AKTUAL Cəmiyyət Ölkə

Bakıda zəlzələ riski: Binalar sarsıntıya tab gətirə bilər?

“Binaların zəlzələyə davamlı olması üçün ilk növbədə tikinti normalarına əməl edilməlidir”. Bu sözləri 40 ildən çoxdur tikinti üzrə mühəndis işləyən Şahin Məmmədov deyib. Onun sözlərinə görə, simmetrik ölçülər və qısa sütunlar kimi dizayn strukturu tikilini zəlzələyə daha da davamlı edə bilər. “Binanın inşasından sonra onun konstruksiya sisteminə mənfi təsir göstərəcək hər hansı dəyişikliklərin edilib-edilməməsi araşdırılmalıdır. […]

Kriminal

Bakıda yol vermək üstündə dava – Ölən var

Bu gün paytaxtın Xəzər rayonunda qətl törədilib. xeberde.az xəbər verir ki, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Yəhya oğlu Əliyev ürək nahiyəsindən bıçaqlanaraq öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Maksim Yasin oğlu Əhmədov Xəzər RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Bildirilir ki, qətlə yetirilən Səlim Binə qəsəbəsində makler kimi fəaliyyət göstərib. Bu gün səhər […]

Dünya Hadisə

Məhkumla biabırçı görüntüləri yayılan qadın polis işdən qovuldu – FOTO

İngiltərədə polis əməkdaşı Choni Kenny cinayətkarlara məlumat ötürdüyü və onlardan biri ilə münasibət qurduğu üçün həbs edilib. xeberde.az xəbər verir ki, qadın 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Onun polis formasında həbsxanada Whelan ilə öpüşdüyü görüntülər üzə çıxıb. 27 yaşlı Choni Kenny 2020-ci ildən Mançester şəhərində polis işləyirdi. Məhkəmə istintaqında məlum olub ki, […]

Gündəm Sosial

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Sahibkarlar Günü ilə əlaqədar “Ulduz” şokolad fabrikini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, hər il aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına dövlət başçısı tərəfindən […]

AKTUAL Gündəm manset Siyasət

Azərbaycan–Çin əlaqələrində yeni dövr

3 iyul 2023-cü il tarixində Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı çərçivəsində Azərbaycan və Çin arasında “Strateji Tərəfdaşlığın Qurulması Haqqında Birgə Bəyannamə” imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sənədi Azərbaycan-Çin münasibətlərində yeni bir səhifənin açılması kimi qiymətləndirmişdir. Prezident qeyd etmişdir ki, bu bəyannamə qarşılıqlı hörmət, bərabər etimad və dəstək prinsiplərinə əsaslanaraq iki […]

Cəmiyyət Gündəm Maqazin

“Rəşada görə veriliş bağlansa, vecimə olmaz” – FOTO

Xəbər verdiyimiz kimi, “Space TV”nin efirindəki “Tarixin bir günü” verilişində meyxanaçı Rəşad Dağlının (Əmirov) ad gününün qeyd olunması ilə bağlı kanala xəbərdarlıq edilib. Məsələ ilə bağlı aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədə bunları yazıb: “Bu ad gününü etdiyim üçün çox sevinirəm. Rəşada görə veriliş də bağlansa, heç vecimə olmaz. Təki pozğunlara görə yox, şairə görə bağlansın”.  […]

Cəmiyyət

3 BÜRC üçün köklü karyera dəyişiklikləri PROQNOZU

Astroloqlar önümüzdəki həftələrdə bürcün 3 əlamətinin peşəkar sahədə mühüm dəyişikliklərlə üzləşə biləcəyini proqnozlaşdırırlar. Bu, yüksəliş, iş dəyişikliyi, yeni bir layihə və ya hətta tamamilə fərqli bir sahəyə keçid ola bilər. Hansı bürclərdən söhbət gedir? Qız bürcü Qızlar üçün uzunmüddətli planları həyata keçirmək vaxtıdır. Əgər işinizdə durğunluq və ya məyusluq hiss edirsinizsə, tezliklə hər şey dəyişə […]

Dünya Hadisə

Türkiyədə yenidən ZƏLZƏLƏ oldu – SON DƏQİQƏ

Türkiyənin Kütahya vilayətində 4,5 bal gücündə zəlzələ qeydə alınıb. xeberde.az  xəbər verir ki, bu barədə məlumatı AFAD yayıb. Yeraltı təkanların mərkəzi Simav rayonunda olub, zəlzələ yerli vaxtla saat 07:23-də (Bakı vaxtı ilə 08:23) baş verib. Təkanların ocağının 8,81 kilometr dərinlikdə yerləşdiyi bildirilib. İndiyədək dağıntı və insan tələfatı barədə məlumat verilməyib.

Dünya

Evində paltaryuyan maşını olan mənzillər CƏRİMƏLƏNƏCƏK

Paltaryuyan maşınla bağlı təhlükə – səhv quraşdırma və qanunsuz dəyişikliklər minlərlə manat zərərə səbəb ola bilər  xeberde.az xəbər verir ki, Rusiyada paltaryuyan maşınların özbaşına quraşdırılması bir çox problemlərə yol açıb.  Çoxmənzilli binalarda mənzil sahibləri öz evlərində etdikləri texniki dəyişikliklərə və təmir işlərinə görə tam cavabdehdirlər. Bəzən adi paltaryuyan maşının düzgün quraşdırılmaması və ya mənzilin planında edilən dəyişikliklər […]

Cəmiyyət

“Aztelekom” yenidən təşkil edilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC yenidən təşkil edilir. xeberde.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumata görə, buna səbəb “Bakı Telefon Rabitəsi”, “Az-Evro Tel” və “Azərrabitəlayihə” MMC-lər, “Aztelekom”un Beynəlxalq Avtomat Telefon Stansiyası, Gəncə Telekommunikasiya İdarəsi və Sumqayıt Telekommunikasiya Qovşağının ləğv edilərək “Aztelekom”a qoşulmasıdır. Kreditorlar tələblərini […]