləmək üçün icazə verilib. Ancaq yenə sosial mediada və mətbuatda plastik cərrahlarla bağlı şikayətlər bitmək bilmir. xeberde.az plastik cərrahlarla bağlı şikayətlərin sayını öyrənmək üçün […]
Gəlirlər azalır: bu banklar bağlana bilər
Bu ilin əvvəlindən bankların mənfəətləri azalmağa başlayıb – iqtisadçıdan fərqli proqnoz Bu ilin əvvəlindən başlayaraq, Azərbaycan banklarının mənfəəti azalıb. Belə ki, 2025-ci ilin yanvar-may aylarında banklar 430,7 mln. manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 17,1 faiz azdır. Sektorun əməliyyat mənfəəti isə 3,3 faiz azalaraq 708,2 mln. manat təşkil edib. Azalma […]
Dərman alarkən diqqətli olun – apteklərdə şok yoxlamalar
Səhiyyə Nazirliyi reydlərə başlayıb və 48 obyektdə nöqsan aşkarlanıb; bazara müxtəlif yollarla daxil olmuş dərmanlar var – əhaliyə çağırış 2025-ci ilin iyul ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 aptekdə yoxlama həyata keçirilib. Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, bu yoxlamalardan 21-i Bakı şəhərində, 27-si isə respublikanın digər şəhər və rayonlarında yerləşən […]
Cavidanın cansız bədəni tapıldı… FOTO
Xəzər rayonunda dənizdə batan 20 yaşlı gəncin axtarışları başa çatıb. xeberde.az xəbər verir ki, avqustun 10-da dənizdə batan 2006-cı il təvəllüdlü Cavidan Tapdıqovun cansız bədəni tapılıb. Xatırladaq ki, iki gün əvvəl Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri Cavidanın axtarışlarına cəlb olunublar. Cavidanın meyiti bu gün tapılaraq ailəsinə təhvil verilib.










