Küçədə siqaret çəkmək qadağandır? xeberde.az xəbər verir ki, bu sualı hüquqşünas Kazım Ələkbər cavablandırıb. “İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinə əsasən, tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun ilə qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə, 30 manat məbləğində cərimə tətbiq olunur. Həmin qanunda küçədə siqaret çəkilməsi qadağan edilmir. “Tütün çəkmək üçün xüsusi ayrılmış yerlərə dair Tələblər”in təsdiq edilməsi […]
Author: VUQAR FERZELIYEV
Almaniya Prezidenti: Qarabağın Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq
Son illərdə Almaniya hökumətinin siyasətinə baxılsa, regiona çox balanslı münasibətin olduğunu görmək mümkündür. xeberde.az-ın xəbərinə görə, bunu Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatda Qərbin torpaqları işğal altında olduğu dövrdə Azərbaycana münasibətdə ikili standartları ilə bağlı sualı cavablandırarkən bildirib. Almaniya Prezidenti deyib ki, həssas məqamlara diqqətlə yanaşılıb: “Biz […]
İlham Əliyevin Almaniya Prezidenti ilə geniş tərkibdə görüşü olub
xeberde.az bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub.
Məşhur markanın cipsiləri ilə bağlı XƏBƏRDARLIQ – Təcili YIĞIŞDIRILIR
Dünyaca məşhur çipsi brendinə aid məhsulun “həyat üçün təhlükəli” olması səbəbindən təcili geri çağırılması barədə qərar qəbul edilib. Musavat.com xəbər verir ki, bu barədə “Haberler.com” saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Qida Standartları Agentliyi (FSA) istehlakçılara “Qətiyyən istehlak edilməməlidir” xəbərdarlığı edərək, etiketləmə xətası səbəbindən çipsləri təcili geri çağırıb. “3D Trading” şirkəti tərəfindən satılan “Ruffles Sabor a Jamón Crisps” cipslərində […]
Eldar Mahmudovun oğlu HƏBS edilə bilər – ŞOK GƏLİŞMƏ
Anar Mahmudovun şəriki olmuş biznesmenin açdığı sirlər; hüquqşünas: “Ayaz Kərimov cinayətin açılmasında mühüm kömək göstərərsə…” General Eldar Mahmudovun vəzifəsindən azad edilməsindən, xüsusi xidmət generallarının səs-küylü korrupsiya işi və MTN-in ləğvindən sonra iş adamı və İnformasiya Texnologiyaları(İT) şirkətlərinin sahibi Ayaz Kərimov da cinayət məsuliyyətinə cəlb edilib. Ona 2015-ci ildə cinayət işi başlanıb və barəsində İnterpol xətti […]
Vəzifəli şəxlər CƏRİMƏ EDİLƏCƏKLƏR – YENİ QANUN!
Deputatlardan ABŞ-ın Dini Azadlıq Komissiyasının illik hesabatına sərt reaksiya Aprelin 1-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Sahibə Qafarova giriş nitqində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü barədə danışdı. Bildirdi ki, bir gün əvvəl ölkəmizdə azərbaycanlıların soyqırımı günü qeyd edilib. Erməni şovinistlərinin vəhşiliyinin qurbanı olan 10 minlərlə insanın xatirəsi ehtiramla yad edilib. Spiker ardınca dedi […]
Neftçalada narkuryer SAXLANILDI
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkokuryerlik edən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Elsevər Cəbrayılov saxlanılıb. DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan xeberde.az-a verilən məlumata görə, ondan 9 kiloqramdan artıq heroin və marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı E.Cəbrayılov pul müqabilində narkokuryerlik etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, E.Cəbrayılov barəsində həbs […]
Aprel döyüşlərindən 9 il ötür
Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 9 il ötür.2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu […]
Prezident 5 milyon ayırdı: 1250 hektar ərazi…
İsmayıllı rayonunun İvanovka kəndində əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədə əsasən, İsmayıllı rayonunun İvanovka kəndində 1250 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Prezidentin ehtiyat fondundan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.
Bu çiçəyi qoparanlar 11 min manat cərimələnir – FOTO
“Ağlayan gəlin” adlı lalə növünü qoparanlar 11 min manat məbləğində cərimə edilir. xeberde.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb isə çiçəyin nadir növ olmasıdır. Türkiyənin Elazığ rayonunun Arıcak mahalı, Şərqi və Cənub-Şərqi Anadolu Bölgəsinin yüksək dağlıq bölgələrində yetişən, xalq arasında “Ağlayan gəlin” və ya “Kədər çiçəyi” kimi tanınan tərs çevrilmiş lalələr nəsli kəsilmək təhlükəsi […]










